Qadın sürücülərə münasibətim çox pisdir

Qadın sürücülərə münasibətim çox pisdirOnu uzaqdan gördüm, səkinin kənarında saxladığı maşının içərisində əlində balaca bir kitab oxuyur, arada eynəyini düzəldirdi. Yaxınlaşdım, dedim ki, özümə müsahib axtarıram. Sevindi: "Sizi mənə Allah göndərdi, söhbət etməyə adam tapmırdım".

Söhbət əsnasında öyrəndim ki, yeni tanışım – taksi sürücüsü Sərdar əmi həm də Qarabağ savaşında döyüşüb. Dediyinə görə də, ləqəbi "Ticarət müəllim"dir.

Onunla söhbətimiz həm maraqlı, həm də kədərli oldu. Qoy özü danışsın, siz də oxuyun.

Taksi sürücüsünün yaşam tərzi...

Taksi sürücüsünün yaşam tərzi ancaq və ancaq çörək pulu qazanmaqdan ibarətdir. Bir toya çağırdılarmı, belin qırıldı. Bunun gecəsi var, gündüzü var. Bilmirsən, maşınına minən kimdi, nəçidir, hardan gəlib, hara gedəcək. Elə olur, fahişə minir maşınına, içkili vəziyyətdə. Ya da üzr istəyirəm, "üzdəniraq".... Nəysə, çox uzatmayım. Bircə onu deyim ki, taksi sürücüsü olmaq çox çətindir.

Ağdamdan Bakıya...

40 ildir ki, maşın sürürəm. Taksi sürücüsü kimi isə 20 ilə yaxın çalışıram. Daimi müştərilərim yoxdur. Çünki mən Allahdan ruzi istəyirəm, bəndədən yox. Allah verən ruzinin heç kim qarşısını ala bilməz. Özüm də mömin adamam, namaz qılıram, Quran oxuyuram...

Qaçqınam, Ağdamdanam. Sürücülüyü Ağdamda öyrənmişəm. Böyük maşınlar da sürmüşəm.
İlk dəfə "Kamaz"ı Ağdamda sürmüşəm. Uşaqlıqdan bu işi sevmişəm. Ancaq neyləməli ki, müharibə bizi pis günə qoydu, müharibə oldu, Bakıya sığındım...

Müştərinin pisi, yaxşısı... olur

Vallah, birdən elə müştərilərə rast gəlirsən, özünə nifrət edirsən. Eləsini də görürsən ki, elə bil o insandan heç yer üzündə yoxdur, təbii ki, yaxşı mənada. Bəzən adam maşına oturanda üzündən bilirəm, kimdi, necə adamdır. Belə şeylərdə yaxşıyam. Hərdən maşınıma fahişə də oturur. Əvvəlcə reaksiya vermirəm. Bir az keçir, başlayır pis-pis danışmağa. Fahişələri, əclafları yolun ortasında düşürürəm ki, rədd ol get. "Sənin kimi müştərim olmaz olsun" deyirəm.

Elə müştəri də olur ki, yekə-yekə danışıb mənə əmr edir. Söz götürməyi xoşlamıram və arada söz-söhbətimiz düşür. Bu cür insanları heç sevmirəm. Hamımız adamıq, bir-birimizə hörmətlə yanaşmalıyıq. Fərqi yoxdur, kim olursan ol, yaxşı insanlara rast gələndə Allaha sonsuz şükür edirəm ki, bu millətin içində belə insanlar çox olsun. O cür insanlar mənə yaşam sevinci verir.

Qadın sürücülərə münasibət...

Qadın sürücülərə münasibətim çox pisdir. Yol qaydalarını bilmirlər, sonra da qəza olanda "ay ana" deyib, saç-başlarını yolurlar (gülür). Maşın sürə bilmirlər. Bir dəfə sürdüyüm taksini bir qızın maşını vurmuşdu. Gördüm ki, qızım yaşdadır, heç nə demədim. Ancaq hələ məni günahkar da çıxarırdı. Bu cür qəzalar çox olub və qadınlar həmişə bizi günahkar çıxarıblar. Bu, qətiyyən düzgün deyil. Yəqin, atalarının pulları çoxdur. Alırlar bahalı-bahalı maşınları, deyirlər, sür, bala, sür. Belə sürməyi Allah kəssin.

Tıxaclar...

Tıxacların qarşısını almaq üçün Bakının üstündən də yol çəksələr, xeyri olmayacaq. Bakıda millət günü-gündən çoxalır. Belə olmaz, əhali azalmalıdır. "Gəlmələr", kəndlilər, qaçqınlar öz yurdlarına geri qayıtmalıdırlar.

Sözümün canı odur ki, tıxaclardan can qurta bilməyəcəyik. Bu problem günü-gündən başımıza bir az da bəla olacaq. Gündə 100 maşın gəlir Bakıya. "Şöşü"nün də, "Şaqqulinin" də, kişinin də, nakişinin də maşını var. Adam lap bezir. İstəyir qaçıb buralardan getsin. Tıxaclar canımızdan can alır, sıxır bizi.

Lap desinlər, iki yüz könüllü gətir

Müharibə istəyirəm. Könüllü kimi birinci mən gedərəm. Lap desinlər, 200 könüllü adam tap gətir, vallah, tapıb gətirərəm. Təki ayağa qalxaq, torpaqlarımızı geri alaq. Namərdlər yox, mərd oğlanlar lazımdı mənə. Namərd, qorxaq uzun ömür yaşayır, mərd isə kişi kimi yaşayıb, tez ölür. Gecə-gündüz bu fikirlə yaşayıram. Ağdamda o vaxt döyüşlərdə 6 min kişi ölüb, qoy indən belə bu say 10 min olsun. Əsas odur ki, torpağımızı qaytaraq.

Qarabağ üçün yanıb-tökülürəm...

Gecə də, gündüz də Qarabağ üçün yanıb-tökülürəm. Bakını istəmirəm, bu şəhər mənə lazım deyil. Bakının yarısını mənə versələr ki, ala, bunun gəliri sənindi, istəsəm, ya götürsəm, kişi deyiləm, namusum-qeyrətim yoxdu. Mənə torpağım lazımdır.

Orada lap pəyədə yaşayım, yetər ki, torpağıma, məskənimə gedim. Mən bunu istəyirəm. Allah agahdır ki, bu sözlər ruhumdan gəlir. Kiminsə xoşuna gəlsin deyə demirəm. Fevralın 26-da Xocalı qətliamında ən yaxın dostlarım, qohumlarım şəhid oldu. Yenə deyirəm və ölənə kimi də deyəcəyəm ki, bu ölkəyə müharibə lazımdır, ayağa qalxmaq, Qarabağı, torpağımızı geri qaytarmaq mütləq şərtdir. Ölən günahsız körpələrin, qeyrətli oğullarımızın, namuslu ana-bacılarımızın qanlarını yerdə qoymamalıyıq.

Sürücülərin yazılmamış qanunu...

Yad bir yerdə maşınını saxlasan, gəlib səni qovurlar. Narazılıq yaranır. Mən belə şeylərə yaxşı baxmıram. Birincisi, ruzini verən Allahdır. Allah verən ruzinin qarşısını heç kim ala bilməz. İkincisi də bu yer kimin dədəsindən qalıb ki? Hamı çıxır 5-10 manat pul qazanmağa. Daha çox dayanacaqlarda, körpülərin altında, nə bilim, orda-burda dayanırıq. Müştəri gözləyirik. Günə bir-iki nəfər "tutursan", 5-6 manat qazanırsan, onu da benzinə verirsən. Gecələr arabir müştəri tapmaq ümidi ilə çıxıram. Gecə müştərilərindən əsla qorxmuram. Niyə də qorxmalıyam? Allahın qullarından biriyəm və Allahdan başqa heç kimdən qorxmuram. Məni lap öldürsünlər, guya kimə nə xeyri olacaq?..

Hər şeyi idarə edən Allahdır...

Uşaq yaşlarımda, demək olar ki, elə bir arzum olmayıb. Hökmü verən Allahdır. Yadıma düşür, 4 yaşım vardı. Çöpü qoyurdum ayağımın altına, üstünə də məftil düzəldib sürürdüm. Deməli, məni "şofer" edən taleyin yazısıdır, qismətdir. Arzum olsa, nə olar, olmasa, nə olar!
Sürücülük edib, çörək pulu qazanacam deyə arzum olmayıb. Bu, taledir.

Heç bir şey, heç bir canlı boş-boşuna yaranmayıb. Hər şeyi idarə edən bir qüvvə var. Hər şey Allahın əlindədir. Verən də odur, alan da. Bu peşəni cavanlara, yeniyetmələrə məsləhət görmək mənim işim deyil. Allahın bildiyi bir işdir.

publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 928   Tarix: 31 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423