Ayaq qoxusundan qurtulun

Ayaq qoxusundan qurtulunAxşam bir yığıncağa dəvətlisiz. Dostlarınızla əylənməyə can atırsız, ancaq gedə bilmirsiz. Səbəb isə baş bəlanız olan ayaq qoxusudur. Çünki evdə çıxaracağınız ayaqqabı ilə ətrafa yayılacaq ayaq qoxusu düşüncəsi sizi utandırır!

Qış aylarında bütün günü qapalı ayaqqabı içində qalan, hava almayan, tərləyən ayaqlara görə daha çox yaşanan ayaq qoxusu sadəcə kişilərin deyil, qadınların da problemidir.

İlk görəcəyiniz iş ayaq gigiyenasını gündəlik vərdiş halına gətirməkdir. Ayaqlarınızı hər gün səhər-axşam göbələk əleyhinə, ya da antibakterial sabunla yuyun. Sonra göbələk yaranmasını əngəlləmək üçün yaxşıca qurulayın.

Sintetik, neylon corab yerinə pambıq, hava keçirən, təri əmə bilən corablar geyinin. Günün sonunda da corabınızı dəyişməyi unutmayın.

Eyni ayaqqabını iki gündən çox geyinməyin. İki dəfə geyindikdən sonra ən az 24 saat havalandırın.

Hava alan ayaqqabı seçin. Gerçək dəri kimi təbii məhsullardan hazırlanan ayaqqabı alın.

Sprey, ya da qoxu önləyici pudra sıxın. İlk əvvəl evə gələndə ayaqqabılarınızı eyvana qoyub havalandırın. Sonra içinə bu spreydən sıxıb şkafa qoyun.

Ayaqlarınızı müntəzəm olaraq müayinə edin. Ayaq barmaq aralarında soyulma, ayaq dabanlarında pulcuqlanma, iynə ucu kimi su toplayan qabarcıqlar, qoxu kim göbələk əlamətləri görəndə dermatoloqa gedin.

Ayaqlarda "hiperhidrozis" adlanan çox tərləmə varsa, müalicə alın və kremlər çəkin.

Əgər ayaqlarınız çox tez-tez nəmlənirsə, quru olması üçün duzlu suyla yuyun. 4 stəkan suya 4 çay qaşığı duz əlavə edib ayaqlarınızı bu suda saxlayın. Sonra qurulayıb corablarınızı geyinin.

Çay və ya yemək sodasından faydalanın. Günün sonunda bir litr ilıq suya beş ədəd yaşıl və ya qara çay paketini əlavə edib ayaqlarınızı bu suda saxlayın.

Bir ləyənə su qoyub iki yemək qaşığı soda əlavə edin. 15 dəqiqə ayaqlarınızı bu suda saxlayın. Bunu bir ay hər axşam, sonra isə həftədə 2 gün edə bilərsiz.

Sirkə də olduqca təsirlidir. Ləyənə iki litr ilıq su və 2 stəkan sirkə əlavə edin. Ayaqlarınızı bu qarışımda 10-15 dəqiqə saxlayın. Ardından ayaqlarınızı sabunla yuyub durulayın. Həftədə bir dəfə tətbiq edə bilərsiz.

Bir gün əvvəldən adaçayı yarpaqlarını geyinəcəyiniz ayaqqabının içinə səpin.

Soda ayaqda qoxuya səbəb olan bakteriyaları yox edir. Corablarınızı geyinmədən əvvəl içinə soda tökün.

Ayaq qoxusunun ən əsas səbəbi ayaq tərləməsidir. İstifadə edilən bəzi dərmanlar, yeniyetməlik, hamiləlik zamanı yaşanan hormonal dəyişikliklər, piylənmə, stress hipertroid kimi metabolik xəstəliklər ayaqların çox tərləməsinə səbəb olur.

ailem.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3926   Tarix: 29 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882