Azərbaycan tərəfi ilə danışıqlar baş tutmadı

Azərbaycan tərəfi ilə danışıqlar baş tutmadıİndi sponsor axtarıram.

Qazaxıstanlı peşəkar boksçu Bəxtiyar Eyyubov karyerasına davam etmək üçün hal-hazırda sponsor axtarışı ilə məşğul olduğunu bildirib, belə ki,Azərbaycan tərəfi ilə danışıqlar baş tutmayıb.

Qeyd etmək lazımdır ki, keçən həftə boksçu Azərbaycan uğrunda çıxış etməyə niyyətli olduğunu bildirmişdi. O, idmançıya sponsorluq etməyə hazır olan Azərbaycan tərəfi ilə danışıqlar aparırdı. Bununla yanaşı Eyyubov rinqə Qazaxıstan və Azərbaycan bayraqları ilə çıxmağı düşünürdü.

"Azərbaycan tərəfi ilə danışıqlar baş tutmadı, səbəbini söyləmək istəməzdim. İndi sponsor axtarıram, çünki ABŞ-a getməliyəm. Mən döyüşmək, məşq etmək istəyirəm, əhval-ruhiyyəm yaxşıdır. Bununla yanaşı məşqçim yoxdur, özüm tək məşq edirəm, bütün problemlərimi də özüm həll edirəm. Mənə sadəcə dəstək lazımdır. Amerikada irəli gedəcəm, mənə sadəcə şans vermək lazımdır. Bilirəm kimin yanına getməliyəm və necə irəliləməliyəm. Daha öncə də demişdim ki, hara getsəm, Qazaxıstanın bayrağı mənimlə olacaq. Bunu indi də deyirəm. Döyüşlərimə öz Vətənimin bayrağı ilə çıxacam", - Eyyubov deyib.

Bəxtiyar Eyyubov peşəkar rinqdə beş döyüş keçirib, bütün görüşlərdə qələbə qazanıb. Son görüşündə 2014-cü ilin sentyabrın 26-da Berlində rumıniyalı Romeo Paun ilə qarşılaşıb. Döyüş birinci raundda texniki nokautla Eyyubovun xeyrinə başa çatıb.

oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1175   Tarix: 29 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Fransa klubu "Qarabağ"ın futbolçusunu transfer etmək istəyir

Fransa Liqa 1-də çıxış edən "Tuluza" kollektivi Azərbaycan çempionu "Qarabağ"ın futbolçusu Abdullah Zubiri transfer etmək istəyir. "Report" "lequotidiendusport.fr" saytına istinadən xəbər verir ki, cari mövsüm Avropa Liqasındakı çıxışı ilə diqqətləri üzərinə cəl

24.04.2024 473
.

"Formula 1": Ferstappen Çin Qran-prisinin sıralama turunda birinci olub

"Formula 1" üzrə Çin Qran-prisində sıralama turu başa çatıb. "Report"un məlumatına görə, "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen birinci olub. Onun komanda yoldaşı Serxio Peres ikinci, "Aston Martin"dən Fernando Alonso üçüncü pillədə qərarlaşıb. Qeyd edə

20.04.2024 378
.

İbrahimoviç "Milan"da dəyişikliklərə səbəb olacaq mühüm qərarlar verəcək

"Milan"ın keçmiş hücumçusu, hazırkı baş məsləhətçisi Zlatan İbrahimoviç komandanın yeni baş məşqçisinin seçilməsində, eləcə də yay transfer pəncərəsində futbolçuların alınmasında əsas rol oynayacaq. Bundan əvvəl mətbuatda isveçlinin Antonio Konteni baş məşqçi postuna dəvət etməkdə maraqlı olduğ

27.04.2024 318
.

Səhərlər idmanla məşğul olmağın orqanizmə TƏSİRİ

Sidney Universitetinin mütəxəssisləri yeni araşdırmada gözlənilməz nəticəyə gəliblər: səhər tezdən idmanla məşğul olmaq ürək-damar sisteminə mənfi təsir göstərir. Geniş araşdırma zamanı mütəxəssislər maraqlı bir qanunauyğunluq aşkar ediblər: axşamlar fiziki fəaliyyətə üstünlük verənlərdə ürək patologiyalarını

14.04.2024 416
.

Azərbaycan cüdoçuları Göygoldəki Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Göygöldə keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa Kubokunun ilk günündə Azərbaycan cüdoçuları 2 qızıl, 1 gümüş və 7 bürünc medal əldə ediblər. "Report"un məlumatına görə, qızların yarışında 40 kq, 44 kq, 48 kq və 52 kq çəki dərəcəsində oğlanlarda isə 50 kq, 55 kq, 60 kq və -66 kq çək

05.05.2024 277
.

Arda Güler "Real"dan ayrılmaq qərarını açıqladı

"Real Madrid"in türkiyəli futbolçusu Arda Gülerin ispan nəhəngində oynamaq şansı olmadığı üçün ayrılmaq qərarına gəldiyi və istəyini rəhbərliyə bildirdiyi iddia edilib. O, bu qərara dünən axşam La Liqada səfərdə "Malyorka"ya qarşı matçdan sonra gəlib. Arda komandasının 1:0 hesab

14.04.2024 857
.

İspaniya klubu ukraynalı futbolçuya görə cəzalana bilər

İspaniyanın "Jirona" klubu ukraynalı futbolçu Artyom Dobvikin transferinə görə cəzalandırıla bilər. "Report" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, hüquqşünas Yevgeni Kuzmin futbolçunun transferinin Ukraynada vergidən yayınacaq şəkildə rəsmiləşdirildiyini bildirib

04.05.2024 227
.

Mbappe vədinə xilaf çıxdı

PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi hücumçu Kilian Mbappeyə əsəbiləşib. Məlumata görə, Mbappe avqustda Əl-Xəlaifiyə PSJ ilə müqaviləni uzadacağına söz verib. Bununla belə, fransız forvardın yay transfer pəncərəsində parisliləri tərk edərək karyerasını "Real Madrid"də davam etdirməsi qərar

21.04.2024 530
.

"Barselona" Levandovskini "Liverpul"un ulduzu ilə əvəz edə bilər

"Barselona" polşalı hücumçu Robert Levandovskini "Liverpul"un ulduzu Darvin Nunyeslə əvəz edə bilər. Məlumata görə, "Barsa" Nunyesi qarşıdakı yay üçün transfer hədəflərindən birinə çevirib. Kataloniya klubu heyət xərclərini azaltmağı planlaşdırır və yüksək maaş alan Levandovskidə

05.05.2024 252