Aygün Kazımova üçün özəl gün - VİDEO
Bu gün xalq artisti Aygün Kazımovanın ad günüdür.
Müğənninin 44 yaşı tamam olur. Müğənni ilk təbrikini qızı İlqarə Kazımovadan alıb.
Aygün Kazımova 1971-ci ildə Bakıda anadan olub.
O, 1977-ci ildə 12 saylı məktəbin 1-ci sinfinə qədəm qoyub. 1989-cu ildə İlqar adlı sevdiyi oğlanla ailə həyatı qurub. Onun bu evliliyindən İlqarə adlı bir qızı dünyaya gəlib.
Aygün Kazımova peşəkar səhnəyə ilk dəfə 1988-ci ildə "Bakı Payızı" yarışması ilə qədəm qoyub. İlk "Qrand-pri" mükafatını məhz bu yarışmada qazanıb. 1989-cu ildə Yurmalada keçirilən beynəlxalq konkursda, 1992-ci ildə "Asiya Dausı" festivalında, 1996-cı ildə İstanbulda beynəlxalq yarışmada laureat olub.
2000-ci ildə "İlin müğənnisi", "İlin konserti: Aygün-Bir Gün", "İlin hiti: Gecələr" adlı üç nominasiya üzrə "Qrand" mükafatına layiq görülüb. 2001-ci ildə yenidən üç - "İlin müğənnisi", "İlin hit mahnısı: Я и ты", "İlin konserti: Я девушка восточнaя" nominasiyaları üzrə "Qrand" mükafatı qazanıb. İndiyə kimi saysız solo konserti olub. Bunlardan 1999-cu ildə "Aygün-Bir Gün", 2000-ci ildə "Я девушка восточная", 2001-ci ildə "Qeyri-adi şou", 2006-cı ildə Moskvada möhtəşəm yubiley konsertlərini misal göstərmək olar.
Bu günə kimi onlarca diski çıxıb. 2001-ci ildə Azərbaycanın əməkdar artisti, 2009-cu ildə isə xalq artisti adlarına layiq görülüb. Vaqif Gərayzadə, Eldar Mansurov və Cavanşir Quliyev kimi bəstəkarlarla birgə çalışıb. Xarici ölkələrdə də konsertlər verib. Onlardan ən məşhuru 2006-cı ildə Moskvada Dövlət Kreml sarayında təşkil edilən gecə olub.
2005-ci ildə rejissor Arif Qazıyevin "Xarı bülbüllər" musiqili filmində baş rola çəkilib. Həmçinin "Best Model of Azerbaijan"ın rəhbəri vəzifəsində də iştirak edib.
2012-ci ildə Türkiyənin ən tanınmış müğənni və bəstəkarları olan Sinan Akçıl və Sərdar Ortacla iş birliyi qurub. Sinan Akçıl ilə "İkinci sen" adlı duet ifa edib. Sərdar Ortacdan isə "Hayat ona güzel" adlı mahnı ifa edib.
Hər iki mahnı müğənninin karyerasına uğur gətirib. Məhz 2012-ci ildə ifa etdiyi bu mahnılara görə Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi "Qrand 2012" mükafatına layiq görülüb. Sinan Akçıl ilə ifa etdiyi duet müğənniyə "İlin dueti", Sərdar Ortacdan ifa etdiyi mahnının klipinə görə isə "İlin klipi" mükafatına layiq görülüb.
2012-ci ilin sonundan dünya layihəsinə start verib. Müğənni Hollivud ulduzu, reper Snup Doq ilə duet ifa edib. Həmin mahnının adı "Coffee from Columbia" olub.
BiG.AZ saytının kollektivi Aygün Kazımovanı ad günü münasibətilə təbrik edir, ona gələcək işlərində uğurlar arzulayır.
axsam.az
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"
Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir
17.09.2021 1704 Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR
Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey
18.09.2021 4262 Emre Kaya pərəstişkarını məhkəməyə verdi
Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha
17.09.2021 637 AzTV-nin Ceyranı ad günü etdi - Fotolar
AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy
18.09.2021 9970 Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR
Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:
17.09.2021 3949 İlin ən gözəl qadını seçildi
"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb
17.09.2021 8355 Özcan Dəniz hakim qarşısına çıxdı
Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət
16.09.2021 1271 "Bu missiyam da tamamlandı" - Afaq Gəncəli
"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd
16.09.2021 1999 "Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"
"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə
16.09.2021 3763