Mehriban Əliyevanın Quranın yandırılması faktına münasibəti


Mehriban Əliyevanın Quranın yandırılması faktına münasibətiMehriban Əliyeva: "Təəssüf ki, beynəlxalq ictimaiyyət müqəddəs Quranın yandırılması faktına münasibət bildirməyib"

"Ən müxtəlif dinə tapınan biz insanlar bir Tanrıya dua edirik, dualarımızın mahiyyəti də eynidir" "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirildiyi Azərbaycan ötən illər ərzində bir neçə belə tədbirə ev sahibliyi edib. 2009-cu ildə Bakı İslam Mədəniyyətinin Paytaxtı elan olunub, Bakıda İslam Konfransı Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısı keçirilib. 2008-ci ildə isə Azərbaycanda keçirilən mədəniyyətlərarası dialoqda qadınların roluna həsr olunmuş beynəlxalq konfrans Bakı Bəyannaməsinin qəbulu ilə başa çatıb. Əslində belə tədbirlərin keçirilməsi üçün Azərbaycanda əlverişli mühit mövcuddur. Azərbaycan bütün dünyaya açıq olan ölkədir, burada yüksək tolerantlıq mövcuddur".

APA-nın məlumatına görə, bu fikirləri Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Qadınlar: Mədəniyyətlərarası Dialoqun Əsas Təmsilçiləri" sessiyasında çıxışı zamanı Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva deyib.

O, Azərbaycanda ən müxtəlif dini konfessiyaların fəaliyyət göstərdiyini vurğulayıb. M. Əliyeva Bakıda belə möhtəşəm tədbirin keçirilməsinə verdiyi dəstəyə görə beynəlxalq təşkilatlara təşəkkür edib: "Bugünkü tədbir dövlətlər arasında formalaşan sağlam münasibətlərə xidmət edən bir addımdır. Mədəniyyətlərarası dialoq indi dünyada ən aktual mövzulardan biridir. Müxtəlif ölkələrdə bu problemə həsr olunmuş dəyirmi masalar, forumlar, konfranslar keçirilir. Təəssüflər olsun ki, buna rəğmən qarşıdurmaların sayı azalmır, əksinə artır. Təəssüf ki, düşmənçilik, etnik təmizləmələr, müharibələr bugünkü dünyamızın reallığına çevrilib".

M. Əliyeva ABŞ-da bir keşişin nümayişkaranə surətdə müqəddəs Qurani-Kərimi yandırması faktına da münasibət bildirib: "Bəzi qüvvələr insanların ən müqəddəs hissləri ilə oynayırlar. Bütün dinlər bir-biri ilə çox yaxındır, ən müxtəlif dinə tapınan biz insanlar bir Tanrıya dua edirik. Dualarımızın mahiyyəti də eynidir. Təəssüf ki, bu gün insanlıqla bir araya sığmayan bir faktla üzləşmişik. Özünü din xadimi adlandıran bir nəfər müqəddəs Qurani-Kərimi yandırıb. Bu hərəkətə nə ad vermək olar? Onun məqsədi nədir? Bu, hansı qüvvələrin sifarişidir? Çox təəssüf edirəm ki, beynəlxalq ictimaiyyət müqəddəs Quranın yandırılması faktına reaksiya verməyib, münasibət bildirməyib".

Mehriban xanım çıxışında dinin siyasiləşdirilməsi məsələsinə toxunub, bunu bəşəriyyətin ən böyük problemlərindən biri adlandırıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6351   Tarix: 08 aprel 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608