Balıqçı uşağı uçuruma yuvarlanmaqdan belə xilas etdi - VİDEO
Türkiyənin Muğla vilayətinin Bodrum mahalında 2 yaş yarımlıq uşaq son anda ölümdən xilas olunub.
Anasının diqqətsizliyi ucbatından yoxuş aşağı hərəkətlənən uşaq arabasındakı Ali Ceyhan yaxınlıqdakı bir balıqçı tərəfindən xilas edilib.
Balıqçı uçurumun kənarına 10 metr qalmış arabanı saxlayıb. Uşaq isə arabanın kəməri taxılmadığı üçün 3 metr irəli atılıb. Amma o, heç bir zədə almayıb.
Hadisə balıqçının mağazasındakı təhlükəsizlik kamerasından qeydə alınıb.
publika.az
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş