Fidel Kastro

Fidel Kastro(Fidel Alejandro Castro Ruz) 1926-cı ildə Mayarı, kubada anadan olub.Bu, Kastronun doğum tarixi barədə məlumatlardan yalnız biridir.Çünki onun hansı ayda və ildə doğulduğu məxfi saxlanılır.Bəzi məlumatlara görə, Kastro əslində 1927-cı ildə anadan olub.Atası İspaniyadan gələn mühacir-fəhlədir və Kubada iri şəkər plantasiyalarına sahib olub.Kastro və qardaşı Raul nikahdan kənar doğulublar. Sonradan onları atası rəsmi övladlığa qəbul edib. Kastro təhsilini Çilinin paytaxtı Santyaqoda katolik internatında alıb, həm də Havanadakı yezuit kollecində oxuyub.Sonradan Kastro Havana universitetinə daxil olub və hüquq təhsili üzrə bitirib.
50-ci illərin əvvəllərində o Kuba xalqları partiyasına ("Ortodokslar") üzv olub və siyasi fəaliyyətə başlayıb.
Kubada 1952-ci ilin martında general Batistanın başçılığı ilə hərbi çevriliş olub və diktatura rejimi qurulub.Bundan sonra Kastronun da üzv olduğu "Ortodokslar" partiyası Batistanın diktatura rejiminə qarşı mübarizəyə başlasa da tezliklə dağıdılıb.Buna baxmayaraq Kastro bu partiyanın üzvlərindən kiçik bir qrupunu öz ətrafına cəmləyərək Batistanın rejimini devirmək üçün hazırlıqlara başlayıb.1953-cü ilin iyulunda Kastronun başçılıq etdiyi qrup bu istiqamətdə ilk cəhd göstərib və hərbi kazarmalardan birinə hücum edib.Ancaq bu hücumun qarşısı qəddarcasına alınıb.Kastronun qrupunun üzvlərindən çoxu öldürülüb, onun özü isə həbs olunaraq hərbi tribunala verilib.Ancaq Kastro onun üzərində qurulan məhkəməni də Batista rejiminə qarşı hücum üçün istifadə edib.O, məhkəmədə "Tarix mənə haqq qazandıracaq" adlı məşhur çıxışını edib vəBatistanın diktatura rejimini sərt şəkildə tənqid edərək ölkədə milli-azadlıq hərəkatının proqramını açıqlayıb.Məhkəmə Kastronu 15 il azadlıqdan məhrum etsə də o, üç il sonra ictimaiyyətin təzyiqi ilə amnistiya olunub. Həmin il o, Mekshikaya mühacirət edib.1956-cı ilin dekabrında Kastronun başçılıq etdiyi bir qrup inqilabçı gizli yolla kiçik yaxtada Kubanın Oryente əyalətinə keçiblər.O, tədricən qiyamçı ordu formalaşdıraraq diktatura rejiminə qarşı partizan müharibəsinə başlayıb.Nəhayət, Kastro 1959-cu ilin 1 yanvarında öz məqsədinə çatıb.Onun başçılıq etdiyi inqilab ordusunun ətrafında cəmləşən demokratik qüvvələr Batistanı devirərək hakimiyyəti ələ alıblar.
Həmin ilin fevralında Kastro Kuba inqilabı hökumətinin baş naziri olub.
47 illik hakimiyyəti dövründə özünün dediyinə görə, Kastronu devirmək üçün 600 dəfə cəhd göstərilib.Ona saysız-hesabsız sui-qəsd cəhdləri olub. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi Kastro rejimini devirmək üçün onlarla əməliyyat qurub. Ancaq "komendante" ləqəbli Kastro bütün bunlardan salamat çıxıb. Kastro alovlu natiq kimi də tarixə düşəcək.O, saatlarla dayanmadan danışa bilirdi.Məsələn, o, Amerika konqresmenlərinə sağlam inək sortunun yetişdirilməsi barədə üç saat mühazirə oxuyub,BMT Baş Assambleyasının toplantısında isə yeddi saat çıxış edib.Kastronun şəxsi həyatı barədə çox az məlumat var.Onun neçə arvadının olduğu dəqiq məlum deyil, ancaq Kastro bu vaxtadək üç dəfə evlənib.Məlumdur ki, onun birinci arvadı Batista rejiminin nazirlərindən birinin qızı olub. Həmin evlilikdən Kastronun bir oğlu var.Diktatorun cəmi altı övladının olduğu deyilir. Onun ikinci evlilikdən olan qızı Alina 1993-cü ildə saxta ispan pasportuyla ABŞ-a qaçıb və sonradan Kastronun şəxsi həyatı haqda kitab yazıb. Kastronun bacısı Xuanito da 60-cı illərdə ABŞ-a mühacirət edib.Çünki diktator öz yaxınlarına münasibətdə də amansız idi.Kastro Mərkəzi Kəşfiyyat İdarəsinin sui-qəsd planlarından ehtiyat edərək şəxsi həyatı barədə bütün məlumatları məxfi saxlamaq əmri verib.Ancaq MKİ-nin bir neçə ay əvvəl hazırladığı məxfi hesabatda deyilirdi ki, Kastro sağalmaz Parkinson xəstəliyinə tutulub və yaxın dörd ildə öləcək.Diktatorun şəxsi həkimi isə onun 140 il yaşaya biləcəyini deyirdi.Çox güman ki, Kastro həmişə geydiyi tünd rəngli frençlə Stalinin qəlyanı və ya Çörçilin siqarı ilə də tarixə düşəcək.Kubalılar Kastronu həmişə bu frençdə görüblər.Xarici görünüşünə görə o, adi hərbi mundirdən fərqlənmir, ancaq əslində o xüsusi materialdan hazırlanıb və diktarorun bədənində sabit temperatur saxlayır.

Fidel KastroFidel KastroFidel KastroFidel KastroFidel KastroFidel KastroFidel KastroFidel Kastro


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 8174   Tarix: 05 aprel 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329