Təkəbbürlük nədir?

Təkəbbürlük nədir?Mənbə: http://zikr.az

Abdullah ibn Amr demişdir: "Biz Pey­ğəmbərin - ona və ailəsinə Allahın salavatı və salamı olsun - yanında oturmuşduq. Bədəvilərdən olan bir kişi gəldi. Onun əynin­də yaşıl atlasdan bir cübbə var idi. O gəlib Pey­ğəmbərin başının üstdə durub dedi: "Sizin dostunuz hər bir adlı-sanlı adamı alçaldır, yaxud hər bir adlı-sanlı adamı alçaltmaq istəyir və hər bir çobanı ucaldır". Pey­ğəmbər onun cübbəsinin ətəyindən tutub dedi: "Məgər mən sənin əynində ağılsız adamın geydiyi libasın olduğunu görmürəm?" Sonra dedi: "Allahın peyğəm­bəri Nuh vəfat edərkən oğluna belə demişdi: "Mən sənə vəsiyyətimi söyləyirəm; sə­nə iki şeyi əmr edir və iki şeyi qadağan edirəm. Sənə "lə iləhə illəl­lahı" əmr edirəm. Əgər yeddi göy və yeddi yer tərəzinin bir gözünə və "lə iləhə illəllah" digər gözünə qoyulsaydı, bu tövhid kəl­məsi ağır gələrdi. Əgər yeddi göy və yeddi yer ucsuz bucaqsız bir halqa olsaydı, "lə iləhə illəllah" onu yarardı. Habelə, "subhə­nallahi və bihəmdihi" kəlmələ­rini əmr edirəm. Çünki bu kəlmələr hər şeyin duasıdır. Bunun sayəsində hər şeyə ruzi verilir. Sənə iki şeyi qadağan edirəm: Allaha şərik qoşmağı və təkəb­bürlük etməyi". Səhabələr dedilər: "Ey Allahın Elçisi! Bu şirki bildik. Bəs təkəbbürlük nədir? Məgər birimizin özündə olan gözəl əbasını gey­məsi təkəb­bürlükdürmü?" Pey­ğəmbər: "Xeyr"- deyə cavab verdi.
Kişi dedi: "Mə­gər birimizdə gözəl qaytanlı gözəl ayaqqabıların ol­ması təkəb­bürlük­dürmü?" Pey­ğəmbər: "Xeyr"- deyə cavab verdi.
Kişi dedi: "Mə­gər birimizin minəcək heyvana sahib olması təkəb­bürlük­dürmü?" Peyğəmbər: "Xeyr"- deyə cavab verdi.
Kişi de­di: "Mə­gər birimizlə oturub-duran dostların olması təkəb­bürlük­dür­mü?" Pey­ğəmbər: "Xeyr"- deyə cavab verdi.
Kişi dedi: "Bəs təkəbbürlük nədir, ey Allahın Elçisi?" Pey­ğəmbər dedi: "Haqqı dan­maq və insanlara xor baxmaq­dır". (əl-Buxari "Ədəbul-Mufrad", 548).


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 2646   Tarix: 01 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Məscidlər açılır? - Hacı Şahin DANIŞDI

Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra məscid və ziyarətgahların fəaliyyəti ilə bağlı qadağa hələ də qüvvədədir. Oktyabr ayının əvvəlindən məscidlərin fəaliyyətinə müəyyən şərtlərlə icazə verilməsi gözlənilir. Operativ Qərargah qonşu ölkələrdəki praktikadan istifadə edərək məscid v

18.09.2020 3732
.

İslam - Yolxucu xəstəlikdən qorunmağın 10 yolu

Uca Allah buyurur: "İnsanların öz əlləri ilə et­diyi əməllərinin nəticəsi ola­raq qu­ru­da və də­nizdə fə­sad törə­yir ki, Allah onlara, etdik­lə­ri­nin bir qis­mi­ni daddırsın. Bəl­kə, onlar haqqa qayıdalar. De: "Yer üzünü gəzib do­laşın və əvvəlkilərin aqibəti­nin ne­cə ol­duğuna baxın. On­ları

26.03.2020 5917
.

Android telefonları üçün mobil proqram - Dua və Zikr (Müsəlmanın Qalası)

Dua və Zikr (Müsəlmanın Qalası) - YÜKLƏ. Əziz müsəlmanlar, sizə təqdim etdiyimiz bu proqram "Müsəlmanın Qalası" kitabçasının əsasında qurulmuşdur. Bu kitab özündə hər bir müsəlmanın gündəlik ehtiyac duyduğu dua və zikrləri əhatə edir. Sizləri daima dua və zikr etməyə həvəsləndirmək üçün kitabçanı

12.04.2020 5175
.

Həccə gedə bilməyənlərin pulları qaytarılır

Həcc ziyarətinə getmək üçün sənəd verənlərin səfər üçün ödədidyi məbləğ geri qaytarılır. Qafqaz Müsəlmanları İdarəsindən -a verilən məlumata görə, hazırda pulunu geri almayan çox az adam qalıb. Qeyd edək ki, bu il koronavirus pandemiyası səbəbindən Həcc ziyarəti xaricdən getmək istəyənlər üçün mümkü

06.08.2020 2390
.

Azərbaycanda səsgücləndirici ilə azan vermək qadağan edildi? - RƏSMİ AÇIQLAMA

Türkiyə mətbuatında "Azərbaycanda azan qadağan edildi" başlıqlı xəbərlər həqiqəti əks etdirmir. BİG.AZ-ın -a istinadən verdiyi xəbərə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman Musayev Türkiyənin "AA" saytına açıqlama verərkən bildirib. Onun sözlərin

08.10.2019 3062
.

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi?

Əgər ailədə pul qazanan yalnız kişidirsə, qadın icazəsiz onun pulundan götürə bilməz. Bu, düzgün hərəkət deyil və halal sayılmır. Ailə hər şeydən əvvəl qarşılıqlı anlaşma, düzgünlük, səmimiyyət üzərində qurulmalıdır. Ailə üzvlərinin bir-birinin mülkünə icazəsiz müdaxilə etmələri yanlış hərəkətdir. Əlbəttə

02.02.2020 3775
.

Qədr gecəsində necə dua etmək lazımdır?

Qədr gecəsi elə fəzilətli gecədir ki, bəndənin istəkləri yerinə yetər və hacətləri həyata keçər. Bəs necə dua edək ki, bu dualarımız qəbul olsun?. Unikal.org xəbər verir ki, Həmmad ibni Osman nəql edir: "Ramazan ayının 21-ci gecəsində İmam Sadiqin (ə) xidmətinə getmişdim və mənə buyurdu: "E

01.05.2021 4146
.

Niyə insanın qulağında acı su var?

İmam Kazım (ə) buyurur: "Həqiqətən, Allah Təala bir-biri ilə bağlı olan iki aləm xəlq etmişdir. Onlardan biri Ulyadır, o birisi isə Suflidir. Hər iki aləmin yaradılışını insanda icad etmişdir. Necə ki, bu aləmi kürəvi şəklində xəlq etmişdir, insanın başını da kürəvi şəklində xəlq etmişdir. İnsanı

02.05.2021 3283
.

"Aşura" günü ilə bağlı əhaliyə ÇAĞIRIŞ

"Biz mömin insanlara çox hörmətlə yanaşırıq. Amma indiki epidemioloji vəziyyəti nəzərə alaraq, o cümlədən, "Aşura" günü dini mərasimlərdə kütləviliyə yol verilməməsini və belə tədbirlərdən uzaq durmağı xahiş edirik". -ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabineti yanında operati

15.08.2020 3237