Bizi necə izləyirlər?

Bizi necə izləyirlər?ABŞ, İsrail və İngiltərə dünyadakı bütün xəbərləşmələri yoxlayır. Bunun üçün bir dəfə internetə girmək bəs edir.

Həyatda hər şeyin müsbəti də olur, mənfisi də. Bir tərəfdən sürətli texnoloji inkişaf, kompüterlər, peyklər, mobil telefonlar, internet, e-mail həyatımızı asanlaşdırır, digər tərəfdən isə bütün bu sistemlərə görə, böyük bir şəbəkənin nəzarəti altında qalırıq. Yazdığımız hər söz, az qala etdiyimiz hər bir hərəkət, hər söhbətimiz, hətta alış-verişlərimiz, səhiyyə qeydiyyatlarımız dövlətlərin və bəzi şirkətlərin xüsusi arxivlərində yığılır. İstədikləri vaxt bütün həyatımız, şəxsiyyətimiz, əlaqələrimiz haqqındakı ən məhrəm məlumatları belə ortaya çıxara bilərlər.

Həqiqətən bizim haqqımızda bütün məlumatlar arxivləşdirilirmi?

Elə bilirsiniz zarafat edirik? Xüsusilə 11 sentyabr hücumlarından sonra bütün dünya terrorçulara çox imkan tanıdığı qənaətinə gəldi və müxtəlif anti-terror qanunları hazırlandı. Bununla da insanların daimi izlənməsi prosesi başlandı. Məsələn, Amerikada qanunla internet üzərindən danışdığınız bütün söhbətlərin, e-mailə gələn və gedən mesajların bir il ərzində saxlanılmasına qərar verilib. Həmçinin istənilən vaxt mobil telefonla yazılan bütün mesajlara baxa bilərlər.

Hətta internetə girməsəniz belə...

Kompüterlərdə "arxa qapılar" adlı gizli sistem var. Siz bir dəfə internetə girəndə "Windows" sistemi avtomatik olaraq işləməyə başlayır və bu "arxa qapılar" vasitəsilə kompüterinizi ələ keçirir. Siz ondan sonra bir daha internetə girməsəniz belə, kompüterinizdə o vaxta kimi bütün yazdıqlarınızı izləmək olur. Eyni şey mobil telefonlara da aiddir. Deyəsən, bundan yaxa qurtarmağın yeganə yolu batareyaları çıxarmaqdır.

Deyək ki, mobil telefonlar siqnal yaydığı üçün izləmək asandır. Axı kompüterlər siqnal yaymır. Bəs bu necə olur?

İzlənilmək üçün internetə sadəcə bir dəfə girməyiniz kafidir. Bu əlaqə kompüterinizi hər hansı bir kəşfiyyat xidmətinin sistemiylə inteqrasiya halına gətirir. "Arxa qapılar" vasitəsilə kompüteriniz sistem tərəfindən ələ keçirilir və kompüteriniz üzərində öz tətbiqlərini qurur. Sonrasını da artıq peyklər vasitəsilə həll edir. Əgər özəl materiallarınızı qorumaq istəyirsinizsə, gərək sizin iki kompüteriniz olsun və onlardan birinin internetə çıxışı olmasın. Çin, Fransa, Almaniya "Microsoft"u dövlət dairələrində və orduda qadağan edib. Onlar başqa sistemdən istifadə edirlər. Dövlətlər özlərini bu cür müdafiə edir, amma vətəndaşlar bu dəfə də "Windows" yerinə, başqa bir sistemlə izləniləcəklər.

Yer üzündə milyardlarla mobil telefon, 1 milyarda yaxın isə internet istifadəçisi var

Amerikanın dünyanın ən inkişaf etmiş kəşfiyyat təşkilatı olan NSA adlı milli təhlükəsizlik agentliyi var. Bu agenliyin əsas məqsədi xarici diplomatları və hərbi atteşeni dinləmək idi. Amma bu gün NSA yer üzündə telefon, faks, kompüter, internet də daxil olmaqla, hər cür yazışma və söhbəti izləyir. İstəsə sizi də, məni də dinləyə bilər. Bunun üçün "Promise" və "Echelon" sistemlərindən istifadə edir. Bu sistemlər hər gün peyklərə 50-dən çox söz, anlayış yükləyir. İçində bu sözlərin keçdiyi hər cür danışıq avtomatik olaraq izlənilir. Hər gün NSA-da 40 ton sənəd tullanılır.

Amerika, İngiltərə və İsraildən fərqli olaraq digər ölkələrin kəşfiyyat təşkilatları texnologiya sahəsində çox da inkişaf etmədiyi üçün dünyadakı bütün xəbərləşmələrə nəzarət edə bilmir. Öcalanın mobil telefonla danışarkən tutulması adını qeyd etdiyim sistemlərin istifadə olunmasının bariz nümunəsidir. Öcalanın danışıqları peykə göndərilib. Geriyə qalan sadəcə telefondakı danışıqlarını dinləmək idi. O danışan kimi yeri səs vasitəsilə millimetrinə qədər müəyyən olunub. Dudayev də belə yaxalanıb. Rusiya çeçen liderini tuta bilmirdi. ABŞ onun yerini mobil telefonla danışarkən təsbit edib və elə oradaca öldürülüb.

"Promis" və "Echolon" proqramlarını birlikdə inkişaf etdirən MOSSAD və NSA bu proqramları dünyanın digər kəşfiyyat təşkilatlarına də satıb.

Bu izləmələrin qarşısını necə almaq olar?

Əslində bu proqramların işləməsinə mane ola biləcək başqa bir proqram tapmaq olar. Lakin şifrələmə sistemi asan olduğu üçün istənilən vaxt proqramınız ələ keçə bilər. Peyklər yaranandan, daha doğrusu, işləri daha da güclənəndən sonra hər şeyə, hər bir şəxsə çox asanlıqla nəzarət edilir. Çünki hər cür yazışma və sənəd artıq kompüterlərdə var. Ölkələr hər nə qədər öz sistemlərini dəyişdirsələr belə bu 3 ölkə hər maneəni aşa bilir. Düşünün, Pentaqonun saytına belə giriblər.

Qayıdaq e-maillərə

Dünyada internet üzərindən göndərilən bütün e-maillər Amerikada "root server" adlı 13 əsas kompüterdən keçir. Bütün interneti Amerikadakı bu 13 kök kompüter idarə edir.

Haqqında danışdığım 2 proqram insanlara aid məlumatları elektron mühitdə fərqli yerlərdə saxlayır. "Promis" fərqli mühit və şəxslərə aid məlumatları bir yerə toplayır və insan kimi mühakimə yürüdüb, nəticə çıxarır. İsrail bu proqramdan ən çox Fələstində istifadə edib. Ən inkişaf etmiş izləmə sistemi olan "Echelon"un dünyanın bir çox ölkəsində peyk tıxacını izləyən antennaları var. Bu proqramın sahibləri - Amerika, İsrail və İngiltərədir. Amerikalı proqramçılar gecə saatında qara tennis topunun yerinin belə peyklərlə müəyyən edə bildiklərini deyir.

Yəni siz boş-boşuna əziyyət çəkib kompüterinizin keçmişini təmizləməyin. Onsuz da heç sizi izləyən də yoxdur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1705   Tarix: 01 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Paytaxt restoranlarında Yeni il qiymətləri

Bəzi insanlar Yeni il gecəsini evdə yox, restoranlarda qeyd etməyi sevirlər. Bu baxımdan restoranların 31 dekabr gecəsi üçün qiymətləri daim maraq doğurur. Bakıda elə əyləncə mərkəzləri var ki, Yeni il gecəsi üçün bir nəfərlik qiymət 400 manat təşkil edir. Bəzi obyektlərdə isə 150-200 manat arasıdır

16:18 168
.

Rubio: Ruandanın Konqodakı fəaliyyəti sülh sazişinin pozulmasıdır

Ruanda qonşu Konqo Demokratik Respublikasına (KDR) qarşı etdikləri ABŞ Prezidenti Donald Trampın iştirakı ilə iki Afrika dövlətinin liderləri tərəfindən Vaşinqtonda imzalanmış sülh sazişini pozur. "Report" xəbər verir ki, bu məlumatı ABŞ dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsind

17:40 86
.

Erməni Apostol Kilsəsinin daha bir rəhbər şəxsinin həbs müddəti iki ay uzadılıb

İrəvanın birinci instansiya məhkəməsi Erməni Apostol Kilsəsinin Araqasotn yeparxiyasının rəhbəri yepiskop Mkrtıç Proşyanın həbs müddətini daha iki ay uzadıb. "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə onun vəkili bildirib. "Bu qərarı dekabrın 13-ü hakim Karen Farxoya

11:40 114
.

Ukraynanın Trampın sülh planına cavabının təfərrüatları məlum olub

Ukrayna ABŞ Prezidenti Donald Trampın sülh planına cavab olaraq qoşunların Donbasdan çıxarılması və NATO üzvlüyündən imtinası ilə bağlı təklifləri rədd edib. "Report" xəbər verir ki, Kiyevin cavabının təfərrüatlarını "New York Times" açıqlayıb. "Cavabda bildirilib ki, Kiyev Ukraynanı

14:30 114
.

Azərbaycanlıların üz tutduğu yeni daşınmaz əmlak bazarı: Səbəblər nədir?

Türkiyə Statistika Qurumunun 2025-ci ilin yanvar-oktyabr dövrü üzrə açıqladığı rəsmi məlumatlara əsasən, Azərbaycan vətəndaşları bu ilin ilk on ayında Türkiyədə ümumilikdə 741 mənzil alıblar. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə nəzərəçarpacaq artım olduğunu göstərir. Belə ki, 2024-cü ilin yanvar-oktyab

14:20 132
.

Sağında əri, solunda sevgilisi ilə bütün ölkənin qarşısında - Mənəvi çöküşün mənzərəsi

Esra Erolun verilişində ərini və uşağını İbrahimlə qaçmaq üçün qoyub gedən Zeynəbin hekayəsi həm tamaşaçıları, həm də studiyadakıları "ola bilməz!" deməyə vadar edib. Hadisə ilə bağlı şərhlər verilib və bu, tezliklə trend mövzusuna çevrilib, o cümlədən "mənəvi çöküş mənzərəsi" d

17:50 118
.

Rusiya Qara dənizdə Türkiyə gəmisinə hücum etdi

Dekabrın 13-də Rusiya Silahlı Qüvvələri Ukraynadan Misirə gedən Türkiyəyə məxsus mülki gəmiyə hücum edib. xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri bildirib. Məlumata görə, zərbə dron vasitəsilə həyata keçirilib. "Rusiya göyərtəsində günəbaxan yağı olan və Misirə gedən Türkiyənin "VIVA"

12:00 136
.

Qəzzada HƏMAS-ın əsas komandirlərindən biri məhv edilib

İsrail Müdafiə Qüvvələri (SAXAL) Fələstinin radikal HƏMAS hərəkatının komandirlərindən birini məhv etmək üçün Qəzza şəhəri yaxınlığında hücum həyata keçirib. xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb. Məlumata görə, söhbət İzzəddin əl-Qəssam Briqadalarını

14:10 115
.

Bu il problemli kreditlərin həcmi 13,5 faiz artıb

2025-ci il noyabrın 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8.3 faiz artaraq 31 milyard 169.4 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, ümumi kredit portfelinin 25 milyard 701.7 milyon manatı v

11:00 115
.

TOP MP3