2014-cü ildə hansı məşhur simaları itirdik?

2014-cü ildə hansı məşhur simaları itirdik?014-cü ildə Azərbaycanın ədəbi və mədəni həyatında qazanılan uğurlarla yanaşı, itirdiyimiz dəyərli imzalar da az olmayıb.

Bu itkilərin yalnız bir qismini, əsasən mədəniyyət və incəsənət sahəsində itirdiklərimizi yada salacağıq.

2014-cü ildə Azərbaycan mədəniyyəti və ədəbiyyatı böyük itkilərlə üzləşib.

Azərbaycanın əməkdar artisti, tanınmış kino və teatr aktyoru Ömür Nağıyev yanvarın 1-də vəfat edib. O, Bakıda dəfn olunub. Ö.Nağıyev 1953-cü ildə Bakıda anadan olub. 1975-1979-cu illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kino və televiziya rejissorluğu fakültəsini bitirib. 1972-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyib, 30-dan çox filmdə çəkilib.

"Döngə", "Burulğan", "Səni axtarıram", "Bağışla" kimi telepyesləri ilə məşhurluq qazanan yazıçı-dramaturq Aslan Qəhrəmanlı yanvarın 19-da 74 yaşında Bakıda vəfat edib. A.Qəhrəmanlı Ağstafa rayonunda dəfn edilib.

Ötən ilin böyük itkilərindən biri xalq yazıçısı İsa Muğanna (Hüseynov) olub. İ.Muğanna aprelin 1-də Bakıda vəfat edib, I Fəxri Xiyabanda torpağa tapşırılıb.

İsa Mustafa oğlu Hüseynov 12 aprel 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində anadan olub. "Saz", "Tütək səsi", "Teleqram", "Kollu-koxa" "Məhşər", "İdeal" kimi əsərlərin müəllifi olan yazıçı Azərbaycan ədəbiyyatının, romançılığının inkişafında böyük xidmətlər göstərib.

Bu il itirdiyimiz ədəbiyyat xadimləri arasında şair-publisist Tofiq Abdinin və Adil Mirseyidin də adı var. T.Abdin fevralın 24-də, Adil Mirseyid isə iyulun 17-də vəfat edib. T.Abdin Bakıda, A.Mirseyid Ağdaşda dəfn olunub.

Dövlət Musiqili Teatrının aktrisası Xanım Qafarova iyulun 11-də dünyasını dəyişib. Süd vəzisi xərçəngindən əziyyət çəkən aktrisa Kürdəxanı qəbiristanlığında dəfn olunub.

Professor Vaqif Arzumanlı iyulun 9-da Nabranda dünyasını dəyişib. Alimin xərçəngdən əziyyət çəkdiyi bildirilir. V.Arzumanlı Xudat qəbiristanlığında dəfn olunub.

Bu il yol qəzasına düşən Azərbaycanın tanınmış reperi Hüseyn Dərya da vəfat edib. H.Dərya Bakıda dəfn olunub.

Azərbaycanın xalq artisti, Dövlət Mükafatı Laureatı, tanınmış bəstəkar Aqşin Əlizadə mayın 3-də vəfat edib. O, I Fəxri Xiyabanda dəfn olunub. A.Əlizadə Azərbaycanın "Şöhrət" (1997) və "Şərəf" (2012) ordenləri ilə təltif edilib.

Şair, Azərbaycan Yazıçılar Birliyinin katibi Ədalət Əsgəroğlu oktyabrın 1-də vəfat edib. Onun ölümünə səbəb infarkt olub. Ə.Əsgəroğlu Bakıda dəfn olunub. Şair "Özüm qürbətdə, gözüm vətəndə", "Sabahını itirməyən adamlar", "Məmləkətim canım mənim..." və s. kitabların müəllifidir.

Yazıçılar Birliyinin katibi, filologiya elmləri doktoru Arif Əmrahoğlu 19 iyul tarixində dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Ədəbiyyatşünas alim "Nəsrin poetikası", "Sözə inam sabahımızdır", "Epik sözün bədii gücü" və s. kitabların müəllifidir. A.Əmrahoğlu uzun illər Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.

Məşhur azərbaycanlı cərrah, professor Cavad Heyət də 2014-cü ildə itirdiyimiz şəxslər arasında olub. O, avqustun 12-də səhər saatlarında dünyasını dəyişib, Bakıda dəfn olunub. C.Heyət filologiya və türkologiya sahəsində "Azərbaycan ədəbiyyatı tarixinə bir baxış", "Azərbaycan şifahi xalq ədəbiyyatı", "Türk dili və ləhcələrinin tarixi", "İki dilin müqayisəsi" kitablarının müəllifidir.

Görkəmli yazıçı Ələviyyə Babayeva sentyabrın 23-də 93 yaşında dünyasını dəyişib. O, Yasamal qəbiristanlığında həyat yoldaşının yanında dəfn olunmasını vəsiyyət edib. Ə.Babayeva "Adamlar və talelər", "Səni axtarıram", "Əlvida", "Rəngbərəng yuxular" və s. kitabların müəllifidir.

Yazıçı-publisist Cəmil Əlibəyov 26 oktyabr tarixində 86 yaşında dünyasını dəyişib. Yazıçı "Sınaq", "Mənim analı dünyam", "Həyatın özü", "Dözümlü məhəbbət", "Dünyanın o biri ucu", "İlk məhəbbət" romanlarının, "Qayaların göz yaşı", "Özümü axtarıram", "Analar", "Anam Arazım mənim" və digər povestlərin, bir neçə pyesin, ssenarinin, publisist kitabın müəllifidir.

Şair Dərviş Cavanşir dekabrın 15-də vəfat edib. Onun ilk dövrlərdə yazdığı ədəbi-publisistik əsərləri və şeirləri Cavanşir Eloğlu imzası ilə çap olunub.

Nurəngiz Gün dekabrın 20-də vəfat edib. Şairə xanımın uzun müddət xəstəlikdən əziyyət çəkdiyi bildirilir. N.Gün 1938-ci ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1 saylı Bakı Tibb Məktəbində, sonra isə ADİU-da təhsilini davam etdirib. Oxucularla ilk görüşə "Ulduz" jurnalında dərc edilən "Tanrı" (1981) povesti ilə gəlib.

ailem.az


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 3052   Tarix: 31 dekabr 2014  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Tezbazar.Az - Xidmətlər, təmir, tikinti və digər xidmət elanları

Pulsuz elanlar saytı -da təmir, tikinti və digər xidmətlərlə bağlı elanlar yerləşdirilir. Evini təmir etdirməyə hazırlaşanlar və tikintiyə başlamaq istəyənlərin diqqəti bizdə olsun!. Onlayn elanlar platforması olan xidmətinizdədir! Biz sizə hər məsələdə kömək etməyə hazırıq. Təmir və ya tikintiyə başlama

13.12.2025 529
.

Azərbaycanda təsirli hadisə - Pişik uşağı ölümdən xilas etdi

Bu yaxınlarda Mingəçevirdə qəribə hadisə baş verib. Zirzəmiyə atılan azyaşlını pişik xilas edib. Bunu Sosial Xidmətlər Agentliyinin Valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev bildirib. "Zirzəmiyə atılan 1-2 yaş arasında olan uşağı polislər 4 gündən sonr

13.12.2025 205
.

Tarixdəki ən böyük ilan: O, avtobusdan uzun olub

Müasir Kolumbiya ərazisində bir zamanlar şəhər avtobusundan uzun və kiçik bir avtomobildən daha ağır olan bir ilan yaşayıb. O, dinozavrlardan sonra bu mənzərədə hökmranlıq edib. Qaynarinfo xəbər verir ki, Rutqers Universitetinin evolüsion bioloqu Skott Trevers "Forbes" üçün yazdığı məqaləsind

06.12.2025 290
.

Evakuator xidməti və daşınma xidməti

Avtomobil və yüklərin daşınması üçün Evakuator xidməti göstərilir. Evakuator xidmətinə həm avtomobillərin həm də yüklərin daşınması daxildir. Avtomobil istifadə edənlər bilir ki bəzən avtomobillərdə olan texniki problem və digər xoşagəlməz hadisə zamanı sizi yolda qoya bilir. Bu zaman evakuasiya xidmət

11.12.2025 196
.

Afrika pinqvinlərinin nəsli kəsilə bilər

Cənubi Afrika Respublikasının (CAR) sahil sularında balıq populyasiyasının kəskin azalması səbəbindən unikal pinqvin növü olan Afrika pinqvinlərinin nəsli sürətlə kəsilir. xəbər verir ki, bu barədə CAR-ın Meşəçilik, Balıqçılıq və Ətraf Mühit Nazirliyinin Böyük Britaniyadakı Ekseter Universiteti ilə birg

07.12.2025 235
.

45 dəqiqə dayanan ürəyi işə salan həkim danışdı: "Allah əməyimizi itirmədi"

Şirvan Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatdan təxminən bir həftə sonra ürəyi dayanan xəstə 45 dəqiqəlik mübarizədən sonra həyata qaytarılıb. Pasiyentin həyatını xilas edən həkim Jalə Müslümova Baku TV-yə danışıb və pasiyentin həyatını xilas etdiyi üçün çox böyük sevinc hissi yaşadığını deyib

13.12.2025 193
.

Ehtiyat hissələri alarkən ən çox edilən 5 səhv

Avtomobil ehtiyat hissələri alarkən diqqətli olmaq vacibdir, çünki səhv seçimlər həm maliyyə zərərlərinə, həm də avtomobilin performansına mənfi təsir göstərə bilər. Ehtiyat hissəsi alarkən, düzgün qərarlar vermək avtomobilinizin performansını və təhlükəsizliyini təmin etmək üçün vacibdir. Ehtiyat hissəs

08.12.2025 1115
.

Dünyanın ən yaxşı 100 mətbəxi açıqlandı: Azərbaycan neçəncidir?

Dünyanın ən yaxşı mətbəxləri açıqlanıb. Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, beynəlxalq qiymətləndirmələrə görə, ləzzət sıralamasında aşağıdakı 100 ölkə yer alıb. Siyahıda Azərbaycan və ona sərhəd ölkələr - Türkiyə, Qazaxıstan, Rusiya, İran, Ermənistan və Gürcüstan yer alıb. Həmin siyahın

08.12.2025 1891
.

Şirəsini sıçratmadan narı dənələməyin asan yolu - Qaşıqla 1 dəqiqəyə

Narın təmizlənməsi çoxları üçün çətin və səliqəsiz bir iş olduğundan, bir çox insan bu meyvədən uzaq durur. Lakin sadə bir fənd sayəsində narı təmizləmək cəmi bir dəqiqə çəkir və ətraf tamamilə təmiz qalır. -ın xarici mediaya istinadla xəbərinə görə, bunun üçün yalnız iti bıçaq və adi metal qaşıq kifayətdir

07.12.2025 512
.

TOP MP3