Qarda-şaxtada özümüzü necə qorumalı?

Qarda-şaxtada özümüzü necə qorumalı?Temperaturun kəskin aşağı düşməsi ilə orqanizmdə müəyyən problemlərin yaranması ehtimalı artır. Xüsusilə şaxtalı havalarda soyuqdəymə halları, qrip, nəfəs yollarının iltihabı insanlarda kütləvi şəkil alır. Bütün bu xəstəliklərdən yan keçmək sizin öz əlinizdədir. Sadəcə qida rasionunuzda kiçik bir dəyişiklik etsəniz bu qarlı-şaxtalı günlərdə özünüzü sağlam və gümrah hiss edəcəksiniz.

1. Daha çox vitaminlə zəngin olan qidalara üstünlük verin. Süfrənizdə meyvə və tərəvəzi bol edin.

2. Viruslara qarşı mübarizədə soğan və sarmısaq ən yaxşı vasitədir. Əgər soyuqdəymə sizi artıq yaxalayıbsa pambığı sarmısağın şirəsinə batırıb burnunuzun içərisinə sürtün. Əgər qripə yoluxmağınızı hiss edirsinizsə soğanın suyunu tənzifdən keçirib bir damcı burnunuza damızdırın.

3. Gün ərzində çoxlu maye qəbul edin. Moruq və zoğal mürəbbəsi ilə çay içmək daha faydalıdır.

4. 100 qram çuğundur şirəsinə 20 qram bal qatıb qarışdırın. Səhər və axşam yeməkdən yarım saat əvvəl qəbul edin və qripə qarşı faydasını görün.

5. Qara turpu xırda-xırda doğrayın və üzərinə şəkər tozu səpin. Bir neçə saatdan sonra turp öz şirəsini buraxacaq. Hər saatdan bir həmin şirədən bir xörək qaşığı qəbul edin və qripdən xilas olun.

6. Qarlı-şaxtalı havalarda limondan daha çox istifadə etməklə bədəninizin xəstəliklərə qarşı müqavimətini artırmış olarsınız.

7. Soyuq havaya qarşı mübarizədə spirtli içkilərin qəbulunu məqsədəuyğun sayırsınızsa yanılırsınız. Unutmayın ki, spirtli içkilər və siqaret orqanizmin immun sistemini zəiflədir.

8. Nəfəs yollarınızı iltihabdan qorumaq üçün süd için. Bir stəkan südə bir qaşıq bal qatsanız bu daha xeyirli olacaq.

9. Evdə olarkən isti olmaq üçün özünüzü paltarlarla yükləməyin və otağın temperaturunu da çox isti etməyin. Çünki çölə çıxdığınız zaman kəskin temperatur dəyişikliyi sağlamlığınıza mənfi təsir göstərə bilər.

10. Yağlı və qızardılmış ət məhsullarından imtina edin. Tərəvəzlə hazırlanmış şorbalar daha xeyirlidir.

11. Əgər öskürək sizi narahat edirsə 2 ədəd yumurta sarısına 3 çay qaşığı şəkər tozu qatıb ağ rəng alana qədər qarışdırın və yatmazdan əvvəl qəbul edin.

Gördüyünüz kimi ən sadə üsullarla soyuq havalarda insan özünü xəstəliklərdən qoruya bilər. Sadəcə buna istək lazımdır. Bu istəkdə bulunun ki, sağlam olasınız və qar sevincini gümrah yaşayasınız.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1034   Tarix: 21 dekabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571