Şota Rustavelinin müəmmalı qəbri

Şota Rustavelinin müəmmalı qəbriXII əsrdə yaşayıb-yaratmış məşhur gürcü şairi Şota Rustavelinin doğum tarixi hələ də məlum deyildir.

Məlum olan odur ki, o, XII əsrdə, indiki Rustavi şəhərində anadan olub. Onun harada dəfn olunduğu, qəbrinin harada olduğu da uzun müddət naməlum qalmışdır. Uzun bir müddətdən sonra təxminlərlə onun qəbrinin harada olduğu müəyyənləşdirilmişdir.

Bildiyimiz kimi Şota Rustaveli çariça Tamaranın hakimiyyəti (təqribi 1165-ci il) dövründə saray şairi olub. Həm də o, çariça Tamaranın şəxsi xəzinədarı imiş.

O, saraya ilk gəlişindən çariçaya bir könüldən, min könülə vurulubmuş. Bəzi şaiyələrə görə, guya çariça Tamara şairin məşuqəsi imiş. Amma bunu təsdiqləyən lazımınca sənədlər olmadığından bu bir şaiyə kimi qəbul olunmuşdur. Bəzi məlumatlara əsasən isə, şair çariçaya olan cavabsız məhəbbətini ömrünün sonunadək qəlbində gizli saxlamışdır.

Şairin çariçaya sevgisi o qədər böyük olub ki, o, özünün möhtəşəm əsəri olan "Pələng dərisi geymiş pəhləvan" poemasını məhz çariçaya ithaf etmişdir. Poemada olan əsas qadın qəhramanı – çariça Tamaranın obrazıdır. Şairin müasirlərinin, saray adamlarının və əsasən də, tədqiqatçıların yazdıqlarına əsasən, demək olar ki, poemadakı əsas qadın qəhrəmanın bütün ali keyfiyyətləri çariçada olan ali keyfiyyətlərin əksidir.

Çariça ikinci dəfə ərə gedib, ailə quran zaman, şair sarayı birdəfəlik tərk edir. Sonra isə vətəni Gürcüstanı birdəfəlik tərk edib, qərib diyarlara üz tutur. Uzun müddət şairdən xəbər-ətər tutan olmur və xeyli bir müddət keçəndən sonra məlum olur ki, şair Şota Rustaveli Fələstinə yollanmış və oradakı qədim gürcü monastrı olan "Müqəddəs Xaç" monastrında işə düzəlmişdir və elə həmin monastrda da yaşayır.

Şairin ölümü çox sirli olmuşdur. Belə ki, günlərin bir günü şairin işlədiyi və yaşadığı monastrın ucqar, qaranlıq, balaca bir otağında şairin başsız meyidi tapılır. Qatil isə tapılmır. Onun kimliyi indiyədək naməlum qalmışdır. Şairin harada dəfn olunması haqda isə heç bir dəqiq məlumat yoxdur.

Sonralar, əsrlər sonra bir təsadüf nəticəsində o zamankı Yerusəlim qəbristanlığında qoca kişi təsvir olunmuş freska (mala üzərində sulu boya ilə çəkilmiş şəkil, rəsm) tapılır və belə güman edilir ki, bu freska məhz Şota Rustaveliyə məxsusdur.

Buradan belə bir nəticə hasil olur ki, Şota Rustaveli balaca qaranlıq bir otaqda gizli olaraq vəhşicəsinə qətlə yetirildikdən sonra, elə gizli olaraq da dəfn olunmuşdur. Qeyri-rəsmi məlumatlara görə, Şota Rustavelinin Yerusəlimdə dəfn olunduğu və şairin qəbrinin orada olduğu güman edilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1746   Tarix: 30 noyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051