Bələdiyyə seçkilərinə maraq niyə azdır? - VİDEO

Bələdiyyə seçkilərinə maraq niyə azdır? - VİDEOAzərbaycan bələdiyyə seçkilərinə hazırlaşır. Aparılan müşahidələr hazırlaşır deməyə imkan verməsə də, hər halda gələn ayın 23-ə təyin edilən 1600-dən çox özünü idarəetmə orqanına seçkilər ən qızğın mərhələsində namizədlərin təbliğatı kampaniyasındadır.

Azərbaycanda sayca 3-cü dəfə keçiriləcək bələdiyyə seçkilərinə bir aydan da az vaxt qalıb. Bu dəfəki seçkilərdə əvvəlkindən çox namizəd qatılması əslində prosesin qızğın rəqabət şəraitində keçəcəyini deməyə əsas verir. Amma seçki qabağı ab-hava göstərir ki, bu əsası verən yalnız rəqəmlərdir.

Həm siyasi partiyaların seçkilərə hazırlığı, həm də cəmiyyətdə olan seçkiqabağı passivlik prosesin arzu olunan səviyyədə keçəcəyinə şübhələr yaradır. Müxalifət bunu hakimiyyətin yaratdığı süni əngəllərlə izah edir.

Ümid Partiyası İcra aparatının rəhbəri Taleh Əliyev: "Nəinki ərizələri qəbul olunub, adları dairə seçki komissiyasına təqdim olunduğu o andan etibarən yerli icra hakimiyyət orqanları, sahə müvəkkiləri, hazırkı bələdiyyə sədrləri tərəfindən təhdid və şantaj olunaraq namizədlikdən imtina olunması ilə bağlı onlara göstəriş verirlər. Hətta Cəlilabadda belə bir hadisə baş vermişdi. Belə ki, namizədin sənədlərini qəbul edərkən ona sənədlərin qəbul olunması ilə bağlı bizim nümayəndəyə arayış vermək istəmirdilər".

Mərkəzi Seçki Komissiyasında isə Siyasi partiyaların səsləndirdiyi iddiaları əsassız hesab edirlər. MSK Katibliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov deyir ki, bələdiyyə seçkilərilə əlaqədar daxil olmuş müraciətlərin araşdırılması üçün hətta iclasların gündəlik keçirilməsi qərara alınıb.

"İstənlən bir vətəndaş - istər siyasi partiya tərəfindən, istərsə öz təşəbbüsü ilə, istərsə də təşəbbüs qrupu tərəfindən irəli sürülən namizəd olsun. Sənədlərini hazırlayıb mərkəzə təqdim edə bilər. Əgər seçki ab-havası sakitdirsə, burda siyasi motiv axtarmaq lazım deyil" – deyə Rövzət Qasımov bildirib.

Bu il dekabrın 23-də keçiriləcək seçkilərdə 36 min 770 nəfərin namizədliyi artıq təsdiq olunub.

anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 701   Tarix: 28 noyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ

Bu il Azərbaycan xalqının Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq. apa-ya istinadən xəbər verir ki, 15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür. Nazirlər Kabinetinin "2024-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında"

01.05.2024 1196
.

Türkiyədə avtobus aşdı, ölənlər var

Türkiyənin Qaziantep şəhərində sərnişin avtobusu aşıb. BİG.AZ xəbər verir ki, hadisə zamanı sürücü idarəetməni itirib. Qəza nəticəsində 1 nəfər ölüb, 17 nəfər yaralanıb. Qeyd edək ki, hadisə yerinə çoxlu təcili yardım maşınları cəlb olunub

01.05.2024 186
.

Yaxın günlərdə bu məhsullar kəskin ucuzlaşacaq – SİYAHI

"Bəzi məhsullar istixanalarda yetişdirilir. İstixanada isə zəruri temperatur yaradılır. Məsələn, istixanada xiyar yetişdirmək üçün 23-24, pomidor üçün 25-26, çiyələk üçünsə təxminən 24-25 dərəcə istilik tələb olunur. Nəzərə alaq ki, son günlər havanın temperaturu müsbət 30 dərəcəyə yaxınlaşıb. On

01.05.2024 864
.

"Scooby-Doo" serial olacaq

Məşhur "Scooby-Doo" cizgi filmi serial olacaq. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ekran işi "Netflix"də yayımlanacaq. Hər bölümü 1 saat planlaşdırılan layihə orijinal cizgi serialına yaxın olacaq. Uyğunlaşdırma işini isə "Warner Bros" şirkəti görəcək. Qey

01.05.2024 226
.

Mərkəzi Bank sərt pul siyasəti həyata keçirir

Hesablamalar onu göstərir ki, bizim neytral uçot faiz dərəcəmiz 6-7 faiz aralığındadır. Həmin məntiqlə getsək görərik ki, biz hələ sərt pul siyasəti həyata keçiririk çünki, ölkədə uçot faiz dərəcəsi 7.25% dir. BİG.AZ apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

01.05.2024 231
.

Şöbə müdiri televiziya rəhbəri təyin olundu

Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan Televiziyasına rəhbər təyin olunub. "Qafqazinfo"nun məlumatına görə, bu vəzifəyə Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülviyyə Zülfüqar təyin olunub. Ü.Zülfüqar jurnalistlərə açıqlamasınd

01.05.2024 417
.

"YouTube" kanalları necə oğurlanır? - AÇIQLAMA

"Azərbaycanda "YouTube" kanallarına qarşı hücum var. Kanallar kibercinayətkarlar tərəfindən ələ keçirilib və saxta canlı yayımlar edilib. Yayımlarda kriptovalyuta ticarəti aparılır. Kanallar daha sonra "Bitcoin" qarşılığında hərracda satışa çıxarılır". Bu barədə BİG.AZ-

01.05.2024 164
.

AFFA nümayəndəsi ilk dəfə Avropa çempionatına təyinat alıb

AFFA-nın vitse-prezidenti və AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva bu il Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə UEFA tərəfindən təyinat alıb. BİG.AZ AFFA-nın rəsmi saytında istinadən xəbər verir ki, ilk dəfə Azərbaycandan olan nümayəndə belə mötəbər turnir

01.05.2024 167
.

Axtarılan şəxs görün harda idi - VİDEO

Türkiyənin Mersin şəhərində 7 il 7 ay 15 gün axtarılan şəxs tapılıb. BİG.AZ xəbər verir ki, polis əməkdaşları onu öz evində yatağının altında gizlənərkən tapıblar. Onun gizləndiyi yer sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Həmin görüntüləri təqdim edirik:

01.05.2024 292