Putinin pələngi Çində keçi yeyir

Putinin pələngi Çində keçi yeyirRusiya prezidentinin digər pələngi isə toyuq oğrusudur

"The Associated Press" agentliyinin Çinin dövlətə bağlı "Xinhua News" agentliyinə istinadən verdiyi xəbərdə deyilir ki, nadir Sibir pələngi Rusiya prezidenti Vladimir Putin tərəfindən azad edilərək, təbiətin qoynuna buraxılmışdı.

Çin agentliyinin Ustin adıyla təqdim etdiyi pələng 15 keçi öldürüb, 3 keçi isə onun hücumundan sonra yoxa çıxıb. Hadisə Heylonqjianq vilayətinin Fuyuan bölgəsindəki fermerin başına gəlib.

Fermer Quo Yulin pələnglə bağlı ciddi narahatçılıq keçirib. Ancaq ona təsəlli verən bir amil var. Yerli meşə təsərrüfatı departamenti 18 keçiyə görə ona kompensasiya ödəməyə hazırdır.

Çin agentliyinin məlumatında bildirilib ki, 2 il öncə rusiyalı mütəxəssislər 5 pələng balasını xilas etmişdilər. Ustin adlı pələng prezident Putin tərəfindən may ayında Amur regionunda təbiətin qoynuna buraxılmış 3 yırtıcıdan biridir. Həmin region isə Rusiyanın şərqindədir və Çinin şimal-şərqinə yaxındır.

Xəbərdə deyilir ki, həmin 3 pələngdən 2-si hazırda Çin ərazisindədir. Pələnglər Çində vəhşi heyvanları müdafiə edən qruplar tərəfindən yemlənir.

Putin tərəfindən buraxılmış və hazırda Çində olan digər pələngin adı Kozyadır. Ehrimal edilir ki, o ötən həftə adıçəkilən regionda hinə girərək, 5 toyuq parçalayıb.

Fermer Quo Yulin deyib ki, onun itləri gecənin bir aləmində bərkdən hürməyə başlayıb. Ancaq fermer buna o qədər də önəm verməyib. O, səhər keçilərin saxlanıldığı tövləyə girəndə isə dəhşətə gəlib. Çünki tövlədə hər tərəf ölmüş keçilərlə dolu olub.

musavat.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1594   Tarix: 28 noyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Dezinfeksiya xidməti

Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy

05.05.2024 214
.

Tərkibində təhlükəli qatqılar olan süfrəmizin "bəzəyi" - ARAŞDIRMA

"Üç ağ" - duz, şəkər, undan uzaq durun deyirlər. Lakin məhz bu məhsulların Azərbaycanda istehsal və istehlakının artmasının şahidi oluruq. Məsələn, fevral ayında açıqlanan rəqəmlərə görə, ölkədə şəkər istehsalı 25 faiz artıb. Dövlət Statistika Komitəsinin apreldə açıqladığı rəqəmlərdə isə du

04.05.2024 276
.

Almaniya və Fransanın kitabxanalarından minlərlə zəhərli kitab müsadirə edilib

Almaniyanın və Fransanın şimal-şərqində yerləşən Strasburq şəhərindəki kitabxanalardan üzlükləri arsenlə (sıçanotu) örtülmüş minlərlə kitab yığışdırılıb. Strasburq Milli və Universitet Kitabxanasının əməkdaşı Jerom Şvaytser bildirib ki, hələ 1840-cı illərdə yaşıl üzlüklü kitablar dəb halına gəlib v

05.05.2024 218
.

36 tarakan yeyib rekord qırdı

İnsanlar sırf məşhur olmaq və tarixə düşmək üçün çox şey edəcəklər. İdmançılar, musiqiçilər və ya rəssamlar - burada hər şey sadədir və istedadın olması ilə tənzimlənir. Əgər istedad yoxdursa, o zaman sadəcə sərt reallıqlara uyğunlaşmalı və normal insanların heç vaxt cəsarət edə bilməyəcəyi şeyləri etməlisən

28.04.2024 418
.

Mayda niyə toy etməzlər?

Xalqımızın toy kimi bir adəti var. Lakin bu gözəl və maraqlı ənənənin qəliz tərəfləri də mövcuddur. El arasında "May ayında toy etməzlər", "May ağır aydır" deyə inanclar hərdən insanları çaş-baş salır. Məsələn, may ayında toy etmək istəyənlərin sayı olduqca azdır. Bu isə təbii ki

04.05.2024 812
.

Məşhur rejissor Baydenin seçki kampaniyasına qatılıb

Rejissor Stiven Spilberq ABŞ-nin hazırkı Prezidenti Co Baydenin seçki qərargahı ilə avqustda keçirilməsi planlaşdırılan Demokratik Milli Konvensiyanın strategiyasını hazırlamaq üçün əməkdaşlıq edir. Uzun müddət Bayden tərəfdarı olan Spilberq artıq konvensiyanın təşkilatçıları ilə görüşlərdə fəal iştira

28.04.2024 350
.

"Ailəni gəlinlər və kürəkənlər dağıdır"- Müşerref Akay

Tanınmış müğənni Müşərref Akay televiziya proqramlarından birində taleyindən giley-güzar edib. -ın xəbərinə görə, o gəlin və kürəkənin əsla daxil olduqları ailənin doğma fərdi kimi davranmadıqlarını söyləyib. "Ailəni gəlmələr dağıdır - Gəlinlər və kürəkənlər. Ailəyə gələn kürəkən, gəlin ailəni

05.05.2024 486
.

Sizin haqqınızda bütün həqiqəti söyləyəcək qəribə TEST

Testlər bütün suallara cavab vermir, lakin onlar şübhəsiz ki, özünüzü daha yaxşı və güclü və zəif tərəflərinizi başa düşməyə kömək edir. Təqdim olunan şəkillərə baxmaq kifayətdir və ilk olaraq diqqətinizi çəkənləri vurğulayın. xarici mediaya istinadən bildirir ki, əgər hazırsansa, ilk sınağa başlayın!

05.05.2024 1551
.

Hüseynin 153 milyon vergi borcu var

Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənovun 153 milyon rubldan çox vergi borcu var. Axşam.az xəbər verir ki, bu barədə "REN TV" məlumat yayıb. Federal Vergi Xidməti artıq blogerin şirkətinin hesablarını bloklayıb. Sözügedən şirkət restoran və yeməklərin çatdırılması xidməti il

05.05.2024 359