Peyğəmbərin daha bir möcüzəsi

Peyğəmbərin daha bir möcüzəsiMənbə: http://zikr.az

Rəvayət edilir ki, Sələmə ibn Əkva demişdir: "Bir dəfə əshabələr səfərdə ikən onlardan bəzilərinin ərzaq malları azaldı və onlar yemək-içməyə möh­tac qaldılar. Odur ki, Peyğəmbərin - ona və ailəsinə Allahın salavatı və salamı olsun - yanına gəlib öz dəvələrini kəsmək üçün ondan izn istədilər və o da onlara izn verdi. Sonra onlar Ömərə rast gəl­dilər və bu haqda ona xə­bər verdilər. Ömər dedi: "Dəvələrinizi kəsdik­dən sonra necə keçinəcəksiniz?" Bun­dan sonra Ömər Peyğəmbərin yanına gə­lib dedi: "Ya Rəsulullah, onlar dəvələrini kəsdikdən sonra necə keçi­nə­cək­lər?"
Peyğəmbər buyurdu: "Camaata elan et, artıq qalmış ərzaqlarını gətirsin­lər."
Bunun üçün yerə bir döşənək sərildi və əshabələr artıq qalmış ərzaq­la­rını onun içinə qoydular. Ərzağın hamısı bir yerə yığıldıqdan sonra Pey­ğəm­bər qalxıb dua etdi və Allahdan onun bərəkətli olmasını dilədi. Son­ra əshabələrinə qablarını götürüb gəlməyi əmr etdi və onlar da gəlib ərzaq­dan istədikləri qədər ovuclayıb götürdülər. Sonra Peyğəmbər bu­yurdu: "Mən şahidlik edirəm ki, Allahdan başqa həqiqi mə­bud yox­dur və mən Allahın elçisiyəm! " (əl-Buxari, 2484).


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 5406   Tarix: 24 noyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qəbiristanlığı ziyarət edib qayıdandan sonra evə girməzdən əvvəl əllərin yuyulmasının dinlə əlaqəsi varmı?

Dinimzidə qəbir ziyarətinə getmək, dəfn mərasiminə qatılmaq təkid edilən və bəyənilən əməllərdən sayılır. Çünki bunlar ölümü insana xatırladır və onun öz əməllərinə görə məsuliyyətini artırır. Qəbir ziyarətindən qayıdandan sonra hər hansı ayini yerinə yetirməyə ehtiyac yoxdur. Qəbristanlıqdan qayıtdıqda

04.10.2020 6516
.

Heydər məscidində Qurban bayramı namazı qılınıb

Heydər məscidində Qurban bayramı namazı qılınıb. "Report" xəbər verir ki, namazda bir neçə nəfər iştirak edib. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi koronavirus pandemiyasına görə bayram namazını evdə ailə ilə birlikdə qılmağı tövsiyə edib

31.07.2020 2512
.

Ramazanın 27-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 27-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah imsak saat 03:46-da, iftar isə saat 20:00-dadır. Ramazan ayının 27-ci gününün duası:. "Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məazir

09.05.2021 2237
.

Uşaq doğulanda adına qurban kəsməyin və ətindən istifadə etməyin qaydası necədir?

Ailədə uşaq doğularkən kəsilən qurbana şəriətdə "əqiqə" deyirlər. Yaxşı olar ki, oğlan uşağından ötrü erkək, qız uşağından ötrü dişi heyvan kəsilsin. Əqiqə qurbanlığını uşağın yeddi günlüyündə kəsmək müstəhəbdir. Əqiqə heyvanı kəsdikdən sonra sümüklərini sındırmaq məsləhət deyil, yaxşı ola

29.11.2020 4235
.

Ramazanın 20-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 20-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 14-də imsak saat 03:40, iftar isə saat 20:04-dədir. Ramazan ayının 20-ci gününün duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbul

02.05.2021 2822
.

Qədr gecəsində necə dua etmək lazımdır?

Qədr gecəsi elə fəzilətli gecədir ki, bəndənin istəkləri yerinə yetər və hacətləri həyata keçər. Bəs necə dua edək ki, bu dualarımız qəbul olsun?. Unikal.org xəbər verir ki, Həmmad ibni Osman nəql edir: "Ramazan ayının 21-ci gecəsində İmam Sadiqin (ə) xidmətinə getmişdim və mənə buyurdu: "E

01.05.2021 4146
.

Bu ölkədə Ramazan ayında məscidlər BAĞLI OLACAQ

Koronavirus bütün dünyanı bürüyüb qorxuya saldığı bir dövrdə qarşıdan gələn mübarək Ramazan ayı ilə bağlı müzakirələr aparılır. Bəziləri oruc tutmağın zərərli olduğunu iddia etdiyi halda, digərləri, əksinə, düzgün tutulan orucun insanın immun sistemini gücləndirdiyini və beləliklə, koronavirusa qarş

23.04.2020 3174
.

Həccə gedə bilməyənlərin pulları qaytarılır

Həcc ziyarətinə getmək üçün sənəd verənlərin səfər üçün ödədidyi məbləğ geri qaytarılır. Qafqaz Müsəlmanları İdarəsindən -a verilən məlumata görə, hazırda pulunu geri almayan çox az adam qalıb. Qeyd edək ki, bu il koronavirus pandemiyası səbəbindən Həcc ziyarəti xaricdən getmək istəyənlər üçün mümkü

06.08.2020 2390
.

Niyə insanın qulağında acı su var?

İmam Kazım (ə) buyurur: "Həqiqətən, Allah Təala bir-biri ilə bağlı olan iki aləm xəlq etmişdir. Onlardan biri Ulyadır, o birisi isə Suflidir. Hər iki aləmin yaradılışını insanda icad etmişdir. Necə ki, bu aləmi kürəvi şəklində xəlq etmişdir, insanın başını da kürəvi şəklində xəlq etmişdir. İnsanı

02.05.2021 3283