Yerin beş ən dəhşətli əjdahası

Yerin beş ən dəhşətli əjdahasıPaleontoloqların bu yaxınlardakı tapıntıları nəticəsində məlum olub ki, insanlar yaxşı ki, nə vaxtsa Yer kürəsində yaşamış əjdahaları görməyib, çünki onlar tərəfindən yeyilə bilərdi.

Tayı-bərabəri olmayan qatil

Tirannozavrlar 12 metr uzunluğu olan kələzlərdir. Bir vaxtlar ondan daha dəhşətli başqa canlınının olmadığını düşünürdülər, lakin sonralar məlum oldu ki, bu heyvanlar daha nəhəng spinozavrları görsə idilər, qorxudan quyruqlarını qısıb qalardılar, çünki məhz bu canlılar Yer kürəsində yaşamış ən böyük və iridişli yırtıcı olub.

Spinozavrın qalıqları hələ yüz il əvvəl Misirdə tapılıb, lakin İkinci Dünya müharibəsi zamanı itirilib. Indi bu dəhşətli əjdahanın qalıqları Mərakeş ərzisində aparılan qazıntılar nəticəsində aşkar edilib. Alimlər güman edirlər ki, spinozavrın hündürlüyü 18 metrə, çəkisi isə 14 tona çatıb. Kəllə sümüyü timsahdakı kimi dartılmış vəziyyətdə olub. Və ağzı da onun ağzına oxşyayıb, lakin dəfələrlə böyük. Bu nəhəng kələz əla üzüb və əsasən su heyvanları ilə, o cümlədən akulalarla qidalanıb.

Saharadan olan sürətli timsah

Çikaqo Universitetinin professoru Paul Sereno və Kandadakı MakGill Universitetind’n olan professor Hans Larsson Niger və Mərakeş ərazisində qazıntılar apararaq 100 milyon il əvvəl yaşamış bir neçə timsah növünün qalıqlarını aşkar ediblər. O vaxtlar Sahara səhrasının yerində yaşıllıqlar, çaylar və göllər olub, dinozavrlar dolaşıb. Onlara isə öz ölçülərinə müvafiq olan yerli timsahlar hücum ediblər. Bunlardan ən acgözü "supertimsah" (supercroc) adlandırılmış, çəkisi 8 ton və uzunluğu 15 metrə çatan nəhəng timsah olub. Onun ağzına insan sığışa bilərdi. Dinozavrlardan fərqli olaraq bu əjdahalar dörd ayaqları üzərində hərəkət ediblər, sürətlə qaçıb və kifayət qədər böyük hündürlüyə tullana biliblər. Suda özlərini balıq kimi hiss ediblər.

Qana həris iridişli "cücə"

Çinin şimal-qərbində yerləşən Lyaonin vilayətində maraqlı qalıqlar aşkar edilib. Tirannozavrın yaxın qohumu- təzəcə yumurtadan çıxmış cücə kimi tüklə örtülmüş yırtıcının qalıqları tapılıb. Bu əjdaha 125 milyon il əvvəl yaşayıb, çəkisi beş tona çatıb, hündürlüyü isə 9 metrdən yüksək olub. "Cücə"ni Yutyrannus Huali adlandırıblar. Ad çin-latın dillərinin qarşığından ibarətdir və tərcüməsi təqribən belədir-"Tüklü gözəl qaniçən".

Diametri çəllək böyüklükdə olan ilan

Bu cür sürünən heyvanlar təqribən 50 milyon il əvvəl mövcud olub. Onlardan birinin qalıqları- daşlaşmış fəqərələri- beynəlxalq paleontoloqlar qrupu tərəfindən keçirilən ekspedisiya zamanı Kolumbiya cəngəlliklərində aşkar edilib.
Fəqərə sümüyü nəhəng ölçülü ilana – indiki koramalların əcdadına məxsusdur. Onu "Titanoboa" adlandırıblar. Və indi Florida Universitetində tədqiq edirlər. "İlan o qədər yoğun olub ki, çətin ki, qapıdan keçərdi. Onun uzunluğu 13-15 metrə çatıb. Çəkisi bir tondan artıq olub. O, planetimizdə mövcud olmuş ilanlardan ən böyüyüdür"- Toronto Universitetinin professoru Ceyson Hed bildirib. Alimlər ilanı onun qidalandığı timsahların qalıqları ilə birlikdə kömür laylaı arasında aşkar ediblər.

Cəhənnəm qurbağası

Sözügedən ilanla təqribən eyni vaxtda ölçüsü televizor altlığı böyüklükdə olan nəhəng qurbağa da yaşayıb. Alimlər onu "Cəhənnəm qurbağası" adlandırıblar. Bu əjdaha Madaqaskarda yaşayıb və Londondakı Universitet Kolleci və Nyu-Yorkdakı Stoni-Bruk Universitetinin mütəxəssisləri tərəfindən tapılıb.
"Qurbağanın pota bədəni, böyük başı və onlarca iti dişi olan geniş ağzı olub. O, pusquda duraraq kərtənkələlər və yumurtadan təzəcə çıxmış dinozavrlarla qidalanıb"- professor Syuzan Evans bildirib.

Bu cür qurbağa insanın ayağını, qolunu və hətta başını da qoparda bilərdi.

movqe.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3703   Tarix: 24 noyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704