Müqəddəs adamyeyənlər sektası: real faktlar - FOTO

Təxminən 4 ay əvvəl Pakistan tarixində ilk dəfə olaraq hanniballıqda ittiham olunan 2 şəxsə hökm oxundu.

Məhəmməd Arif və Fərman Əli adlı iki qardaş terrorçuluq ittihamı ilə 12 il həbs cəzası aldılar. Məsələ ondadır ki, Pakistan qanunvericiliyində adamyemə faktına görə cinayət məsuliyyətini nəzərdə tutan maddə yoxdur. Ona görə hakimlər hannibal qardaşları terrorizm maddəsi ilə dəmir barmaqlıqlar arasına göndərdilər.

İngilislər hannibalizmə qarşı

İstintaq müəyyən etmişdi ki, qardaşlar 2011-ci ildə məzardan körpə uşaq meyiti çıxardaraq onu yeyiblər. Onlar əvvəllər də həmin məzarlıqdan meyitlər çıxardaraq dadına baxıblar. Qonşular duyuq düşəndə polisə xəbər veriblər. O da bildirilir ki, həm Fərman Əli, həm də Məhəmməd Arif psixi xəstəlikdən əziyyət çəkirmişlər.

Pakistan üçün bu hadisə şok idi. Ölkənin adı tərcümədə "pak insanların məskəni" mənasını verir. İslam qanunları ilə yaşayan cəmiyyət üçün hannibalizm qəti qəbuledilməzdir.

Qonşu Hindistanda isə buna adi şey kimi baxırlar. Burda meyit ətini psixi xəstələr deyil, sağam adamlar yeyir. Əsrlərdir ki, bu dəhşətli adət-ənənə yaşayır.

Hindistanı işğal edən ingilislər bu adətlərə qarşı mübarizə apardılar. Ancaq nə hannibalizmin, nə hindlilərin öz arvadlarını diri-diri yandırması kimi adətlərin qarşısını ala bildilər.

Min ildən çox tarixi olan sekta

2006-cı ildə Uttar-Pradeş ştatının polisi sadxu kastasına mənsub olan iki rahib yaxaladı. Onlardan biri müəllim, digəri tələbəsi idi. Yerli kəndlilər polisə şikayət etmişdilər ki, 3 gün əvvəl dəfn etdikləri yeniyetməni kimsə məzardan çıxarıb, oğlanın başı yerində deyil, kəsilib götürülüb. İstintaq zamanı həbs edilənlər etiraf etdilər ki, meyitin başını, həmçinin ürəyi və qara ciyərini yeyiblər. Onların inancına görə, bu, insana əlavə güc verir.

Həm müəllim, həm də tələbə hinduizmin ən qəribə və ən qorxunc qolu olan aqxori sektasının üzvü idi.

Aqxori sektası haqda ilk məlumatlar fars mənbələrində hələ XVII əsrdə verilib. Ancaq sektanın min ildən çox tarixi var.

"Qoxmazlar"

Hind dilindən tərcümədə aqxori "qorxmazlar" mənasını verir. Sekta üzvləri ritual ayinlərdə meyitlərin ətini yeyir, onlarla yatır, kəllə sümüklərindən piyalə kimi istifadə edirlər.

Aqxorilər hətta meyitlərlə cinsi əlaqəyə də girirlər. Bu səbəbdən Hindistanın özündə çoxları hesab edir ki, aqxorilərin hinduizmə heç bir aidiyyəti yoxdur.

Müasir Hindistanda hannibalizm qadağandır. Ona görə aqxorilər başqa sekta üzvləri ilə ünsiyyətə az girirlər. Yerli əhali isə onlardan qorxur. Buna baxmayaraq, sekta üzvlərinin sayı ilbəil artır. Maraqlıdır ki, aqxorilər ağdərili insanlara daha yaxşı münasibət bəsləyirlər, nəinki hindlilərə.

Aqxorilər bilir ki, avropalı turistlər onların, sadəcə, şəklini çəkir, üstəlik, onlara pul da verirlər. Yəni avropalı onu polisə verməyəcək.

Ölüm allahı Kaliyə sitayiş edənlər

Əlbəttə, aqxorilərin ritualları ilə yanaşı, zahiri görkəmləri də qorxuncdur. Bu isə avropalı turistlərin marağını çəkir.

Onların bədəni insan külü ilə qaraldılıb, boyunlarından sümüklər asılıb. Gözləri alkoqol və tiryəkin təsirindən dumanlıdır. Hisə verilmiş insan əti yeməkdən dilləri qapqaradır.

Onların inancına görə, bütün dünya böyük bir məzarlıqdır. Hamı ölüb. Diri insan yoxdur. Sadəcə, diri kimi görünənlər var.

Aqxorilər hinduizmdə müharibə allahı olan Şivaya və ölüm allahı Kaliyə sitayiş edirlər.

Hər ay Şivanın şərəfinə keçirilən ritual ayinlərdə Çaviyə nəğmələr oxuyurlar. Kaliyə həsr olunmuş ainlərdə isə meyit əti ilə qidalanırlar.

Zaman-zaman Hindistanda aqxorilərin bu dəhşətli praktikasını qadağan etmək istəyirlər. Hələlik bəzi ştatların qanunvericiliyində bu əks olunub. Maxaraştra və Karnataka ştatında hannibalizm qadağan edilib.

Lakin bütün Hindistanda bunu etmək hələ mümkün olmayıb. Hökumət hinduizmin hər hansı bir cərəyanına qadağa qoymaq fikrindən uzaqdır.

publika.az

Müqəddəs adamyeyənlər sektası: real faktlar - FOTOMüqəddəs adamyeyənlər sektası: real faktlar - FOTOMüqəddəs adamyeyənlər sektası: real faktlar - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4221   Tarix: 23 noyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068