Niyə intihar edirlər? Səbəbləri və çıxış yolu

Niyə intihar edirlər? Səbəbləri və çıxış yoluBiG.AZ Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, ailə psixoloqu Elnur Rüstəmovun intihar haqda məqaləsini təqdim edir.

Gələ bilməyəcəm sənnən görüşə,
Bu gün vaxtım yoxdu, bu gün Ölürəm.
Salam Sarvan

Həyatını intihar yolu ilə dəyişənlərə həsr olunur!

Hər bir insanın həyatında ümudsiz anlar olur. İnsanların böyük bir qismi həyatlarının bəlli bir dönəmində fikrən intihar etmək düşüncəsində olurlar. Şübhəsiz ki, insanları intihara sövq edən daxilindəki ümidsizlikdir. Ümidsizliklə intihar arasında rabitə necə olur? Necə olur ki, çətin situasiyada insan intihar etmək haqqında düşünür. Bu əlaqə nədən yaranıb? Nitsşenin məşhur bir deyimi var; "Nə ki, bizi öldürmür, o bizi möhkəmləndirir." Gerçəkdən insanı insan kimi formalaşdıran həll etdiyi problemlər olur. Hər hansı bir problemi həll edərkən biz nəyə qadir olduğumuzu dərk edirik. Zatən həyat bir savaşdı. Daim savaşırıq; özümüzlə, xəyali, yaxud real tərəf müqabilləri ilə. Günlərin bir günü yoruluruq. Davam edə bilmirik. Dayanmaq da istəmirik. Beynimizə müxtəlif fikirlər gəlir. Ölümmü? Qalımmı? Bu suala verilən cavab sonrakı həyatımız üçün mühüm əhəmiyyət kəsb edir. Şübhəsiz ki, hər bir insanı həyata bağlayan hansısa bir məqamlar var (ailə, sevdikləri və s.). Bu bağlar nə qədər möhkəm olarsa, insanda həyat eşqi də bir o qədər yüksək olacaq. Çalışmaq lazımdır ki, o bağlar toxunulmaz qalsın.Sirli qalsın, müqəddəs qalsın. Yetər ki, adiləşməsin. Adiləşmə sonda ölümü də ağuşuna alır.

İntiharın baş vermə səbəbi aşağıdakı faktorlarla müəyyən edilir;

- Genetik
- Bioloji
- Sosial
- Psixoloji

Nəzərə almaq lazımdır ki, intihar edənlərin bir qismi də psixiatrik problemlərdən əziyyət çəkirlər. Həmin problemlərə isə aşağıdakılar daxil edilir;

- Depressiya
- Şizofreniya
- Spirtli içkilərdən istifadə
- Narkotik maddələrdən asılılıq
- Şəxsiyyət pozuntusu

Xüsusən depressiyada olan şəxslərə zamanında psixoloji dəstəyin göstərilməsi vacibdir. Çünki intihar edənlərin böyük bir qismi depressiya vəziyyətində olurlar. Ümumdünya Səhiyyə Təşkilatı da bununla bağlı həyəcan təbili çalıb.

Ancaq son zamanlar biz daha çox psixoloji faktorlardan dolayı intihar edən insanlarla rastlaşırıq. Səbəb də müxtəlidir. Öncə onu qeyd edək ki, hər bir insanın özünün yaşam modeli var. İnsan həyatına da o modeldən baxır. Xırda bir təsir insanın həyat nizamını pozur, onu tarazlıqdan çıxarır. Nəticədə bir qism insanlar müvazinəti yenidən bərpa edə bilmirlər, əvvəlki həyatlarını bərpa edə bilmirlər, ümidsizləşirlər. Nəticədə intihar baş verir. Ona görə də insan beynində intihardan başqa alternativlər hər zaman olmalıdır. Alternativ düşüncə bizə hadisələrə fərqli prizmadan baxmağa yardımçı olur. Təəssüf ki, insanların əksəriyyəti bu istiqamətdə mühafizəkardılar. Dəyişmək istəmirlər! İstənilən dəyişiklik isə onlara təhlükəli görünür. Belə bir söz var; "Allah heç bir insana çəkə bilməyəcəyi yükü vermir". Əslində bu cümlə özündə böyük bir hikməti daşıyır. Dönüb arxaya baxsaq, hər birimizin çətin anlarımız, ən azından o an üçün çətin görünən dövrlərimiz oldu. Həyat sürətlə axır. Hər şey dəyişir. Özümüzdən başqa hər şeyə yatırım edirik. Maşın, ev, telefon, geyim və s. Sual olunur; "Özümüzü inkişaf etdirməyə nə qədər həvəsliyik?! Özümüzə yatırım edirikmi?!" Düşünürəm özümüzə yatırım etsək, dünyagörüşümüzü inkişaf etdirsək, intihar halı da azalacaq. Həyata daha pozitiv istiqamətdə baxa bilərik. İnsan bütün situasiyalarda həyatını mənalandırmağı bacarmalıdır. Əks halda intihar qaçılmaz olacaq. "Dərd varsa, dərman da var". "Allah bir qapını bağlayanda, başqa bir qapını açır" , – deyib böyüklərimiz. Əgər bu fikirləri həyatımıza tətbiq edə bilsək, yaşamımız da bir o qədər asan olacaq. Bütün hallarda yaşamaq gözəldir. Bir dəqiqə artıq yaşamağa möhtac olan insanlar var. Onları gözümüz önündə canlandıraq. Çarəsiz deyilsiniz. ÇARƏ SİZSİNİZ!

ailem.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1206   Tarix: 21 noyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424