8 mart Qadınlar Bayramı üçün açıqca dizaynı
Bu effekti Remir adlı Dağıstanlı dizayner dostum "fikirləşib" və bu haqda demiart.ru saytında da məqalə yazıb. Mən də dizayn işlərində bu effektə müraciət etmişəm və sizlər üçün də faydalı olacağını düşünüb bu gün sizə də bir az fərqli formada təqdim edirəm.
Açıqcanın dizaynı Corel Draw proqramında hazırlanacaq. İlk olaraq boş səhifə yaradıb, Ellipse Tool (F7) alətini aktiv edirik.
Aşağıda gördüyünüz formada ellips çəkin. Sonra zövqünüzə görə istədiyiniz bir rəngi verin.
Transparency alətini aktivləşdirin.
Ellips aktiv olmaq şərtilə Transparency Tool alətiylə xətti qradient formasında obyektin üzərində şaquli hərəkət edirik. Oxun qara marker olan hissəsi şəffaf olacaq, ağ olan hissə isə olduğu kimi qalacaq - bir sözlə klassik maskalama prinsipi.
Nəticə aşağıdakı şəkildə aydın görünür.
Alınmış yarımşəffaf ellipsi kopyalayıb aşağıda gördüyünüz formada yerləşdirin.
Hər iki ellpisi qruplaşdırıb (Ctrl G), kopyalayın. Kopyalanmış obyektin üzərində bir də klik edin ki, fırlanma markerləri aktiv olsun.
Ctrl düyməsini sıxıb saxlamaqla ikinci obyekti sağa doğru fırladın. Ctrl düyməsini saxlamaqla obyektin 15, 30, 45 və s dərəcə bucaq altında fırlanmasına nail olacaqsınız ki, belədə obyekt daha səliqəli alınacaq.
Əməliyyatı aşağıdakı nəticəni alana kimi davam etdirin.
Zövqünüzə görə qarşı ellipsləri müxtəlif rəngli edin. Nəticədə aşağıda gördüyünüz kimi çox orijinal, rəngarəng bir gül şəkli əmələ gələcək.
Alınmış gülü kopyalayıb, mərkəzə doğru kiçildib, gördüyünüz effekti ala bilərsiniz.
Alınmış rəsmi müxtəlif formada açıqcada istifadə etdim. Bu birinci versiya:
İkinci variant:
Son versiya:
Bu günlük də bu qədər əziz oxucu...
Bir daha qadınlarımızı sabahkı bayram münasibəti ilə təbrik edirəm, onlara hər zaman gül kimi gözəl və təravətli, sağlam və xoşbəxt olmalarını arzu edirəm! Təbriklər...
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş