Arı südünün möcüzəvi faydaları
Arı südü – cavan işçi arıların udlaq və üst çənə vəziləri tərəfindən hazırlanır. Arı südü 3-5 günlük sürfələri yemləmək üçün istifadə olunur. Yemləmə müddətindən asılı olaraq sürfədən işçi arı və ya ana arı çıxır.
Ana arı çıxmalı olan yumurta işçi arılar tərəfindən xüsusi daha böyük hücrəyə qoyulur. İşçi arılar buradakı sürfəni arı südü ilə qidalandırırlar. İşçi arıların sürfələri isə arı südünü cəmi 3 gün qəbul edirlər. Bu onların sonrakı inkişafını müəyyənləşdirir. Belə ki, yalnız arı südü ilə qidalanan "ana arı" sürfələri 5 gün tez yetişir, çəkisi işçi arılardan 2 dəfə çox olur.
Adi işçi arılar 30-40 gün yaşadığı halda ana arılar 8 aya qədər ömür sürürlər. Arı südü əsasən beçə verən arı ailələrindən xüsusi alətlə yığılır. Yığıldıqdan sonra onu 0-(-3) °C temperaturda bir neçə ay saxlamaq olar. Lakin arı südünü soyuducudan kənarda uzun müddət saxlamaq üçün onu bal ilə 1:100 nisbətində, yəni 100 qr bala 1 qr arı südü qarışdırmaqla saxlamaq olar. Və yaxud 50%-li spirtdə 1:25 nisbətində uzun müddət saxlamaq olar.
Arı südünün - tərkibində orqanizmə lazım olan 20-yə yaxın aminturşuları, çoxlu vitaminlər, mikroelementlər və mineral maddələr, 110-a yaxın bioloji aktiv birləşmələr vardır.
İnsan arıa südü qəbul etdikdə onun infeksion xəstəliklərə qarşı müqaviməti artır, maddələr mübadiləsi yaxşılaşır. Ümumi tonus qüvvətlənir, insan gümrahlaşır, cavanlaşır, daxili sekresiya vəzilərinin fəaliyyəti normallaşır.
Arı südü - aterosklerozda, mədə və 12-barmaq bağırsaq yaralarında, qaraciyər xəstəliklərində, uşaqlarda fiziki və zehni inkişafın zəifliyində, orqanizmin ümumi zəifliyində, süd əmizdirən qadınlarda süd azlığında müsbət təsir göstərir. Sidikqovucudur, piylənməni ləngidir, qanyaranmanı normallaşdırır, endokrin vəzilərin funksiyasını tənzim edir, qocalma prosesini ləngidir, yaddaşı və görməni yaxşılaşdırır, cinsi vəziləri fəallaşdırır və iştahanı artırır.
Arı südündən - radioaktiv zonalarda işləyənlərdə hüceyrələrin bərpa olunmasında və şüalanmanın zərərli təsirlərinin qarşısının alınmasında effektiv dərman kimi istifadə oluna bilər.
Bundan başqa, arı südü kosmetologiyada üz üçün cavanlaşdırıcı maskaların tərkibinə əlavə olunur.
Arı südündən - xüsusi texnologiya ilə hazırlanmış "Apilak" preparatı soyuducudan kənarda uzun müddət qalır və qeyd olunan xəstəliklərin müalicəsində istifadə etmək olar. Bundan başqa tərkibində arı südü olan bir sıra digər dərmanlar və bioloji aktiv əlavələr mövcuddur.
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 2073 Tarix: 10 noyabr 2014
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yuxusuzluğu aradan qaldıran məlhəm
Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq istəsəniz də, yuxuya getməyə əziyyət çəkirsiniz. BİG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yuxu dərmanı qəbul etmək heç də çıxış yolu deyil. Həm də dərman mədəni zəhərləyir. Yuxusuzluq sindromundan xilas olmaq üçün aşağıdakı məlhəm
22.08.2021 2428 Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI
Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir
31.08.2021 1662 Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları
İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. BİG.AZ deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər 1761 nəfərin iştira
29.08.2021 1334 Koronavirusun yeni ştammına "Mu" ADI VERİLDİ
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yunanıstan əlifbasındakı hər sıralamasına uyğun olaraq Dominikan Respublikasında rast gəlinən koronavirusun yeni ştammını (B.1.621) "Mu" adlandırıb. APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. May ayından etibarən Domikanı
02.09.2021 994 Boypik - Boy inkişafı üçün məcun
Çox vaxt valideynləri narahat edən faktorlardan biri də övladlarının boy inkişafının geri qalmasıdır. Həmyaşıdlarından nə qədər ölçü uzun və ya kiçik olması ilk baxışdan cəlb ediləcək məsələlərdəndir. İstər az yaşlı, istərsə də məktəbli və yeniyetmələrin boy inkişafında vücuda lazım olacaq mineral v
30.08.2021 2311 Stress, həyəcan və yuxusuzluğa qarşı 10 ÇARƏ
Əgər təşviş, stress sizi içdən yeyirsə, yuxunuz ərşə çəkilibsə, əsəbləriniz dincəlmirsə, o zaman stressə qarşı bitki yığnaqlarından istifadə etməklə, əsəb sakitləşdiciri çay hazırlayın. -a istinadən sakitləşdirici bitkililəri təqdim edir. Mütəxəssislər çay üçün bunlardan ikisini seçib qarışdırmağı tövsiy
01.09.2021 1893 Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın
Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. B
12.09.2021 1388 İsti havalarda orqanizminizi bunlarla qoruyun
Havaların çox isti keçməsi bir çoxlarının səhhətində problemlər yaradır. Yüksək temperatur metabolizmdə dəyişikliyə səbəb olur. Xroniki xəstəliyi olanlar, uşaqlar və yaşlılar isti havada xüsusi qulluq tələb edir. İsti hava ürək, sinir xəstəliklərinin artmasına gətirib çıxarır. İsti havada bədən temperatur
15.08.2021 1261 Koronaviruslu insanların peyvənd vurdurması hansı nəticələrə səbəb olur?
"Koronavirus infeksiyası müəyyən edilən şəxslər peyvənd vurdurmalı deyillər". -a istinadən xəbər verir ki, bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova "Sputnik" radiosuna açıqlamasında deyib. Həmçinin, nəzər
27.08.2021 1409