KoçSistem Azərbaycan təqdim olundu

KoçSistem Azərbaycan təqdim olunduİnformasiya texnologiyaları üzrə Türkiyənin aparıcı şirkəti olan "KoçSistem" yeni texnologiyalarını Azərbaycan bazarına gətirib. Bu barədə şirkətin "Hilton" hotelində keçirilən təqdimat mərasimində məlumat verilib. Şirkətin Azərbaycan təmsilçisi Mucit Emel tədbiri açıq elan edərək, Azərbaycanda "KoçSistem Azərbaycan MMC" qurulduğuna dair məlumat verib.

Daha sonra çıxış edən Rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov bildirdi ki, " Azərbaycanda informasiya texnologiyaları günü gündən inkişaf edir. Azərbaycanda sadəcə nazirliyin adı dəyişmədi, platforması da genişləndirildi.

"KoçSistem"in bizim yanımızda olması ölkəmizin bu sahədə inkişafına xidmət edəcək. Düşünürəm ki, bu şirkətin Bakıda nümayəndəliyinin olması data xidmətlərdən geniş istifadəyə imkan verəcək".

"KoçSistem" şirkətinin direktoru Mehmet Nalbantoğlu çıxışında qeyd etdi ki, "Biz özümüzü Azərbaycanın bir parçası olaraq görürük. Biz 70 illik keçmişi olan bir şirkətik. Biz Azərbaycanın 2020 hədəfinə çatması üçün çalışacaq bir toplumuq. Bizim hədəfimiz Azərbaycanın 2020-ci il üçün inkişaf konsepsiyasına nail olmasında pay sahibi olmaq, yeni uğurları ilə rəqabət gücünə güc qatmaq və rəqəmsallaşmaya dəstək verməkdir. Texnologiyalar üzrə proyektlərə hər kəs dəstək verməlidir. Çünki bütün dünyanın inkişafı bundan asılıdır.

Tədbirdə Türkiyənin sabiq naziri İlhan Aküzüm, millət vəkilləri Sabir Rüstəmxanlı, Fəzail İbrahimli, Fazil Mustafa, Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Azərbaycan Türk İş Adamları Birliyi başqanı Cemal Yanğın, Azərbaycan Türkiyə Evinin sədr müavini Cahandar Bayoğlu və ictimaiyyət və biznes nümayəndələri iştirak edirdilər.

Qeyd edək ki, 1945- ci ildə təsis edilmiş "KoçSistem" müstərilərinə konsaltinq, korporativ xidmətlər, biznes təcrübələri və ArGe başda olmaqla əhatəli texnoloji xidmət göstərir. Sektor ortalamalarından yuxarı artım göstəricilərinə sahib olan şirkət Türkiyədə fəaliyyət göstərdiyi bir cox sahə üzrə də bazarda liderliyə yiyələnib. Həmçinin, "KoçSistem" göstərdiyi xidmətlər və özünün hazırladığı texnologiyalar ilə Türkiyə və Azərbaycandan başqa İngiltərə və Almaniya başda olmaqla Avropa bazarlarında da fəaliyyət göstərir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 993   Tarix: 08 noyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ərdoğan Putinlə görüşündən danışdı: "Dedi ki, sözümə əməl edəcəyəm"

"Putinlə ikitərəfli münasibətlər, Ukraynadakı müharibə və regional məsələlər barədə fikir mübadiləsi apardıq". "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyə lideri Aşqabadda keçirilən Beynəlxalq sülh və təhlükəsizlik forumunda

13.12.2025 168
.

Cari ildə iki milyard sərnişin, 217.9 milyon ton yük daşınıb

2025-ci ilin yanvar-noyabr ayları ərzində yükdaşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 faiz, sərnişindaşımaları isə 5.6 faiz artıb. Hesabat dövründə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən ümumilikdə 217.9 milyon ton yük daşınıb. rəsmi statistikaya istinadə

13.12.2025 123
.

500 manat olan pensiyalar BU QƏDƏR ARTACAQ - AÇIQLAMA

"Azərbaycanda orta aylıq əməkhaqqındakı artım dinamikasını müşahidə edirik. Artıma ən çox təsir göstərən faktor 2025-ci ildə sosial paketin icra edilməsi ilə bağlıdır". -ə istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramo

00:09 128
.

Dövlət mülkiyyətinə keçirilmiş mallar üzrə hərrac keçiriləcək

Gələn il yanvarın 9-da dövlət mülkiyyətinə keçirilmiş malların satışı üzrə növbəti gömrük hərracı təşkil olunacaq. Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərraca müxtəlif kateqoriyalar üzrə dövlət mülkiyyətinə keçirilmiş mallar çıxarılacaq. Onların arasında avtomobil ehtiyat hissələri

13.12.2025 108
.

Bu tarixdə Bakıya sulu qar yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında dekabrın 14-ü günün birinci yarısında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumat yayıb. Bildirilib ki, gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısa müddətə yağışın sulu qarla qarışı

13.12.2025 309
.

Bayram günlərinin üst-üstə düşməsi - Məzuniyyətə necə təsir edəcək?

Əmək məzuniyyəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyəti dövrün

00:25 127
.

Şirvanda 6 uşaq anası həyata belə qaytarıldı - Palatadan təsirli video

Həkim ürəyi dayanan pasiyenti 45 dəqiqə sonra həyata qaytara bilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə görüntüləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yayıb. Belə ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatdan təxminən bir həftə sonra ürəyi dayanan şəxs 45 dəqiqəli

13.12.2025 461
.

Vəfat edən şəxsin pensiyası ilə bağlı vacib məqamlar

Həyat yoldaşı vəfat etmiş biri dünyasını dəyişən şəxsin pensiyasını ala bilməsi üçün özü pensiya yaşına çatmalıdır. xəbər verir ki, bunu vəkil Cəfər Cəfərli deyib. Bildirib ki, bundan əlavə, vəfat edən şəxsin ən azı 25 il sığorta stajı olmalıdır:. "Yəni, vəfat etmiş şəxsin 25 il sığorta stajı olduğ

13.12.2025 155
.

Doğum sayı azalıb

2025-ci ilin on ayı ərzində ölkədə 80 802 doğulan körpə doğumu, 49 846 isə ölüm halı qeydə alınıb. Axşam.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 100 nəfərinə doğum halı azalaraq 10,1-dən 9,5-ə düşüb

13.12.2025 122
.

TOP MP3