Əbu Musa əl-Əşari kimdir?
Mənbə: http://zikr.az
Əbu Musa Abdullah ibn Qeys ibn Suleym əl-Əşari ət-Təmimi Peyğəmbərin səhabəsidir. O, İslam dinini Məkkədə qəbul etmişdir, sonra Həbəşistana hicrət etmiş və nəhayət, Xeybərin fəthindən üç gün sonra Peyğəmbərin yanına gəlmişdir. Peyğəmbər - sallallahu aleyhi və səlləm - onu Muaz ibn Cəbəl ilə birgə insanları İslama dəvət etmək üçün Yəmənə göndərmişdir. Ömərin xilafəti dövründə Bəsrənin, Osmanın dövründə isə Kufənin valisi olmuşdur. Əbu Musa hicrətin 42-ci ilində vəfat etmişdir. Əbu Musanın fəzilətinə dair neçə-neçə hədislər rəvayət edilmişdir. Ənəs ibn Malik rəvayət edir ki, bir dəfə Peyğəmbər bizə: "Tezliklə sizin yanınıza elə adamlar gələcək ki, onlar İslam üçün (can yandıran) sizdən daha incə qəlbli insanlardır." Nəhayət, əşarilər bizim yanımıza gəldilər. Əbu Musa əl-Əşari də onların arasında idi. Onlar Mədinəyə yaxınlaşdıqları zaman bu sözləri deməyə başladılar: "Sabah biz çox sevdiyimiz insanlara: Muhəmmədə və onun səhabələrinə qovuşacağıq...." (Musnəd İmam Əhməd, 3/223).
Digər bir hədisdə Peyğəmbər ona belə demişdir: "Ey Əbu Musa, sənə Davudun məlahətli səsi kimi məlahətli bir səs bəxş edilmişdir!" (Səhih əl-Buxari, 5048).
Başqa bir hədisdə rəvayət edilir ki, Əbu Musa demişdir: "Peyğəmbər Huneyn döyüşünü başa çatdırdıqdan sonra Əbu Amirin başçılığı altında Əvtasa qoşun göndərdi. Əbu Amir orada Dureyd ibn Simmə ilə qarşı-qarşıya gəldi. Bu döyüşdə Dureyd öldürüldü və Allah onun tərəfdarlarını məğlub etdi. Peyğəmbər məni də Əbu Amirlə birgə göndərmişdi. Döyüşdə Cuşəmi deyilən birisi oxla Əbu Amiri dizindən yaraladı və ox onun dizində ilişib qaldı. Mən onun yanına gəlib dedim: "Əmi, kim vurdu səni?"
O mənə həmin adamı göstərib dedi: "Budur məni vuran qatil." Mən onun üstünə cumub ona çatdım. O məni görəndə dönüb qaçmağa başladı. Mən də onun dalınca qaçdım və ona dedim: "Utanmırsanmı? Cürətin çatmır dayanasan?" Bunu eşidəndə o dayandı, biz qılıncla biri-birimizə zərbə endirdik və mən onu öldürdüm.
Sonra gəlib Əbu Amirə dedim: "Allah sənin düşmənini öldürdü."
O dedi: "Bu oxu dart çıxsın." Mən oxu dartıb çıxartdıqda yaradan qanlı çirk axdı.
O dedi: "Qardaş oğlu, mənim salamımı Peyğəmbərə çatdırarsan və deyərsən ki, mənim üçün bağışlanma diləsin." Sonra Əbu Amir məni camaata başçı təyin etdi və az müddət keçdikdən sonra vəfat etdi. Mən geri qayıtdıqda gəlib Peyğəmbərin evinə daxil oldum. Peyğəmbər üstü xurma liflərindən toxunmuş və üstünə nazik örtük sərilmiş bir çarpayıda uzanmışdı. İplər onun kürəyində və böyründə iz buraxmışdı. Mən həm bizim, həm də Əbu Amirin başına gələnləri ona danışdım.
Dedim: "Ya Rəsulullah, Əbu Amir dedi: "Peyğəmbərə deyərsən, mənim üçün bağışlanma diləsin." Onda Peyğəmbər su gətizdirib dəstəmaz aldı, sonra əllərini göyə qaldırıb dedi: "Allahım, qulun Əbu Amiri bağışla!" Peyğəmbər əllərini elə qaldırdı ki, hətta mən onun qoltuğunun ağlığını gördüm. O davam edib dedi: "Allahım, Qiyamət günü onu yaratdığın insanların bir çoxundan üstün et!"
Mən dedim: "Ya Rəsulullah, mənim üçün də bağışlanma dilə."
Peyğəmbər dua edib dedi: "Allahım, Abdullah ibn Qeysin günahlarını bağışla və Qiyamət günü onu olduqca şərəfli bir məqama çatdır!" (əl-Buxari, 4323).
BiG.Az
Telegramda izləyin
İslam Baxılıb: 2004 Tarix: 02 noyabr 2014
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Oruc tutanlar bunları etməsin
Sobadan yeni çıxmış isti lavaş yemək, orucu buz kimi soyuq su ilə açmaq, bol şirəli şirniyyatlar yemək, iftarı ancaq bir yeməklə açmaq. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ramazanda bu cür səhv qidalanan çoxdur. Orucluq yaz mövsümünə təsadüf etdiyindən, aclıq müddətinin uzun olmas
01.03.2025 5088 Mədəkiçiltmə əməliyyatı edənlər oruc tuta bilərmi? - Məşhur professor
Bütün bariatrik-metabolik cərrahi əməliyyat keçirmiş pasiyentləri ən çox narahat edən məsələlərdən biri də "Ramazan ayında oruc tutmaq olarmı" sualıdır. Buna əyani və elmi yanaşma olaraq İslam dövlətləri bariatrik cərrahlarının tədqiqatlarını birləşdirən bir məqalə hazırlanıb. Bu barədə -
12.04.2022 15135 İftar üçün dadlı reseptlər
Bu gün Ramazan ayının 29-cu günüdür. BİG.AZ axşam.az-a istinadən iftar süfrəsi üçün menyu təqdim edir:. Tərəvəzli, makaronlu şorba. Ərzaqlar:. Kök - 1ədəd. Yaşıl bibər - 1 ədəd. Pomidor - 1 ədəd. Kartof - 2 ədəd. Soğan - 1 ədəd. Makaron - 1 armudu stəkan. Yağ - 2 xörək qaşığı. Toyuq filesi - 200 qr
01.05.2022 14094 Bu qadınlarla evlənmək haramdır - SİYAHI
Quranda bəzi qohumlarla evlənmək qadağan edilmişdir. Nəsəb, süd, evlilik, din fərqi, zinakarlıq kimi səbəblər evlənmə maneələri sayılır. Bu səbəblərdən evlənmələri caiz olmayan qadınlara "məhrəm" deyilir. Bəs görəsən "Qurani-Kərim"ə görə kişilər üçün haram sayılacaq qadınlar kimlərdir?
21.03.2022 17662 "Günahları yuyan yağış", Quranda adı keçən tək ay - Ramazan haqqında maraqlı faktlar
Ramazan hicri-qəməri aylarından doqquzuncunun adıdır. Bu mübarək aya Ramazan adının verilməsindəki hikmət müxtəlif cür izah olunur. xatırladır ki, bir qrup din alimləri bildirirlər ki, Ramazan sözünün kökü yağış mənası verən "ramda" sözündən alınıb. Yəni yağış yer üzünü təmizlədiyi kimi, Ramaza
02.03.2025 5024 Mübarək Ramazan ayının ilk gecəsi nələr edilir?
Müqəddəs Ramazan ayı – orucun vacib olduğu aydır. 12 ayın sultanı Ramazan artıq bu axşam başlayır. Axşamdan müsəlmanlar bütün Ramazan ayı boyunca tutacaqları oruc üçün niyyət edəcəklər. BİG.AZ oxucuları bu gecənin əməlləri barədə məlumatlandırmaq istəyir. Niyyət axşamı nə etməli?. Bu gecə müqəddəs Ramaza
01.04.2022 24967 Ramazan ayının üçüncü gününün imsak, iftar və namaz vaxtları - FOTO
Sabah Ramazan ayının üçüncü günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 4-də imsak vaxtı saat 04:53-də, iftar vaxtı isə 19:22-dir. Aprelin 4-ü üçün namaz vaxtları:. Sübh azanı 04:58. Zöhr azanı 12:44. Əsr azanı 17:16. Məğrib azanı 19:22. İşa azanı 20:25. Üçünc
03.04.2022 13841 Uşaqlarımıza şükür etməyi necə öyrədək? - ARAŞDIRMA
Rəhman Allah hər birimizin ixtiyarına çox sayda nemət qoymuşdur. Lakin biz insanlar bəzən bu nemətərə görə şükür etməyi unuduruq. Biz gərək uşaqlarımıza kiçik yaşlarından şükür etməyi öyrədək. İxtiyarımızda olan nemətləri onlara tanıdaq və Allaha necə şükür edə biləcəyimizin yollarını onlara təlim verək
22.03.2022 15724 Kərbəlada FACİƏ: Türbə çökdü, dağıntılar altından meyitlər çıxarılır - VİDEO
İraqın Kərbəla şəhərində çoxlu ziyarətçinin olduğu bir ziyarətgah çöküb. Şiə müsəlmanları üçün müqəddəs sayılan Qəttarat İmam Əli türbəsinin damı həddindən artıq rütubət səbəbindən sürüşən torpağın təsirindən dağılıb. İndiyədək dağıntılar altında qalan dörd nəfərin meyiti tapılıb. Daha altı nəfər dağıntıla
22.08.2022 12937