Gün ərzində bir qazan xaş yediyim vaxt olub

Gün ərzində bir qazan xaş yediyim vaxt olubMüğənni İradə İbrahimova pəhrizindən, ailəsindən, sevdiyi yeməklərdən danışıb.

BiG.AZ saytı axsam.az saytına istinadən, sənətçinin "Formaggio" dərgisinə müsahibəsini təqdim edir:

- Az qala səni tanımayacaqdım. Nə qədər arıqlamısan...

- Düz 50 kilo... İpəyin doğumundan sonra 100 kiloqram idim. Sonra qərar verdim ki, belə olmaz və indiki çəkimə nail olmaq üçün düz 3 il sağlam yolla arıqladım.

- Pəhrizini bilmək olarmı?

- Səhər tezdən dururam... Pendir, pomidor, xiyar... yaşıl çay, bir dilim kəpəkli çörək, vəssalam. Günorta və axşam isə burada zeytun yağlı yeməklər var.. onlardan yeyirik.

- Bəs Ceyhun nə yeyir?

- O da artıq mənim pəhrizimlə qidalanmağa başlayıb. Əslində, bu, pəhriz deyil, sağlam qidalanmadır.

- Bu qərarına səbəb nə oldu?

- Səhnəyə qayıtmaq istəyim... Mən heç qarderobumu dəyişmədim ki... 36 ölçüdə idim. Paltarlarıma baxırdım və deyirdim: sən belə olmusan və belə də olmalısan.

- İradənin soyuducusundan nə əksik olmaz?

- Qoz, quru qaysı, qatıq, meyvə. Hə... bir də dondurma. İlin bütün aylarında bizim soyuducuda dondurma olur. Təəccüblü də olsa mən dondurmanı İpək üçün alıram. Onu uşaqlıqdan belə öyrətmişəm. Ay bu soyuqdu, uşağa vermə, belə şey olmadı. Hətta soyuducudan çıxartdığım suyu belə İpəyə içirdirəm. Onun belə öyrəşməsini istədim.
Çünki anam eyni şeylərin tam əksini etmişdi və nəticəsi də pisdi: bir az soyuq su içim, boğazım o dəqiqə ağrımağa başlayır.

- İradə evdə nə bişirir?

- Nə gərəkirsə... Amma İpəyin plovu heç əksik olmaz. Plov olmayanda qızım ac qalar.

- Ac niyə? Burada hər addımbaşı fast-food yeridir...

- Bu barədə heç düşünmürəm də... Bizim rasionda fast-food sözü qadağandır.

- Amma yəqin ki, tez-tez restoranlarda olursunuz...

- Ceyhun ət yeməyini çox sevir. Burada çox məşhur "Nüsrət" və "Günaydın" ət lokantası var ki, biz onların davamlı müştəriləriyik. Orada hətta çörək belə vermirlər. Amma bir restoran var: "Qayə"... Çox elit bir restorandır. Qarşımıza bir parça ət qoydular... bizdən elə məbləğ aldılar ki...

- Bəs evdə hansı ət xörəklərinə üstünlük verirsən?

- Evdə müxtəlif şorbalar, lobya və badımcan bişirirəm. Düyünü mənə Bakıdan göndərirlər. Burdakı düyülərin tərkibi ziyanlıdır. Hətta İpək üçün manna, qarabaşaq, yulafı belə bizimkilər göndərirlər.

- Yəni burada qarabaşaq, yulaf yoxdur?

- Bəlkə də var. Amma mən öz ləzzətimi axtardığım üçün bəzi ərzaqları gətirdirəm.

- Elə yeri gəlmişkən... o doğma ağız dadını burada tapa bilirsənmi?

- Əsla. Buranın suyu belə fərqlidi. Baxın, mən çayı, kəklikotunu belə Bakıdan gətirtmişəm. Amma bizim çay süfrəsində nələr olmur? Mürəbbələr, şirniyyatlar, çərəzlər... bir mərasim kimi... Bura gələndən çay içməyi də tərgitmişəm.

- Ceyhun Bakı xörəklərindən nəyi sevir?

- Lülə kababı... Tez-tez deyir ki, Bakıya gedən kimi ancaq lülə-kabab yeyəcəm.

- Bəs sən nə istərdim?

- Xaş... oyy... ürəyim necə xaş istədi. Təsəvvür edin ki, mənim gün ərzində bir qazan xaş yediyim vaxt olub. Bir də xəngəl arzulayıram... Mən xəmir yaya bilmirəm ki...

- Bəlkə bu gün axşama sizdə bir xəngəl qonaqlığı verək? Yaymağı məndən, bişirib süfrəyə verməyi səndən...

- Yox vallah, zəhmət çəkməyin. Onsuz da tezliklə gəlirəm. Burada o sarımsaqlı qurutu, o soğançanı, o əti haradan tapacam? O dad yalnız Bakıdadır.

- Bəlkə bir az da yaradıcılığından danışaq.

- İnşallah, tezliklə, Türkiyədə bir disk çıxaracam. İçərisində həm türk, həm də Azəri mahnıları var. Diskdən sonra albom, albomdan sonra klip... Klipdən sonra da efirlərə çıxıb, mahnılarımı tanıdacam.

- 8 ilə Azərbaycanda məşhur olan İradə İbrahimovaya Türkiyədə tanınmaq üçün nə qədər zaman lazımdır?

- Ooo... Çox uzun bir zaman... Mən Azərbaycanda elə bir dövrdə səhnəyə çıxdım ki, o zaman gənc müğənnilərə çox böyük bir ehtiyac vardı. Və oxuduğum "Ürəyinin götürdüyü yerə get" mahnısı ilə çox az bir zamanda tanındım. Amma burada da piardan asılıdı. Bəlkə də səni qısa müddətdə İradə İbrahimova kimi tanıtdılar.

- Bu yaxınlarda müğənni Günay İbrahimli mənimlə söhbətində dedi: Sənətə gələndə söylədilər ki, "İradə İbrahimovanın yeri boşdu. İstəsən, oranı tuta bilərsən". Səncə, İradənin yerini tutmaq mümkündümü?

- İradənin yerini tutmaq üçün gəlmək ağılsızlıq olardı. Niyə? Çünki hər kəsin öz şarmı, öz dəsti-xətti var... Amma sizə bir şey deyim? Demək, yerim görünür ki, elə deyirlər. Bakıya gedəndə verilişlərə dəvət edirlər, müsahibələr götürürlər, bu, mənə stimul verir. Demək ki, mən varam.

- Buradan Azərbaycan şou-biznesi səninçün necə görünür?

- Heç cür... tamamilə qopmuşam. Amma bilirsiniz nə düşünürəm? Mən Türkiyədə məşhurlaşsam bu, mənə çətinlik yaradacaq. Çünki burada çox sərbəstəm, qızımla istədiyim yerə gedirəm, makiyajsız, adi geyimdə gəzirəm. Məşhurluq bunları məndən alacaq.

- Yaradıcılığa başın qarışar, İpəyin "bəbək" arzusu ürəyində qalar...

-(gülür) Yox, əsla... Bu barədə düşünürəm. Amma oğlan ya qız... bizimçün fərq etməz, təki xeyirli övlad olsun.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2740   Tarix: 26 oktyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Titanik"in aktyoru vəfat etdi

Dünyaca məşhur şotlandiyalı aktyor və yazıçı Brayan Makkardi vəfat edib. Axşam.az xəbər verir ki. aktyor 59 yaşında evində qəfil dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb. Qeyd edək ki, Makkardi karyerasına 1980-ci illərin sonlarında başlayıb. O, "Damaged", "Time", "Lin

01.05.2024 332
.

Xidmətçisi Fatimənin evindən oğurluq edib

Rəqqasə Fatimə Fətəliyevanın evindən oğurluq edilib. Axşam.az xəbər verir ki, bu barədə o, "Xəbərin var?" verilişində qonaq olarkən deyib. Fatimə 4 il evində çalışan qadının ondan oğurluq etdiyini açıqlayıb:. "Anam yaşlı qadındır, iş görə bilməz, mənimlə birlikdə yaşayır. Mən də hər gü

11:22 566
.

Kıvanç Tatlıtuğ Çağatay Ulusoyla küsülü olması barədə iddialara cavab verib

Aktyor Kıvanç Tatlıtuğ həmkarı Çağatay Ulusoyla küsülü olması barədə iddialara cavab verib. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. "Bəziləri şayiə yayırlar. Cavab verməyə belə ehtiyac duymuram. Məgər dostluq "Instagram"da bir-birini izləməklə ölçülür?" ,- deyə o qeyd edi

30.04.2024 470
.

Xalq artistinin əməliyyatdan sonra görmə qabiliyyəti tamamilə zəifləyib: Estetik cərrahı yenə məhkəməyə verdi

Xalq artisti Flora Kərimova özəl klinikalardan birini və Heydərova Sevinc adlı həkimi yenidən məhkəməyə verib. "Unikal"ın məlumatına görə, məhkəmə prosesi may ayının 17-də Nəsimi Rayon Məhkəməsində hakim Günay Abidovanın sədrliyi ilə keçiriləcək. Belə ki, Flora xanımla Sevinc Heydərova arasınd

28.04.2024 1061
.

"Ailəmizin birlikdə olduğu son məclis" - FOTO

Nəvəsi Rəfiqə mərhum Əməkdar artist Cavanşir Məmmədovla bağlı yeni paylaşım edib. Axşam.az xəbər verir ki, o, öz nişan günündən foto yayımlayıb. Rəfiqə bildirib ki, son dəfə ailəsi həmin məclisdə bir arada olub. "Ailəmizin birlikdə olduğu son məclis" deyə, o, paylaşıma yazıb. Qeyd edək ki

29.04.2024 1086
.

Oğlu Ağakərimin səhhətindən danışdı

Bu gün meyxanaçı Ağakərimin (Kərim Novruzov) 60 yaşı tamam olur. Axşam.az xəbər verir ki, Meyxanaçının övladı Kamil Kərimoğlu "Elgizlə izlə" verilişində telefon zəngi ilə qoşularaq atasının səhhətindən danışıb. "Desəm ki, atam yaxşıdır, yalan olar. Səhhəti stabildir. Nəfəsi gedib-gəlir

01.05.2024 564
.

60 yaşında gözəllik müsabiqəsinin qalibi oldu, tarixə düşdü

60 yaşlı jurnalist və hüquqşünas Aleksandra Marisa Rodriges "Miss Argentina" müsabiqəsində Buenos-Ayres əyalətini təmsil edib. Axşam.az xəbər verir ki, ölkənin ən gözəl qızı adı uğrunda mübarizə aparmaq üçün Rodriges öz bölgəsində 34 digər namizədi geridə qoyub. Beləliklə, Rodriqes "Kaina

28.04.2024 758
.

"Hər gün buna görə məktəbdən evə göndərilirdim"

Əməkdar artist Kəmalə Müzəffər "Dikdaban" verilişində qonaq olub. Axşam.az xəbrə verir ki, aktrisa uşaqlıq illərindən dikdaban ayaqqabıya marağı olduğunu bildirib:. "Mənimlə məktəbdə oxuyanlar bilir. O vaxt ibtidai sinif 3-cü sinfə qədər idi. Üçüncü sinfi bitirən kimi gözüm ancaq dikdaba

29.04.2024 1064
.

Səidə Sultanın transparan geyimi - Foto

Müğənni Səidə Sultan sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ifaçı qatıldığı məclislərdən birində çəkdirdiyi fotosunu izləyiciləri ilə bölüşüb. Müğənni yığıncağa dekolteli qara transparan tulum geyinib

30.04.2024 1188