İki bacıdan biri qatil biri qurban - VİDEO

İki bacıdan biri qatil biri qurban - VİDEOÖlkə daha bir tükürpədici qətlin şokundadır. Gənc qızın başının kəsilməsi xəbərinin dəhşətindən sonra, bunu onun özündən bir yaş kiçik bacının etməsi xəbəri daha dəhşətli oldu. Çox gənc olan bu bacıların arasında nə baş verib? Bu yaşda bacını bacının qatili olmağa nə vadar edib? Bu dəhşətli qətllə bağlı müxtəlif ehtimallar var. Əməkdaşlarımız həm qızların Şəkidəki ata evində, həm də hadisənin baş verdiyi kirayə qaldıqları evdə olublar.

Bu gün Azərbaycanda hər hansı tükürpədici hadisə ilə heç kimi təəccübləndirmək olmaz. Amma bu gün həm prokurorluq, həm də polis əməkdaşları etiraf edirlər ki, bacının bacısının başını kəsməsi kimi presendentə son ayların təcrübəsində rast gəlinməyib.

Xətai rayonu, Xudu Məmmədov küçəsi, 18 ünvanında, 1 A saylı binanın, 39-cu mənzilində baş verən cinayətin yükü o qədər ağırdır ki, fikirləşəndə belə ətin ürpəşir. Üstəgəl, görəndə ki, onu, balaca qız, bəlkə də 45 kiloluq bir məxluq törədib, özü də öz doğmaca bacısına qarşı, istər-istəməz hadisəyə əsas verən səbəbin çox ciddi olması qənaətinə gəlirsən. Səbəblərə gəlincə, polis və prokurorluq əməkdaşları hələ ki, ağızlarına su alıblar. Hərçənd, bütün gecəni cinayəti törətməkdə şübhəli bilinən Pərvanəni dindiriblər və onlar da cinayətin təfərrüatları haqda müfəssəl məlumat var. Amma açıqlama verilmir. Mediaya sızdırılan xəbərlərdə isə öldürülən Günel Nuriyevanın cinsi azlığın nümayəndəsi olması, vaxtaşırı rəfiqələrini evə gətirməsi, bacısının isə buna qarşı çıxdığı deyilir. Məlumatlara görə, qətldən qabaq da iki bacı arasında bu mövzuda mübahisə yaranıb və sonda 19 yaşlı Pərvanə özündən bir yaş böyük bacısını öldürüb.

Bu yerdə xatırladım ki, qətlin baş verdiyi ünvanda Nuriyevlər ailəsinin üç qızı yaşayıb. Öldürülən Günel ailənin böyük qızıdır, qətli törətməkdə şübhəli bilinən Pərvanə isə əkizlərin tayıdır. Elə Günelin meyitini də ikinci əkiz aşkar edib. Qızların valideynləri Şəkidə yaşayır və bölgə müxbirimizin məlumatına görə, ata Etibar Nuriyev biznesmendir və bu ailəni rayonda qapalı bir ailə kimi tanıyırlar. Onların yaşadıqları ev belə sanki insanlardan təcrid olunub və xeyli aralıda tikilib. Bacılar da yaşadıqları ünvanda qonşuların diqqətini çəkən münasibətlə yadda qalmayıblar. Hər halda, qonşular da, binanın mühafizəçisi də bu qızların pis bir hərəkətini müşahidə etmədiklərini deyirlər. Xətai rayon Polis Şöbəsinin adını çəkilməsini istəməyən əməkdaşının sözlərinə görə, Günelin cinsi azlıq olması ilə bağlı deyilənlər əsassızdır və onun meyiti üzərində heç bir zorakılıq əlaməti, bakirəliyin pozulması faktı aşkarlanmayıb. Hər halda bütün bunları aydınlaşdırmaq istintaqın işidir. Amma bu kimi məsələlərdə cəmiyyətin üzərinə düşən iş nədən ibarətdir?-

Bu sualın cavabı açıq qalır. Məsələn, biz bu həyətdə çəkiliş aparanda prokurorluq əməkdaşı bizə tövsiyyə edirdi ki, mətbuat belə faktları efirə verməsə daha yaxşı olar. Bu çıxış yoludurmu? - Biz bunu efirə verməsək, ölkədə, ailələrdə qətllər baş verməyəcəkmi? Psixoloqlar belə düşünmür. Onlar əksinə, maariflənmə işinin aparılmasını zəruri sayırlar və düşünürlər ki, belə qətllərin baş verməsində bəzən ailənin rolu çox böyük olur.

Nuriyevlər ailəsində psixoloji durum necə olub, bunu bu gün deyə bilməyəcəyik. Amma bütün hallarda 19 yaşlı çəlimsiz qızın doğmasının başını kəsməyə qalxması çox təhlükəli presedentdir. Və maraqlıdır ki, bu ağır qətli törədən qız da, bu qətlin qurbanı bacısı da öz gələcəklərini musiqiyə bağlamışdılar. Hər ikisi Konservatoriyada təhsil alırdı. Onların heç biri müsiqiçi olmadı, bir qatil oldu, o biri qurban.

anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5648   Tarix: 24 oktyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dönərdən kütləvi zəhərlənmə bu səbəbdən baş verib - Rəsmi açıqlama - Video

Xəbər verdiyimiz kimi, ötən gün Zaqatalada dönərdən kütləvi zəhərlənmə halı baş verib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov İTV-yə açıqlamasında hadisənin sanitar-gigiyenik normaların pozulması səbəbindən baş verdiyini bildirib

16:24 395
.

Con Svinni Şotlandiyanın baş naziri oldu

Şotlandiya Milli Partiyasının yeni lideri Con Svinni səsvermədə iştirak edib. BİG.AZ xəbər verir ki, o, Şotlandiyanın yeni baş naziri olub. Qeyd edək ki, Con Svinni Həmzə Yusafın yerinə keçib. C. Svinni ölkənin keçmiş maliyyə naziri olub. Liderlik yarışında digər üç namizəd 31 səslə Duqlas Ross, 22 səsl

12:13 138
.

Amsterdam Universitetində Fələstinə dəstək aksiyası davam edir

Amsterdamda universitetlərin birində Fələstinə dəstək aksiyası keçirilib. BİG.AZ xəbər verir ki, polis aksiyanın qarşısını almağa çalışıb. Aksiya iştirakçıları öz həmrəkliklərini bu cür nümayiş etdirdiklərini bildirib. Düşərgə qurmuş aksiyaçılara qarşı polisin sərt təxribatına etiraz edən qrup bu gü

11:53 71
.

Qələbə Gününün havası

Mayın 8-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yağış günün ikinci yarısında tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gec

14:51 248
.

İsrailin Rafaha bomba hücumu: 2 ölü

İsrailin Qəzza zolağının cənubundakı Rafah şəhərində bomba hücumu olub. BİG.AZ xəbər verir ki, hücum nəticəsində 2 fələstinli ölüb, daha bir neçə nəfər yaralanıb. Bu barədə Fələstinin rəsmi xəbər agentliyi "WAFA" məlumat yayıb. Qəzzanın Misirlə Rəfah sərhəd keçidinin Fələstin tərəfini ələ keçirdiy

10:45 127
.

Səidədən Aygün Bəyləri təhqir edən Ləmana cavab

Xəbər verdiyimiz kimi, tiktoker Ləman Vəliyeva mərhum Əməkdar artist Aygün Bəyləri təhqir edib. Axşam.az-ın məlumatına görə, bununla bağlı paylaşım edənlər arasında müğənni Səidə Sultan da yer alıb. Səidə bildirib ki, tiktoker bu sözlərlə Azərbaycan musiqisini təhqir edib:. "Gərək belə məqamlard

11:34 954
.

İşdən çıxarılan məşhur cərrah DANIŞDI

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan Nərimanov Tibb Mərkəzinin ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Anar Mehdiyev işdən çıxarılması ilə bağlı açıqlama verib. Bu barədə -a danışan həkim bildirib ki, artıq apellyasiya instansiyasını da qazanıb. "Hakim Fuad Talışınskini

07.05.2024 812
.

Fransa polisi Fələstinə dəstək aksiyasına qatılan 2 tələbəni saxlayıb

Fransa polisi Fələstinə dəstək aksiyasına qatılan 2 tələbəni saxlayıb. xəbər verir ki, İsrailin Qəzzaya hücumlarına cavab olaraq Fransanın müxtəlif şəhərlərindəki universitetlərdə təhsil alan tələbələr Fələstinə dəstək aksiyalarını davam etdirirlər. Fələstin Elmlər Komitəsinin Po Paris məktəbinin sosia

07.05.2024 229
.

Müğənni Günay makyajsız şəklini paylaşdı

Müğənni Günay İbrahimli makyajsız halı ilə gündəmə gəlib. BİG.AZ xəbər verir ki, o, İnstaqram sosial şəbəkəsində paylaşıb:. "Bəzən yol qət etmək üçün qaçmaq yox, dayanmaq gərəkdir. Yolumuz uzun". İfaçının fotosu çoxsaylı bəyənmə yığaraq, sevənləri tərəfindən xoş sözlər yazılıb

17:30 269