Hansı qan qrupu ilə evlənmək olar?

Hansı qan qrupu ilə evlənmək olar?Mütəxəssislər evlilikdən əvvəl tibbi müayinədən keçməyin nə qədər vacib olduğunu qeyd etsələr də, təəssüflər olsun ki, bir çox cütlüklər buna əməl etmir.

Amma bu məsləhəti qulaq ardına vuran şəxslər bilməlidirlər ki, onların bu addımı gələcəkdə nəinki öz sağlamlıqları, eləcədə dünyaya gələcək övladlarının səhhəti üçün problem yarada bilər.

Bu cür problemlərlə rastlaşmaq istəməyən cütlüklər qan uyuşması məsləsində xüsusən həssas olmalı, evlilikdən əvvəl mütləq həkim nəzarətindən keçməlidirlər. Çünki evlilikdə qan qrupu uyğunluğu sağlam körpələrin dünyaya gəlməsi üçün lazım olan əsas şərtdir.

Qan qrupu təhlili ana ilə ata arasında ola biləcək qan uyuşmazlığını təyin etmək üçün edilir. Qan uyuşmazlığı isə qan qrupunuzdan deyil, qanınızdakı Rh faktorundan aslıdır. Ümumiyyətlə, qan uyuşmazlığı yalnız qadında Rh mənfi, kişidə isə Rh müsbət olduğu vəziyyətlərdə meydana gələ bilər.

Əgər qanınız aşağıdakı qruplara aiddirsə, deməli uyğunsuzluq yoxdur.

Qadın Rh müsbət, kişi Rh mənfidirsə;

Qadın Rh mənfi, kişi Rh mənfidirsə;

Qadın Rh müsbət, kişi Rh müsbətdirsə;

Xüsusən, qohum evliliyi quran şəxslərin evlilikdən öncə qan qrupu yoxlamasından keçməsi daha vacibdir. Çünki, hər insanın genetik şifrəsində onun sağlamlığı üçün təhlükə yaratmasa belə, bəzi gizli xəstəliklər olur.

Bu gizli xəstəliklər eyni genetik kodu daşıyan, vahid mənşədən gələn insanlarda çox vaxt eyni hissələrdə olur. Dünyaya gələcək körpənin düsturu isə yarı qədər anadan, yarı qədər atadan aslı olduğu üçün ata və anada olan bu gizli xəstəlik övladda bütünləşərək tam şəkildə özünü gəstərir. Bunun nəticəsində də qohum evliliyindən doğulan uşaqlar çox vaxt əqli və ya fiziki cəhətdən qüsulu, bəzi hallarda isə hətta şikəst doğulurlar.

Müxtəlif genetik kodu daşıyan insanlarda çox nadir hallarda bu cür uyğunluğa rast gəlinsə də, yenə də hər iki halda, körpənizin və özünüzün sağlamlığı üçün həkim nəzarətindən keçməyiniz mütləqdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4530   Tarix: 22 oktyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942