Kiyevdə "Xocalı harayı"

Kiyevdə Kiyevdə Ukrayna Rəssamlar İttifaqının üzvü Rasim Seydimovun əsərlərindən ibarət rəsm sərgisi açılıb

Kiyevin "ART Qalereya" sərgi salonunda Ukrayna Rəssamlar İttifaqının üzvü Rasim Seydimovun əsərlərindən ibarət "Xocalı harayı" adlı rəsm sərgisinin açılışı olub.

Martın 2-nə qədər davam edəcək sərgi İslam Konfransı Gənclər Forumu, Ukrayna Azərbaycanlı Gənclər Birliyi və Ukrayna Azərbaycanlıları Konqresinin birgə təşəbbüsü, Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə təşkil edilib.

Gənc rəssamın Xocalı harayı mövzusunda çəkdiyi 26 rəsm əsərində ermənilərin Xocalıda uşaqlara, qadınlara, qocalara həyata keçirtdikləri bəşəri cinayət əksini tapıb və avanqard cizgilərlə düşmənin vəhşilik obrazını özündə əks etdirir. Əsərlərində zülmətdən işığa yol açan rəssam xeyrin şər üzərində qələbə çalacağı ilə bağlı fəlsəfi düşüncələrini çatdırır.

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin mədəniyyət və informasiya departamentinin rəhbəri İlhamə Allahverdiyeva erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılmasında sərgilərin nümayiş etdirilməsinin müstəsna əhəmiyyət daşıdığını bildirib. Ukrayna Azərbaycanlıları Konqresi adından beynəlxalq təşkilatları və dünya birliyini Xocalı soyqırımına hüquqi siyasi qiymət verməyə səsləyən diaspora rəhbərlərindən İlqar Abbasov və Akif Gülməmmədov Ermənistan dövlətinin Xocalı soyqırımına görə tarix qarşısında cavab verməli olduğunu vurğulayıblar.

Milli Məclisin deputatı Musa Qasımlı çıxışında ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirtdikləri işğalçılıq və soyqırım siyasətinə beynəlxalq ictimaiyyəti biganə yanaşmamağa çağırıb: "Azərbaycanlılara qarşı həyata keçirilən soyqırım siyasətində Ermənistan prezidenti Serj Sərkisyan da iştirak edib. Təəssüf ki, beynəlxalq təşkilatlar bu fakta göz yumurlar və ikili siyasət yürüdürlər".

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə Xocalı soyqırımından 19 il ötməsinə baxmayaraq, beynəlxalq təşkilatların və dünya birliyinin hələ də bu faciəyə hüquqi-siyasi qiymət verməməsini tarixi ədalətsizlik kimi dəyərləndirib: "Xocalı faciəsi təkcə 50 milyonluq azərbaycanlının deyil, bütün dünyanın faciəsidir. Hesab edirəm ki, dünya birliyi ermənilərin belə bir dəhşətli soyqırım siyasətinə göz yummaqla tarix qarşısında bu faciəni törətmək qədər bir məsuliyyəti öz üzərinə götürüb".

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov isə deyib ki, "Xocalıya ədalət" kampaniyası çərçivəsində Ukraynanın əyalət və şəhərlərində silsilə tədbirlər həyata keçirilib: "İnanıram ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərin erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynayacaq. Bu kampaniyada dünyada yaşayan bütün azərbaycanlı gənclər xüsusi fəallıq nümayiş etdirməklə vətəndaşlıq borcunu yerinə yetirməlidir".

Kiyevdə Kiyevdə Kiyevdə Kiyevdə Kiyevdə Kiyevdə Kiyevdə Kiyevdə Kiyevdə Kiyevdə


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6343   Tarix: 26 fevral 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Antalyada avtomobillərin toqquşması nəticəsində 16 nəfər yaralanıb

Türkiyədə Antalyanın Manavqat rayonunda eyni şirkətə məxsus iki safari maşınının toqquşması nəticəsində 13-ü turist olmaqla 16 nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Maşınlardan biri yolun sağ tərəfindəki beton dirəyə çırpılaraq yan üstə düşüb. Qəzadan sonra bölgəyə ço

02.05.2024 236
.

Dilan özünə qəsd edib

Həbsdə olan fenomen Dilan Polat özünə xəsarət yetirib. OLAY yazır ki, bununla bağlı Türk mediasında məlumatlar yayılıb. Bildirilib ki, sonuncu məhkəmədən sonra Dilan qolunu və ayaqlarını kəsib "Azadlığa çıxa bilməyəcəyəmsə, burada ölmək istəyirəm" dediyi öyrənilib

10:50 533
.

"Birbaşa uçuşların sayını artırmaqda digər hava yollarının da maraqları olmalıdır" - Turizm eksperti

İstirahət fəsli yay yaxınlaşır. Maddi imkanı olan insanlar yay fəslini ölkə xaricində keçirirlər. Lakin Azərbaycan bir çox Avropa ölkələrinə birbaşa uçuşlar hələ də mövcud deyil. Turizm eksperti Göydəniz Qəhrəmanov -a bildirib ki , Azərbaycan Hava Yolları birbaşa uçuşların sayını artırır. Amma bu məsələd

15:11 46
.

Vətəndaşlar Şuşada fərdi yaşayış evləri tikə bilərmi? - AÇIQLAMA

8 mayda işğal olunmuş mədəniyyət paytaxtımıza məhz bu ərəfədə geri dönüş başlayır. "Böyük Qayıdış" prosesi çərçivəsində artıq Şuşa şəhərinə də köç başlayır. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilir ki, Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcə

02.05.2024 450
.

Tamstore Ağdaşda ilk mağazasını açdı – Açılışa özəl 100 məhsulda 50% endirim

Tamstore Marketlər Şəbəkəsi bu dəfə Ağdaş sakinlərinə tam xidmət, tam keyfiyyət, tam təzə və tam qiymət konsepsiyası ilə xidmət göstərmək üçün 3 may 2024-cü il tarixindən fəaliyyətə başlayacaq. Rəsmi açılış mərasiminə özəl üç gün ərzində 100 məhsulda tam 50% endirim kampaniyası və eyni zamanda 500 məhsuld

02.05.2024 280
.

"Həyatımda heç kim yoxdur" - Hadise

"Həyatımda heç kim yoxdur". xəbər verir ki, bu sözləri türkiyəli müğənni Hadise deyib. "Yenə deyirəm, həyatımda eşq yoxdur. Özümlə çox xoşbəxt olduğum dönəmdəyəm" ,- deyə o bildirib

02.05.2024 352
.

Türkiyənin iş yerində partlayış baş verib - VİDEO

Türkiyənin Başakşehir şəhərində iş yerində partlayış olub. BİG.AZ xəbər verir ki, partlayış nəticəsində 1 nəfər xəsarət alıb. Hadisənin baş vermə səbəbi məlum deyil. Əraziyə çoxsaylı yanğınsöndürənlər cəlb olunub. Həmin videonu təqdim edirik:

02.05.2024 263
.

Azərbaycanda Analar Günü təsis oluna bilər

"Azərbaycanda Analar Gününün təsis olunması məsələsinə baxıla bilər". Bunu "Report"a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, belə günlər başqa ölkələrdə də qeyd edilir:. "Bizim də başqa ölkələrdə olmaya

12:36 246
.

Tarixdə ilk dəfə Olimpiya məşəlini transseksual daşıyacaq - FOTO

2024-cü ildə Parisdə (Fransa) Olimpiya Oyunlarının açılışı zamanı tarixdə ilk dəfə Olimpiya məşəlinin estafetində transseksual iştirak edəcək. Bu barədə Paris meriyası sosial şəbəkələrdə xəbər verib. Minima Geste ləqəbli transseksual yarışın açılış günü olimpiya məşəlini 25 sm hündürlükdə dikdaban ayaqqabılarl

12:05 297