Xəstələnməmək üçün bu yazını oxuyun

Xəstələnməmək üçün bu yazını oxuyunÖzünü heç də pis hiss etmirsən. Amma buna baxmayaraq bədənində qəfildən əvvəlcə heç rastlaşmadığın qəribə simptom başladı. Məsələn, ürək döyüntün tezləşir, susuzluqdan əziyyət çəkirsən... bu xəbərdarlıq siqnallarına laqeyd qalmaq olmaz. Bəlkə də bu hansısa bir xəstəliyin siqnalıdır. Bütün xəstəlikləri erkən müalicə etmək müsbət nəticə verir. Elə buna görə də bədənimizin xəstəliklərlə bağlı verdiyi siqnallara əhəmiyyət vermək vacibdir.

BiG.AZ saytı axsam.az saytına istinadən, simptomun hansı xəstəliyin əlaməti olduğunu təqdim edir:

Simptom
Dodaqlar quruyur və çatlayır
Dodaqlarını tez-tez yalayırsan? Əgər bu, küçədə baş verirsə, dodaq çatlayır. Təbii haldır. Digər halda isə bunun səbəbi orqanizmdə vitamin və aminturşusu çatışmazlığıdır. Bəzən istifadə etdiyiniz dodaq boyası da allergiya yarada bilər. Elə insanlar var ki, onların bədəni nikotin qəbul etmir. Dodaq ətrafındakı çatlar stafilokok və ya göbələyə yoluxmanın göstəricisidir.
Nə etməli? Əgər problem yeni başlayıbsa, bunu özün də aradan qaldıra bilərsən. Məsələn, dodaq boyanı dəyişdir, gün ərzində su qəbulunu çoxalt. (1,5 litrdən çox olmasın). Yediklərinə diqqət et: süd məhsulları, yulaf, qara çörək, ət, tərəvəz və meyvələri çox yeməyə başla. həkimə müraciət etməyi yaddan çıxartma. Ola bilsin ki, problem ciddidir, sənə həkim müalicəsi lazımdır.

Simptom
Damaq qanaması
Dişlərini fırçalayan zaman damağından qan axmağa başlayır? Fırçaya diqqət et: ola bilsin o coddur, damağını zədələyir. Yox, əgər fırçanla bir problem yoxdursa, demək məsələ bir az ciddidir. Damaq qanaması bir çox xəstəliyin ilk əlamətidir: qinqivit, diabet, gemofiliya və C vitamini çatışmazlığı.
Nə etməli? Həkimə müraciət et, qan analizi ver. Tərkibində C vitamini olan meyvə və tərəvəzlər ye. Palıd kökü, qoyunqıran və ya qanotunu qaynar suya töküb, 2-3 saat saxla. Sonra bu su ilə gündə iki dəfə dişlərini yaxala.

Simptom
Əllər əsir
Bəzən çox iş görəndən sonra əllər əsməyə başlayır. Həyəcanlananda isə barmaqlarının arası tərləyir. Əllərin tərləməsi öz-özünə keçib gedir. Əsmənin səbəbi isə ya sinir sisteminin pozğunluğu, ya da spirtli içki qəbulu ilə əlaqədar olur. Bu, Parkinson xəstəliyinin (mərkəzi sinir sistemi) ilk əlaməti ola bilər.
Nə etməli? Əgər bu hal tez-tez təkrarlanarsa, dərhal həkim-nevropatoloqa müraciət etmək lazımdır. Təmiz havada çox gəzməli, yatarkən ətrafda səssizlik olmasına fikir verməlisən. Dağ tərxunu əl əsməsinə qarşı əla effekt verir. Tərxunu ağızda 15-20 dəqiqə çeynəyib ud. Bu prosesi gündə 3 dəfə təkrarla. Əgər əllərin əsməsi ilə yanaşı üzün qızarır, hərəkət etmək çətinləşir, ürəyin bulanarsa, bu o deməkdir ki, sən zəhərlənmisən. Bu halda dərhal həkim çağırmaq lazımdır.

Simptom
Göz ətrafında qara ləkələr
Yəqin ki, ağır iş rejimindən sonra gözünün ətrafında qara ləkələrin əmələ gəldiyinin şahidi olmusan. Bu, göz qapağının və şəffaf pərdənin funksiyasının pozulması deməkdir. Belə hal əsasən, şəkər xəstəliyi zamanı baş verir. Bu, həm də görmə qabiliyyətinin zəifləməsinin əlaməti ola bilər.
Nə etməli? Gözü çox yükləmək olmaz. Bu məsləhətə əsasən kompüter arxasında işləyənlər əməl etməlidirlər. Hərdən ara verib, havaya çıxmaq yaxşı olar. Əgər buna imkanın yoxdursa, onda yaşıl rəngli nəyəsə bax.
Qara ləkədən tamamilə xilas olmaq üçünsə bu məlhəmdən istifadə et: 2 çay qaşığı xamanı və 1 çay qaşığı xırdalanmış cəfərini qarışdır. Gözün ətrafına çəkib, beş-on dəqiqə saxladıqdan sonra ilıq su ilə yu. Astaca həmin yeri massaj et.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 4288   Tarix: 25 sentyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Koronavirusa qarşı 7 peyvənd vurdurdu

Kolumbiyanın qərbindəki Kali şəhərində bir kişiyə yeddi dəfə koronavirus əleyhinə peyvənd vurulub. -a istinadla xəbər verir ki, kolumbiyalı fərqli peyvəndləmə mərkəzlərində peyvəndləndiyi üçün dərhal aşkar edilə bilməyib. Şəhərin səhiyyə naziri Mierlandi Torres, kişinin yaşının 60-dan yuxarı olduğun

26.08.2021 986
.

"Dəri problemləri və saç tökülmələri ginekoloji xəstəliklərin əlaməti ola bilər" - VİDEO

"Dəri problemləri və saç tökülmələri bəzən hansısa ginekoloji xəstəliklərin əlaməti ola bilər". xəbər verir ki, bu sözləri mama-ginekoloq Şölə Əkbərova MediaPost TV-də çıxışı zamanı bildirib. Dəri problemlərinin yetkinlik dövrünə təsadüf etdiyini bildirən həkim, yanlış aparılan müalicələri

31.08.2021 1465
.

Məşhur dieotoloqların arıqlama sirri

Dünyanın məşhur dietoloqlarının hansı yollarla arıqlaması hər zaman maraq kəsb edib. Axşam.az Rusiya mətbuatına istinadən məşhur dietoloqların arıqlama üsulunu təqdim edir:. Ekspert-dietoloq Yuliya Çexoninadan möhtəşəm pəhriz. Doğru səhər yeməyi - 5 kq. arıqladır. "Sağlam bəslənməyə çalışıram. Amm

21.08.2021 1439
.

Ömürlük dərmana məhkum olan "Miasteniya" xəstələri əməliyyatla sağala bilər? - CƏRRAH AÇIQLADI

Bir çoxlarının məlumatsız olduğu "Miasteniya Gravis" xəstəliyindən müalicə alan insan sayı təəssüf ki Azərbaycanda da az deyil. Lakin bu xəstəlik haqqında eşitmədikləri üçün artıq miasteniyanın ağırlaşmış formasında həkimə müraciət edirlər. Bəs bu xəstəliyin simptomları nədir? Onun barəsi

08.09.2021 960
.

Koronaviruslu insanların peyvənd vurdurması hansı nəticələrə səbəb olur?

"Koronavirus infeksiyası müəyyən edilən şəxslər peyvənd vurdurmalı deyillər". -a istinadən xəbər verir ki, bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova "Sputnik" radiosuna açıqlamasında deyib. Həmçinin, nəzər

27.08.2021 1409
.

Koronavirusun yeni ştammına "Mu" ADI VERİLDİ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yunanıstan əlifbasındakı hər sıralamasına uyğun olaraq Dominikan Respublikasında rast gəlinən koronavirusun yeni ştammını (B.1.621) "Mu" adlandırıb. APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. May ayından etibarən Domikanı

02.09.2021 994
.

COVID-19-u öldürən maska

Meksika Milli Muxtar Universitetinin tədqiqatçıları, COVID-19-a səbəb olan SARS-CoV-2 virusunu zərərsizləşdirə bilən unikal SakCu qoruyucu maska ​​hazırlayıblar. -ın -a istinadla verdiyi xəbərə görə, o, gümüş və misdən ibarət üç nano qatdan ibarətdir. Yaradıcıların fikrincə, gümüş və misdən ibarət bi

31.08.2021 1798
.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. Bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir: "Heç bir araşdırma bun

05.09.2021 2454