Yerli məşhurların "Əsrin müqaviləsi"ndən xəbəri varmı? - sorğu

Yerli məşhurların "Əsrin müqaviləsi"ndən xəbəri varmı? - sorğuBu gün "Əsrin müqaviləsi" sazişinin bağlanmasından 20 il ötür.

BiG.AZ xəbər verir ki, Axşam.az 1994-ci il sentyabrın 20-i Bakıda imzalanmış müqavilə ilə bağlı şou-biznes nümayəndələri arasında sorğu keçirib. Əksər hallarda iddialı açıqlamalar verən, bəzən qalmaqal edən, gündəmdə qalmaq üçün ağlayıb, gülən şou əhli görəsən "Əsrin müqaviləsi"ndən xəbərdardırlarmı?

Əməkdar artist Nüşabə Ələsgərli:

- Sentyabrın 20-i Azərbaycanda nə günüdür? Bilmirəm. (Xatırladırıq) Hə, yadıma düşdü. Bilirəm, 1994-cü ildə olub. Bu müqavilə Azərbaycanı bölünməkdən, parçalanmaqdan xilas elədi. Həmin illər bizim cavan yaşlarımıza təsadüf edirdi. Mart ayında (?) bütün dövlət başçıları gəlmişdilər, əsrin müqaviləsi bağlandı. Özü də Ulu Öndərin təşəbbüsü, rəhbərliyi ilə. Müqavilənin Azərbaycana çox köməyi olub. Belə başa düşürəm ki, Azərbaycan nefti olan ölkədir. Bu, mənim subyektiv fikrimdir. Politoloqların danışıqlarından hiss edirəm ki, mən düzgün deyirəm. Nefti olan ölkənin hər zaman başının üstündən qara buludlar keçir. Bizim ölkədə də müharibə oldu. Müharibədən sonra müqavilə bağlanması, Azərbaycana yeni nəfəs verdi.

Müğənni Əli Mirəliyev:

- Sentyabrın 20-i Azərbaycanda səhv eləmirəmsə Üzeyir Hacıbəyovun doğum günüdür. Yox, deyəsən Üzeyirin ad günü 19 oldu axı? Yox, bilmirəm 20-i nə günüdür. ( Xatırladırıq) Hə, onu bilirəm. Müqavilə 94-cü ildə bağlanıb. Yaddan çıxar? Amma soyqırımı, Üzeyir bəyin doğum gününü bilirəm. "Əsrin müqaviləsi" də Azərbaycan üçün böyük bir şeydir. Amma doğrusu "Əsrin müqaviləsi"ni yadımdan çıxartdım. Bu həqiqətən "Əsrin müqaviləsi" olub. Müqavilənin ölkəmiz üçün əhəmiyyətli olduğunu düşünürəm. Çünki Azərbaycan hər keçən gün daha da gözəlləşir. Bu müqavilə Azərbaycanı müharibələrdən və bəlalardan qurtardı. Pisi deyirəmsə, yaxşını da deməliyəm.

Xalq artisti Arif Quliyev:

- Mən bilmirəm. Sentyabrın 20-i barədə heç nə danışa bilmirəm. İndi özümü yaxşı hiss eləmirəm. Sonra sizi yığaram, bu barədə məlumat verərəm.

Əməkdar artist Cavan Zeynallı:

- Adama elə sual verirsiniz ki? 20 sentyabrda Azərbaycanda nə olub ki? Hə, indi deyirsiniz ki, "Əsrin müqaviləsi" olub. Bax, indi mən bunu haradan bilim? Mən sənət adamıyam. Musiqidən sual verin mənə. Amma belə şeylər soruşmayın məndən.

Əməkdar artist Almaz Ələsgərli bu mövzuda danışmaq istəmədi:

- Sonra zəng vurarsınız, danışaram.

"Yeni Ulduz-7" yarışmasının qalibi Çingiz Mustafayev:

- Mən elə bildim ki, indi yaradıcılığımdan soruşacaqsınız. Mən yalandan nə deyim? Bilmirəm. Bəlkə də bilirəm, yadımdan çıxıb. Sentyabrın 20-də Azərbaycanda nə əlamətdar hadisə olduğunu bilmirəm. İlimizdə 12 ay var. Hər ayda da, məsələn, 5 rayon işğal olunub, müqavilə bağlanılıb. Mən bunları necə yadda saxlaya bilərəm?.

Qeyd edək ki, 1994-cü il sentyabrın 20-də Azərbaycanda imzalanan "Əsrin müqaviləsi"ndə 8 ölkə (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı) 13 şirkət ("Amoko", BP, "MakDermott", "Yunokal", ARDNŞ, "LUKoyl", "Statoyl", "Ekson", Türkiyə petrolları, "Penzoyl", "İtoçu", "Remko", "Delta") iştirak edirdi.

Bu müqavilə sonradan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 27 sazişin imzalanmasına yol açdı.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 711   Tarix: 20 sentyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329