Antarktida - sirli və müəmmalı qitə

Antarktida - sirli və müəmmalı qitə

Günümüzdə çoxlu sayda müəmmalı, izahı qeyri-mümkün olan hadisələr baş verir. Bizi əhatə edən aləmdə hələ də sirrini qoruyub saxlayan əsrarəngiz yerlər var. Onlardan biri də Antarktida qitəsidir.

Yer kürəsinin 6-cı və olduqca unikal, təkraredilməz qitəsi hesab edilən Antarktida sivilizasiyamız üçün hələ də kəşf edilməmiş bir ada olaraq qalmaqdadır. Coğrafi baxımdan həm Atlantik, həm Hind, həm də Sakit okeanlarına birbaşa çıxışı olan və əbədi buzlaqlar qitəsi kimi tanınan Antarktida digər qitələrdən daha bir özünəməxsusluğu ilə seçilir. Bu qitədə bütün saat qurşaqları mövcuddur və bununla da digər 5 qitədə olan zaman ölçülərini özündə qovuşdurmaqla sanki bir daha unikallığını nümayiş etdirir. Antarktida qitəsi həm də ən gec kəşf edilən qitələrdən biridir. 1820-ci ildə məşhur dəniz səyyahı Bellinsqauzen tərəfindən aşkar edilən əbədi buzlaqlar qitəsi bundan sonra sanki unuduldu. Lakin ötən əsrin 30-cu illərindən başlayaraq, Antarktida tədqiqatçıların diqqətini yenidən özünə cəlb etdi. İkinci Dünya müharibəsindən sonra isə bu sirli və müəmmalı qitəyə dünya ağalığı uğrunda mübarizə aparan SSRİ və ABŞ tərəfindən yeni ekspedisiyalar təşkil edilməyə başladı. Nəticədə, əvvəlcə, Antarktidada müvəqqəti, sonra isə il boyu işləyən elmi ekspedisiyalar fəaliyyətə başladı.

Qeyd edək ki, Antarktida Yer kürəsinin ən soyuq qitəsidir və burada hətta yayda temperatur sıfır dərəcədən yuxarı qalxmır. Qitənin 99 faizi 5 kilometr qalınlığı buzla örtülüdür. Burada ilin bütün fəsillərində güclü qasırğalar və küləklər ağalıq edir. Məhz bu səbəbdən də bu qitədə insanlar daimi məskunlaşmayıblar. Bununla belə, hər il yayda Antarktidaya turist kimi gedənlərin sayı

artmaqdadır. Son bir neçə ildə yayda Antarktidaya 4 min nəfərdən artıq turist gəlib. Yaxın illərdə əbədi buzlaqlar qitəsinə gələn turistlərin sayının 50-60 min nəfərə çatacağı gözlənilir. Antarktidada turistləri cəlb edən ən önəmli amil buranın ekoloji baxımdan Yer kürəsinin ən təmiz qitəsi olmasıdır. Tədqiqatçıların fikrincə, qitənin havası on min illər bundan əvvəl olduğu kimi qalmaqdadır və bu baxımdan onu əl dəyməmiş bir ekoloji təmizlik xəzinəsinə bənzətmək olar. Bundan əlavə, qitənin havası bir çox xəstəliklərin müalicəsinə olduqca effektiv təsir göstərir.

Turistləri və tədqiqatçıları Antarktidaya cəlb edən bir məsələ də qitənin açılmamış sirləridir. Bu baxımdan da Antarktida ətrafında çoxlu sayda əfsanə və rəvayətlər dolaşmaqdadır.

Antarktıda, yoxsa Atlantıda?

Əbədi buzlaqlar qitəsi ilə bağlı son 50-70 illərdə irəli sürülən ən maraqlı ehtimallardan biri də adı əfsanələrdə yaşayan və Yer kürəsinin hər nöqtəsində izi axtarılan Atlantida ilə bağlıdır. Hələ yarım əsr bundan əvvəl İtaliyada nəşr edilən "Europeo" jurnalında Amerika alimləri tərəfindən Atlantidanın izlərinin Antarktidada tapılması barədə məlumat getmişdi. Bu məlumat o vaxt bütün dünyada, o cümlədən tanınmış alimlər və tədqiqatçılar arasında bir şok effekti əmələ gətirmişdi. Atlantidanın izlərinin məhz Antarktidaya gedib çıxması barədə Amerika alimlərinin səsinə səs verən italiyalı tədqiqatçı Barbiyero Flavio Atlantida və Antarktida barədə deyilənləri toplayaraq, "Buzlaqlar altındakı sivilizasiya" adlı kitab nəşr etdirdi. Barbiyero Flavioya görə, əfsanəvi atlantların dövləti və vətəni olan Atlantida indiki Antarktidanın buzlaqları altındadır. Alimin fikrincə, Antarktida 10-15 min il bundan əvvəl mülayim iqlimə malik olub. Atlantlar məhz bu qitədə yaşayaraq dünyanın bu günə kimi həsəd apara biləcəyi yüksək sivilizasiya qurublar.

Başqa planetlərə də uçub getməyi bacaran atlantların ana vətənlərinin məhvinə səbəb kimi italiyalı tədqiqatçı nəhəng göy cismini göstərir. Onun ehtimalına görə naməlum göy cisminin, çox güman ki, meteoritin Atlantida ilə toqquşması nəticəsində bu əfsanəvi qitə Yer üzərindən silinib. Barbiyero Flavio bu hadisənin eramızdan təxminən 10-12 min il əvvəl baş verdiyini iddia edir. O, Antarktidanın coğrafi baxımdan olduqca əlverişli məkanda, yəni onun Afrika, Asiya və Avropanın, həmçinin Atlantik, Hind və Sakit okeanların arasında yerləşdiyinə diqqəti cəlb edib. Tədqiqatlar nəticəsində müəyyən edilib ki, vaxtilə şimal maqnit qütbü Asiyanın şərqində yerləşib. Nəticədə Antarktida qədim sivilizasiya məskənləri hesab edilən Mərkəzi Amerika, Messopotamiya (iki çay arası - Dəclə-Fərat), Hindistan və Misirlə eyni iqlim qurşağında yer alıb. İtaliyalı tədqiqatçı belə hesab edir ki, baş verən dəhşətli hadisədən sonra şimal maqnit qütbü yerini dəyişib və bu da nəticədə Atlantidada havaların kəskin soyumasına gətirib çıxarıb. Bunun ardınca qədim sivilizasiya mərkəzi buzlaqlarla örtülüb. Sağ qalan atlantlar isə digər qitələrə köç etməyə məcbur olublar. Hələlik, Antarktidanın məhz əfsanəvi Atlantida olmasını sübut etmək mümkün olmasa da, adıçəkilən qitədə baş verən hansısa hadisə nəticəsində şimal qütbünün öz yerini dəyişməyə məcbur olması alimlər tərəfindən qismən sübuta yetirilib.

Şimal maqnit qütbünün öz yerini dəyişməsinin bir səbəbi də vaxtilə Antarktidada baş verən dəhşətli təbii kataklizmlərin, hətta nüvə müharibəsinin ola bilməsi ilə izah edilir. Çünki Yer kürəsinin oxunun yerini birdən-birə dəyişməsi ağlabatan görünmür. Adətən, belə hallar nüvə müharibəsi və ya təbii fəlakətlər nəticəsində baş verə bilir. Yeri gəlmişkən xatırladaq ki, ötən il əvvəlcə Haitidə, sonra isə Çilidə baş verən zəlzələlər nəticəsində yer oxunun yerini azacıq dəyişdiyi məlumdur. Ötən ilin yayında İslandiyada vulkan püskürməsi və bunun dünyanın bir çox yerlərində həyatı iflic halına salması, dekabr ayından başlayaraq isə Avropa və Amerikanı donduran dəhşətli soyuqların da məhz yerin oxunun öz yerini dəyişməsinin nəticəsi kimi qəbul edilir. Ümumiyyətlə isə, alimlər son illərdə Yer kürəsindəki anormal hava şəraitinin - gah dəhşətli istilərin, gah soyuqların müşahidə edilməsi, gah da fəsillərin periodikliyinin pozulmasını məhz iki amillə - iqlim dəyişiklikləri silahı və təbii fəlakətlərlə əlaqələndirirlər.

Başqa bıolojı ınkışaf...

Bəzi alimlərin fikrincə, Antarktidadakı buzlaqlar altında elmə məlum olmayan həyat növləri tamam başqa təkamülün nəticəsi ola bilər. Onların inkişafının da Yer kürəsinin digər yerlərindən fərqləndiyi ehtimal edilir. Bu məqsədlə alimlər, ilk növbədə, Antarktida gölünün öyrənilməsinə böyük ümidlər bəsləyirlər. Bu göl 500 kilometr uzunluğa və 150 kilometr enə malikdir. O, dərin buz qatları altında gizlənib. Bu gölün varlığı barədə ilk dəfə 1972-ci ildə fikir söylənildi. 1997-ci ildə isə unikal qazma qurğuları vasitəsi ilə gölün üstündə dərinliyi 3523 metrə çatan quyu qazıldı. Bununla belə, gölə çatmağa 200 metr qalmış qazma işləri dayandırıldı. Çünki qazma qurğuları, həmçinin insanlar vasitəsi ilə oraya hansısa qorxulu xəstəlik yayan bakteriyaların düşməsi ehtimalı vardı. Amma 3 min metr dərinlikdə quyudan götürülmüş buz parçalarında oksigen o qədər saf şəkildə qorunub saxlanılmışdı ki, alimlər heyrətə düşdüklərini gizlədə bilməmişdilər. Onlar bu buz parçalarını əbədi həyat eliksiri adlandırmışdılar.

Belə ki, buz parçaları ağızda olduqca xoş, bu günə kimi məlum olmayan, insanın ruhunu yerindən oynadan bir dad verirdi. Sanki insan bir andaca on il cavanlaşırdı. Çox təəssüf ki, bununla əlaqədar tədqiqatlar hazırda olduqca gizli şəkildə aparılır və bunun bir səbəbi kimi əbədi həyat eliksirinin axtarışı göstərilir.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 8396   Tarix: 11 aprel 2011  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

TOP MP3