Nyu-York həmişə oyaq olan şəhər - FOTO

Atlantik okeanının sahilində yerləşən Nyu-York Amerika Birləşmiş Ştatlarının ən iri şəhəridir. Onun ərazisi 1214,4 kvadrat kilometr, əhalisinin sayı 8 milyon nəfər, şəhərətrafı qəsəbələri ilə birlikdə təxminən 20 milyon nəfərdir.

386 il əvvəl Nyu-York adlı şəhər mövcud olmayıb. Hollandiyadan (Niderland) otuz ailə gəmi ilə "Yeni Dünya"ya gəlir. Onlar öz koloniyalarını vətəndəki şəhərin şərəfinə Yeni Amsterdam adlandırırlar. Hollandların məskunlaşdığı Manhetten adası kimsəsiz deyildi. Burada hindilər yaşayırdılar. Əfsanəyə görə, avropalılar adanı indiki pulla dəyəri 500 manatadək olan əşyalarla mübadilə edərək alıblar.

Nyu-Yorka ingilis hersoqu Yorkun adı verilib. Yeni Amsterdama məhz o, hücum edib. 1664-cü ildə ingilis gəmiləri şəhəri zəbt edib. İngilislər şəhərin adını dəyişərək, onu Nyu-York (Yeni York) adlandırıblar. Ad dəyişilsə də, bayrağın hollandlara məxsus əvvəlki rəngləri – göy- ağ-narıncı rənglər saxlanılıb.

Nyu-Yorkun ərazisi bir neçə adanı əhatə edir, yalnız Bronks dairəsi materikdə yerləşir. Hudzon çayından keçmək üçün vasitələr çoxdur: kanat, bərə və avtomobil yolundan və ya avtomobil tunelindən istifadə etmək olar. Nəhayət, gözəl körpülərin birindən keçib getmək mümkündür. Şəhərin ən məşhur körpüsü - Bruklin körpüsü 1883-cü ildə inşa edilib. Bir vaxtlar möcüzəyə bənzəyən Bruklin körpüsü dünyada polad konstruksiyalardan inşa edilmiş ilk asma körpüdür.

Dünya şöhrətli Azadlıq heykəlini Nyu-Yorka Fransa hədiyyə edib. Onu heykəltəraş Frederik–Ogüst Bartoldi layihələndirib. Heykəl üzərində 10 il işləyiblər. Heykələ möhkəmlik verməyin yolunu Qustaf Eyfel (Parisdə məşhur Eyfel qülləsinin arxitektoru) tapıb.

Empayr Steyt Bildinq göydələni Nyu-Yorkun rəmzinə çevrilib. İnşaat işlərini dünyada ən zəngin ailə - Rokfellerlər maliyyələşdirib. Empayr Steyt Bildinq 41 il dünyanın ən hündür binası olub.

Manhetten adasının cənubunda yerləşən Uoll-strit məhəlləsi dar küçələri və çoxsaylı göydələnləri ilə tanınsa da, dünyanın ən iri maliyyə mərkəzi kimi daha çox şöhrət qazanıb. Əvvəlcə adi küçə olan Uoll-strit hazırda bütöv bir məhəlləyə çevrilib. Uoll-strit Nyu-Yorkun maliyyə dünyasının rəmzidir: maliyyə birjası və ən iri bankların nümayəndəlikləri məhz burada yerləşir.

Bu göydələnlər arasında göz oxşayan Mərkəzi Park Manhettenin ağ ciyərləri sayılır. Mərkəzi Park ABŞ-da insanların ən çox axışdığı parkdır. İl ərzində bura 25 milyon insan gəlir. Ofis işçiləri bu təravət vahəsindən xüsusi zövq alırlar. Onlar səhərlər parkda qaçır, mühüm görüşlər arasında fasilədə burada gəzişirlər. Mərkəzi Park cürbəcür maraqlı əyləncələr məkanıdır. Parkın ərazisində bir neçə süni göl, velosipedçilər və rollerlər üçün çoxsaylı cığırlar var. Qışda burada iki buz meydançası fəaliyyət göstərir.

Brodvey Nyu-Yorkun ən uzun, geniş və qədim küçəsidir. Bu küçə teatr və müzikl, dəblə olan musiqi və müasir sərgilərlə məşhurdur. Rep və hip-hop kimi müasir musiqi cərəyanları da 1970-ci illərdə Nyu-Yorkda, Bronksda yaranıb.

Nyu-Yorkun həyatından maraqlı bir fakt. Sizin fikrinizcə, Nyu-York taksilərinin rəngi nə üçün sarıdır? Bəlkə də bu sualın cavabı çoxunuza məlumdur. Amma hər halda xatırladırıq: taksi xidmətinin yaradıcı sayılan Con Herts bilirdi ki, sarı rəng uzaqdan diqqəti cəlb edir.

ayna

Nyu-York həmişə oyaq olan şəhər - FOTONyu-York həmişə oyaq olan şəhər - FOTONyu-York həmişə oyaq olan şəhər - FOTONyu-York həmişə oyaq olan şəhər - FOTONyu-York həmişə oyaq olan şəhər - FOTONyu-York həmişə oyaq olan şəhər - FOTONyu-York həmişə oyaq olan şəhər - FOTONyu-York həmişə oyaq olan şəhər - FOTONyu-York həmişə oyaq olan şəhər - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5462   Tarix: 22 sentyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201