Mehriban Əliyeva baletdə - FOTO

Sentyabrın 17-də UNESCO-nun mənzil qərargahına gələn Azərbaycanın birinci xanımı, qurumun xoşməramlı səfiri Mehriban Əliyeva əvvəlcə təşkilatın baş direktoru İrina Bokova ilə görüşüb. Görüşdə Azərbaycan ilə UNESCO arasında həyata keçirilən layihələrin əhəmiyyətindən danışılıb. Qobustanla bağlı UNESCO-da baş tutan təqdimatın önəmi vurğulanıb. İkitərəfli əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

"Qobustan kölgələri" baletinin nümayişindən öncə çıxış edən UNESCO-nun baş direktoru İrina Bokova Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı bir daha salamlayıb. O, xalqımızın və dünya mədəni irsinin şah əsərlərindən olan Qobustanın UNESKO-dakı təqdimatından şad olduğunu, keçmişlə bu gün arasında mənəvi bağ olan bu baletin yaratdığı harmoniyanın ikitərəfli əməkdaşlıqda mühüm elementə çevrildiyini vurğulayıb. Baş direktor Qobustan petroqliflərinin o dövr insanının danışan dili olduğunu və bu ünsiyyətin artıq ümumbəşəri sərvət kimi qəbul edildiyini bildirib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev xalqımızın milli sərvəti olan Qobustanın qorunması və gələcək nəsillərə çatdırılması ilə bağlı ölkəmizdə bir çox işlərin görüldüyünü, layihələrin həyata keçirildiyini söyləyib. O deyib ki, Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda inşa edilmiş muzeyin 2011-ci ilin dekabrında Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılması da bu məsələnin hər zaman aktual olmasından xəbər verir.

Nazir vurğulayıb ki, bu əsərin xaricdə ilk nümayişi 45 il öncə Parisdə olub və yenidən bu mövzuya Fransa paytaxtında qayıdılması buradakı sənətsevərlərə dəyərli töhfədir.

Sonra "Qobustan kölgələri" baleti nümayiş etdirilib.

Böyük Azərbaycan bəstəkarı Fərəc Qarayevin ölməz əsərlərindən olan "Qobustan kölgələri" baletinin musiqisində keçmiş ilə bu günün sintezi yeni baxımdan mənalandırılır. İlk dəfə 1969-cu ildə premyerası olan "Qobustan kölgələri" sonradan Paris, Nis, Luksemburq, Monte Karlo, Sankt-Peterburq, Kiyev və digər şəhərlərdə uğurla nümayiş olunub. Baleti maraqlı edən orda müasir insanın birdən-birə keçmişə dönüşü və burada canlanan kölgələrə onun gözləri ilə baxılmasıdır. Birpərdəli "Qobustan kölgələri" baleti orijinal quruluşa malikdir və dörd kiçik novelladan ibarətdir. Elm aləmi Qobustanla lap çoxdan tanış olsa da UNESCO ilə bu dünya əhəmiyyətli tarixi abidəni bir-birinə bağlayan tarix elə də uzaq keçmiş deyil. Qobustan 2007-ci ildə UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilib və bu gün dünya mədəni irsinin şah əsərləri sırasındadır. Xalqımızın milli sərvəti olan bu tarixi abidə hələ də dünya alimlərinin diqqətini cəlb edir. Hazırda Qobustanın dünya miqyasında təbliği ilə bağlı bir çox layihələr həyata keçirilir və bu məsələdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva dünyanın bir nömrəli mədəni təşkilatı olan UNESCO ilə əməkdaşlığa xüsusi önəm verir.

Ulu əcdadlarımızın məskəni olan Qobustan abidəsini dünya elmi üçün maraqlı edən əsas məqamlardan biri də burada insan həyatının təxminən eramızdan əvvəl onuncu minilliklərdən başlaması və XVIII əsrə qədər davam etməsidir. Qədim qobustanlıların hansı dildə danışmaları da elmdə mübahisə doğuran məsələlərdəndir. Lakin onlar miras qoyduqları təsvirlər vasitəsilə bu gün də özləri, yaşamları haqqında unikal məlumat verirlər. Bu baletdə cərəyan edən hadisələrdə qavaldaş da var. Qavaldaş qədim qobustanlıların böyük ixtirasıdır.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun və mədəniyyət və turizm nazirliyinin dəstəyi ilə Qobustanın UNESKO-dakı tanıtımı çərçivəsində qayaüstü rəsmlərin fotoşəkillərindən ibarət sərginin açılışı da olub. Mərasimdə çıxış edən UNESCO baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Alfredo Perez də Qobustanın dünya mədəni irsindəki toxunulmaz yerindən və əhəmiyyətindən danışıb.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə diqqəti Qobustanın UNESCO - Azərbaycan əməkdaşlığındakı roluna çəkib. O, bu tarixi abidənin təşkilatın dünya irsi siyahısına salınmasının son dərəcə mühüm əhəmiyyət daşıdığını bildirib.

Sərgidə nümayiş olunan fotolardan da göründüyü kimi, qayaüstü rəsmlərin xeyli hissəsi yaşayış yerlərinin divarlarını təşkil edən iri qayalarda, bəzən də köhnə şəkillərin üstündən çəkilib. Qayalardakı təsvirlər ilk vaxtlarda təbii böyüklükdə çəkilən heyvan və insan rəsmləri ilə başlayaraq sonralar ara-sıra, gah sxematikləşdirilmiş, gah kiçildilmiş, gah da təsvir edilən heyvan və insanların öz ölçülərinə yaxınlaşdırılıb. Xətlərlə ifadə olunan rəsmlərdə heyvanların və insanların bədən quruluşundakı nisbətlər böyük məharətlə gözlənilib.

Beləliklə, qədim qayaüstü təsvirlər Azərbaycan insanının keçmişini dövrümüzə daşıyıb, müasir azərbaycanlıların ulu əcdadlarının min illər ərzində yaratdıqları maddi-mədəniyyət nümunələrini xalqımızın yaddaşından silinməyə qoymayıb və bəşəriyyətə dünya miqyaslı tarixi abidəni - Qobustanı bəxş edib.

anspress

Mehriban Əliyeva baletdə - FOTOMehriban Əliyeva baletdə - FOTOMehriban Əliyeva baletdə - FOTOMehriban Əliyeva baletdə - FOTOMehriban Əliyeva baletdə - FOTOMehriban Əliyeva baletdə - FOTOMehriban Əliyeva baletdə - FOTOMehriban Əliyeva baletdə - FOTOMehriban Əliyeva baletdə - FOTOMehriban Əliyeva baletdə - FOTOMehriban Əliyeva baletdə - FOTOMehriban Əliyeva baletdə - FOTOMehriban Əliyeva baletdə - FOTOMehriban Əliyeva baletdə - FOTOMehriban Əliyeva baletdə - FOTOMehriban Əliyeva baletdə - FOTOMehriban Əliyeva baletdə - FOTOMehriban Əliyeva baletdə - FOTOMehriban Əliyeva baletdə - FOTOMehriban Əliyeva baletdə - FOTOMehriban Əliyeva baletdə - FOTOMehriban Əliyeva baletdə - FOTOMehriban Əliyeva baletdə - FOTOMehriban Əliyeva baletdə - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3092   Tarix: 18 sentyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bu gün bəzi ərazilərdə qaz olmayacaq

Bu gün Bakının bəzi ərazilərində qaz olmayacaq. Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, "Nardaran QPS" ölçü qovşağından qidalanan "Hacı Seyfəl" orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasını

10:10 255
.

Rusiyada TikTokun fəaliyyəti yenidən məhdudlaşdırıldı

TikTok Rusiyada istifadəçilər üçün məhdudlaşdırılıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda TASS məlumat yayıb. Bildirilir ki, proqrama daxil olmaq istədikdə müvafiq bildiriş görünür:. "Bölgənizdə bəzi TikTok funksiyalarını məhdudlaşdırdıq. Siz müvəqqəti olaraq videolar yerləşdirə və y

11:18 140
.

"Həyatımda heç kim yoxdur" - Hadise

"Həyatımda heç kim yoxdur". xəbər verir ki, bu sözləri türkiyəli müğənni Hadise deyib. "Yenə deyirəm, həyatımda eşq yoxdur. Özümlə çox xoşbəxt olduğum dönəmdəyəm" ,- deyə o bildirib

02.05.2024 337
.

Amin əsir düşdüyü yerdə... - Video

Vətən müharibəsi qazisi Amin Musayev ilk dəfə ermənilərə əsir düşdüyü yerdə olub. "Qafqazinfo" xəbər verir ki, ikinci Qarabağ müharibəsinin qızğın döyüşlərindən birinin getdiyi Şuşa-Xankəndi istiqamətində ağır yaralanan Amin həmin anları xatırlayıb:. "Yerimi dəyişəndə güllə yarası aldım

10:06 333
.

143 milyonluq yeyintiyə görə daha bir zabit həbs edildi

Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində maliyyə xidmətin rəisi vəzifəsində işləmiş Elvin Cəfərov həbs edilib. APA xəbər verir ki, ona Cinayət Məcəlləsinin 179.4-ci (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub. Elvin Cəfərov 143 milyonluq mənimsəmə üzrə cinayət işində təqsirl

14:01 74
.

Sabah bu ərazilərdə qaz olmayacaq

"Nardaran QPS" ölçü qovşağından qidalanan "Hacı Seyfəl" orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, həmçinin Səbail rayonu, Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəy

02.05.2024 491
.

Naxçıvanda pul ödənəcək veteranların sayı AÇIQLANDI

Naxçıvanda 207 nəfər İkinci Dünya müharibəsi veteranına birdəfəlik maddi yardım ödəniləcək. Bu barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik madd

02.05.2024 291
.

Azərbaycanda pensiyalar bu yolla arta bilər - VACİB AÇIQLAMA

Azərbaycanda pensiyaların yenidən nə vaxt artrılacağı iən çox müzakirə olunan məsələlərdən biridir. xəbər verir ki, bu mövzu barədə həm rəsmi şəxslər, həm də ekspertlər müxtəlif fikirlər səsləndiriblər. Hələlik dövlət qurumlarından pensiyaların konkret artımı ilə bağlı rəsmi açıqlama verilməyib. Laki

10:07 362
.

İsrail əsgərləri 1 nəfəri yaralayıb, 15 nəfəri əsir götürüb

İsrail əsgərləri İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı 1 nəfəri yaralayıb, 15 nəfəri saxlayıb. xəbər verir ki, bu barədə Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatının (FAT) Əsir və Azad Edilən Nümayəndəliyinin birgə bəyanat verib. İsrail qüvvələri Ramallah şəhərinin şimalındak

02.05.2024 226