Hot dogun tarixcəsi

Hot dogun tarixcəsi"Hot Dog"u tam cəsarətlə Amerika mətbəxinin klassikası adlandırmaq olar.

Bu yemək 1860-cı ildən başlayaraq, demək olar ki, ABŞ-ın simvoluna çevrilmişdir. Belə ki, həmin ildən alman immiqrantları bu yeməyi özlərilə ABŞ-ya gətirmişlər və elə həmin ildən də (yəni, 1860-cı ildən) "Hot dog" ABŞ-nın yerli əhalisi tərəfindən çox bəyənilmişdir. Sonralar, yəni 1893-cü ildə Çikaqoda keçirilən Beynəlxalq Sərginin iştirakçılarının hər birinə həmin yeməkdən verilmişdir. Bu yemək sərgidə iştirak edənlər tərəfindən kifayət qədər bəyənilmişdir.

1900-cü ildə Almaniyadan ABŞ-a gəlmiş qəssab Çarlz Feltman burada "Hot dog"un kütləvi istehsalına başlamışdır. 1910-cu ildə Ç. Feltman dünyasını dəyişir. Ondan sonra qalan restoran və otellerin ümumi dəyəri milyonlarla ölçülürdü. O dövrlər bu, çox böyük bir miqdarda pul demək idi.

1957-ci ildən ABŞ-nın Ticarət Palatası tərəfindən "Hot dog" günü rəsmiləşdirilmiş, bundan 37 il sonra isə "Hot dog və sosislər" Milli Şurası yaradılmışdır.

Hələ çox-çox əvvəllər də öz dadı və ləzzəti ilə ad qazanmış bu populyar yeməyin adının haradan və necə yaranması ilə bağlı çoxlu araşdırmalar aparılmışdır. Belə ki, "Hot-dog" sözünün hərfi mənası "isti it" deməkdir. Bəzi tarixçilər təsdiq etməyə çalışmışlar ki, "Hot dog" söz birləşməsi ilk dəfə alman qəssabı İohann Lanner tərəfindən işlədilmişdir. O, böyük sosisləri "balaca itlər" adlandırmışdır ("Dachshund").

Digər tarixçilər isə bu sözün amerikada yarandığını təsdiqləməyə çalışmışlar. Belə ki, guya, Nyu-Yorkda, XX əsrin əvvəllərində benqallarla keçirilən matç zamanı satılan sosislərlə bağlı bu ad yaranmışdır. İlk öncə "Hot dog" sözünü karikaturaçı Ted Dorqan öz karikaturalarında işlətmişdir. Öz karikaturalarını belə adlandırmaqla o, benqallıların bu yeməyi it ətindən hazırladıqlarına işarə etmişdir. Bəzi tarixçilər isə bunu təsdiq etməyə çalışmışdılar. Tarixçilərin dediklərinə görə, bu cür sosislər XIX əsrin ortalarında benqaliyada it ətindən hazırlanışrmış və bu səbəbdən də o zamanlar bu cür sosislər "Hot dog" – yəni, "it ətindən hazırlanmış isti sosislər"- adlandırılırdı.

Bu dadlı yeməyə verilən "Hot dog" adının harada və necə yaranması bir yana, qeyd etmək lazımdır ki, bu yemək yarandığı zamandan indiyədək tək ABŞ-da deyil, bir çox ölkələrdə ən populyar yeməklərdən hesab olunur. Onu da qeyd etmək lazımdır ki, Amerikanın "bədbəxtçiliyi" hesab edilən köklüyü yaradan da elə bu cür fastfoodlardır.

"Hot dog və sosislər" Şurasının verdiyi məlumatlara əsasən, hər bir amerikalı il ərzində ən azı 60 Hot Dog yeyir.

"Hot dog"un zərərləri haqqında çox danışılsa da, "Hot dog" həvəskarları yenə də bu yeməyin dadını çıxarmaqda davam etməkdədirlər. Hər il iyulun 18-i Beynəlxalq "Hot dog" Günü kimi qeyd edilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1433   Tarix: 18 sentyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817