Xocalı faciəsi şahidlərin gözü ilə

Xocalı faciəsi şahidlərin gözü ilə

Qarabağ Azadlıq Təşkilatı ermənilərin azərbaycanlılara qarşı törətdikləri Xocalı soyqırımı haqda "Xocalı faciəsi şahidlərin gözü ilə" adında sənəd hazırlayıb. QAT-ın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu sənəddə dəhşətli faktlar yer alır.

Şahidlərin öz dilindən səsləndirildiyinə görə, sənədin dəqiqliyinə heç bir şübhə qalmır. Burada Xocalı faciəsini yaşamış Xocalı sakinlərinin və xarici jurnalistlərin öz gözlərilə gördükləri faktlar əks olunur. Sənəd BMT Təhlükəsizlik Şurasına, ATƏT Parlament Assambleyasına, Avropa Şurası Parlament Assambleyasına göndərilib. Bu cinayətləri törətmiş Ermənistanın həmin beynəlxalq təşkilatlardan çıxarılması xahiş edilib. Sənəd həmçinin xarici ölkələrin Azərbaycandakı səfirliklərinə göndərilib.

Xocalı faciəsi şahidlərin gözü ilə...

1.İngiltərənin "Frant line news" telekompaniyasının əməkdaşı Rori Patriks: "Naxçıvanik kəndi (Xocalı ətrafında) yaxınlığında mən onlarla eybəcər hala salınmış meyitlər gördüm. Bunlar Xocalı şəhərinin dinc əhalisi, yaxın məsafədən güllələnmiş uşaqlar, qadınlar, qocalar idi".

2.Rus hərbçisi, mayor Leonid Kravets: "Bizi atəşə tutana qədər götürdüyümüz başqa bir oğlan uşağının başı yox idi. Mən hər yerdə xüsusi qəddarlıqla öldürülmüş və eybəcər hala salınmış qadın, uşaq, qoca meyitləri gördüm".

3.Fransanın "Valer aktyuel" jurnalı 14 mart 1992: "Ermənilər müsəlman kəndlərində qırğın törətməklə Qarabağ azərbaycanlılarını qırmışlar".

4.Fransanın "Le Mond" qəzeti (14 mart 1992): "Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqların meyitləri arasında baş dərisi soyulmuş, dırnaqları çıxarılmış 3 meyit gördülər. Bu, Azərbaycan təbliğatı deyil, reallıqdır".

5.İngiltərənin "Times" qəzeti (4 mart 1992): "Çoxları eybəcər hala salınmışdı, balaca bir qızın isə yalnız başı qalmışdı".

6.Rusiyanın "Moskovski komsomolets" qəzeti (29 yanvar 1994): "Xocalıdan əsir gətirilənləri gördük. Lakin onlar daha yaşamağa yaramırlar. Qışın şaxtasında onları sübh tezdən yalınayaq qarın-buzun üzərinə çıxarırlar. Başlarından soyuq su tökür, başlarında şüşə sındırırlar... Bir erməninin bir azərbaycanlı uşağı ikiyə böldüyünün şahidi oldum. Sonra uşağın bədəninin bir parçası ilə anasının üzünə və başına o qədər vurdu ki, övladının qanına bulanan zavallı qadın dəli olub gülməyə başladı".

7.Xocalı sakini Cəmil Məmmədov: "Bizi Dəhraz kəndinin fermasına doldurdular. Hər gün döyürdülər... Əsgəranın yanğından mühafizə xidmətinin rəisi Karo mənim qızıl dişlərimi kəlbətinlə çıxardı, ağzım qanla doldu".

8.Xocalı sakini Etibar Nəcəfov: "Təpiklə vurub atamın çənəsini sındırdılar, mənim isə yoğun armaturla vurub qıçımı sındırdılar. Məhsəti türkü Əhmədin əl-qolunu bağladılar, üstündə xəncəri var idi, həmin xəncərlə onun başını kəsdilər. Baş bədəndən ayrılandan sonra da qışqırırdı".

9.Xocalı sakini Cəlil Hümbətov: "Mənim gözümün qabağında bir gəlinin qucağındakı körpəyə beş avtomat gülləsi vurub parça-parça etdilər. Həmin gəlini isə sinəsindən güllə ilə vurub öldürdülər. Mənim oğlumu, hamilə gəlinimi, həyat yoldaşımı, 16 yaşında qızımı gözlərimin qarşısında, Xocalının içində öldürdülər. Bir mesxeti türkünü 11 nəfər ailəsi ilə birlikdə evdən çıxmağa qoymadılar, benzin töküb od vurdular, hamısı yandı. Ermənilərin yaşadığı Mehdikənddə 100 nəfərin başını kəsib qanlarını çaya axıtdılar, çayın rəngi qıpqırmızı idi... Ensiz taxtalardı, üzərinə mismarlar vurmuşdular. Qollarıma və əllərimə qoyub çıxdılar üztünə. Təpiklədikcə mismarlar girdi əlimə-qoluma... Mən 48 gün əsirlikdə qaldım, qayıdanda çəkim 72 kq-dan 28 kiloqrama enmişdi".

10.Xocalı sakini Əntiqə Qəhrəmanova: Əsgəran tərəfdən bir tank, bir BTR gəldi, yoldakı və yolun kənarındakı adamları qırdılar. Meyitləri cərgə ilə düzdülər, adamların qulaqlarını kəsir, qadınların döşünü kəsirdilər, kiminin gözlərini çıxarır, ya da yandırırdılar. Bir neçə hamilə qadının qarnını yarıb, uşaqlarını çıxardılar, ağacların üstünə atdılar. Bir erməni yeznəm Təvəkkülün qulağını kəsib ayağına bir güllə vurdu, sonra onu ağaca bağladılar. Ondan tələb etdilər ki, "de, yer erməninindir". Təvəkkül də dedi ki, "adam ölümdən ötəri yerini, Vətənini satmaz!". Sonra ayaqlarına benzin atıb od vurdular, xeyli yanandan sonra təkrar dedilər ki, "de, yer erməninindi". Təvəkkül eyni cavabı verəndən sonra başından benzini töküb, diri-diri yandırdılar.

11.Xocalı sakini Rahilə Hacıyeva: "Alxanın başını divara vururdular, qanı axdıqca arvadına deyirdilər "sil", sonra yenə vururdular. Sonra başını kəsdilər... Ərim Mustafayev Vidadinin başını erməni zabiti öz qardaşının qəbri üstündə kəsdi. Həmin erməni qardaşının qəbri üstündə 4 nəfərin başını kəsmişdi və demişdi ki, qardaşımın 20 yaşı var idi, ona görə də 20 nəfərin başını kəsəcəyəm".

12.Xocalı sakini Vəliyəddin Quliyev: "Bir hərbçi paltarında meyit var idi, başı yox idi. Əksər meyitlərin başının dərisini soymuşdular. Qız meyiti var idi, döşlərini kəsmişdilər".

13.Xüsusi qəddarlıqla öldürülənlər: Telman Orucov, 1956-cı il təvəllüdlü, başının dərisi soyulub; Yelmar Əbdülov, 1949-cu il təvəllüdlü, başının dərisi soyulub; Fitat Həsənova, əlləri kəsilib; Bahadur Səlimov, 1928-ci il, cəsədi yandırılmış; İqbal Aslanov, 1970-ci il, yandırılıb, cinsiyyət üzvü kəsilib; Dilarə Nurəliyeva, gözləri çıxarılıb, döşləri kəsilib; Firəngiz Kərimova, 1935-ci il, bədəni tam doğranıb, gözləri çıxarılıb, döşləri kəsilib; Firuz Kərimov, 1960-cı il, diri-diri yandırılıb; Allahverdi Hüseynov, 88 yaşında, diri-diri yandırılıb; Ağayar İmani, 1989-cu il, diri-diri yandırılıb; Cəbrayıl Rəcəbov, 1961-ci il, gözləri çıxarılıb, qulaqları kəsilib; Canan Fərzəliyev, diri-diri yandırılıb; Ənahət Hümbətova, 1976-cı il, gözləri çıxarılıb, döşləri kəsilib; Hafiz Nuriyev, başı kəsilib; Hidayət Eyvazov, 1964-cü il, başı kəsilib; Vidadi Mustafayev, 1961-ci il, ermənini qəbri üstündə başı diri-diri kəsilib; Təvəkkül Əmirov, 1955-ci il, diri-diri yandırılıb; Əhməd İsayev, 1968-ci il xəncərlə başı kəsilib...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6855   Tarix: 26 fevral 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568