Dərmanları düzgün qəbul edin

Dərmanları düzgün qəbul edinhəkimlərin müşahidələrinə görə, xəstələrin yalnız təxminən 20%-i onlara təyin edildiyi dərmanları düzgün qəbul edir.
Əksər insanlar isə dərmanları "necə gəldi" qəbul edir. Nəticədə isə dərmanlar xəstənin vəziyyətinə lazım olan təsir etmir. Xəstələr isə bunda müasir dərmanların "keyfiyyətsiz" olmasını günahlandırır.

Sizə dərmanların qəbulu ilə bağlı olan bəzi sadə qaydaları təqdim edirik:

- Əgər hər hansı dərman preparatı sizə gündə 1 dəfə qəbul etmək üçün təyin olunubsa, preparat hər gün eyni vaxtda qəbul olunmalıdır.

- Dərman preparatın qəbulu gündə 1, 2, 3 və s. dəfə təyin oluna bilər. "Gün" dedikdə həkimlər 24 saat nəzərdə tutur. Belə ki, əgər hər hansı dərman gündə 2 dəfə qəbul olunmalıdırsa, bu o deməkdir ki, qəbullar arası 12 saat keçməlidir. Məsələn, dərman səhər saat 8.00-da və axşam saat 20.00-da qəbul oluna bilər.

Bu antibakterial preparatlar ("antibiotik"lər) üçün xüsusilə vacibdir.

- Hər hansı dərmanı təyin etdikdə həkimlər adətən "qida qəbulundan əvvəl", "qida qəbulunda sonra", "qida qəbulu zamanı" kimi qeydlər edir. Bu çox vacibdir. Dərmanlar kimyəvi birləşmələrdir və onlar ətrafda olan mühitlərlə və toxumalarla əlaqələrə girir. Məsələn, asetilsalisil turşusu (aspirin və s.) mədənin selikli qişasını qıcıqlandırır və bu səbəbdən mütləq qida qəbulundan sonra qəbul olunmalıdır. Makrolid qrupuna aid olan antibakterial preparatlar ("antibiotik"lər) mədə şirəsi tərəfindən parçalanır və bu səbəbdən bu preparatlar qida qəbulları arası qəbul olunur.

Bəzi dərman preparatları (məsələn, festal, mezim və s.) məhz qida ilə birlikdə qəbul olunmalıdır.

Bəzi dərman preparatları "qida qəbulundan asılı olmayaraq" qəbul olunur. Bu qayda bir çox antibiotiklərə, arterial təzyiqi normallaşdıran, ishala qarşı olan və s. preparatlara aiddir.
Diqqət! Əgər həkim qida qəbulu ilə bağlı heç bir xüsusi qeyd etməyibsə, dərmanın təlimatında isə bu haqda heç bir göstəriş yoxdursa, dərmanı qida qəbulundan 30 dəqiqə əvvəl qəbul etmək lazımdır. Yeri gəlmişkən, bu qayda bir çox dərman preparatlarına aiddir.
- Digər göstəriş olmadıqda, dərman sadə su ilə (çay, çirə, kompot, qazlı sular yox!) birlikdə qəbul olunmalıdır.

- Kapsul şəklində olan dərmanları çeynəmək və ya dişləmək olmaz. Yalnız xüsusi qişası olmayan adi həbləri xırdalamaq olar ki, bu onların sovrulmasını yaxşılaşdırır. Bəzi dərmanlar çeynənməlidir (məsələn, kalsium preparatı), bəziləri sovrulmalıdır (validol, nitroqliserin, qlisin və s.). Bütün bunlar dərmanların təlimatında qeyd olunur.

- Bəzən xəstəyə bir neçə müxtəlif həblər təyin olunur. Bu halda dərman qəbulların arasında olan fasilə 30 dəqiqə olmalıdır. Əgər buna nail olmaq mümkün deyilsə, mütləq bu haqda həkimlə məsləhətləşin.

- Həkimin reseptinə müstəqil şəkildə əlavələr (vitaminlər, immunopreparatlar və s.) etməyin. Bu əsas dərmanların təsirini azalda bilər və s.

- Bəzən öz vəziyyətində yaxşılaşma hiss edən xəstələr dərmanın qəbulunu özbaşına "ləğv edirlər". Bu böyük səhvdir. Müalicə kursu mütləq sona qədər çatdırılmalıdır. Əks halda tam şəkildə müalicə olunmamış xəstəlik xroniki formaya keçə bilər.
- Dərman preparatları qəbul edən insan (xüsusilə antibiotiklər təyin olunubsa) spirtli içkilərdən tam imtina etməlidir. Əks halda bu qara ciyərin fəaliyyətində olan ciddi pozulmalara səbəb ola bilər.

publika


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3088   Tarix: 15 sentyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

KİV: Ukrayna alternativ sülh planını təqdim etdi

Ukraynanın sülh planı ABŞ Prezidenti Donald Tramp tərəfindən hazırlanmış sənədin əsas müddəalarını rədd edir. Belə müddəalara Ukrayna qoşunlarının Donbasdan çıxarılması və Ukraynanın NATO üzvlüyündən imtinası daxildir. xəbər verir ki, bu barədə "The New York Times" yazır. Məqalədə qeyd olunu

15:20 119
.

WSJ: Heç bir ölkə ABŞ-nin Qəzzaya sülhməramlı yerləşdirmək təklifinə razılıq verməyib

Hələ heç bir ölkə ABŞ-nin öz qoşunlarını beynəlxalq sabitləşdirmə qüvvələrinin bir hissəsi kimi Qəzza zolağına yerləşdirmək barədə təklifinə razılıq verməyib. "Report"un məlumatına görə, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb. Nəşr qeyd edib ki

16:40 110
.

XƏBƏRDARLIQ: Sabahın havası bu insanlar üçün əlverişsizdir

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən xəbərə görə, dekabrın 15-də Abşeron yarımadasında yağıntılı və küləkli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir

19:10 0
.

KİV: Dörd Aİ ölkəsi Rusiya aktivlərinin Ukraynaya verilməsinə qarşıdır

İtaliya, Belçika, Malta və Bolqarıstan dondurulmuş Rusiya aktivlərinin Ukraynaya verilməsinə qarşı çıxıblar. "Politico"ya istinadən xəbər verir ki, onlar Avropa Komissiyasına bu plana alternativləri nəzərdən keçirməyi xahiş edən birgə məktub göndəriblər. Avropa Komissiyası israr edir ki, 18-1

13:10 124
.

Qreta Tunberqə qarşı cinayət işi açılıb

Finlandiyanın hüquq-mühafizə orqanları isveçli ətraf mühit fəalı Qreta Tunberqə qarşı cinayət işi açıblar. xəbər verir ki, bu barədə "Helsingin Sanomat" qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, Tunberq 25 iyun 2024-cü ildə Helsinkinin mərkəzində "Extinction Rebellion" fəallarını

12:10 130
.

Rusiyada "Honkonq qripi"ndən ölüm hallarının baş verməsi təsdiqlənib

Rusiyada "Honkonq qripi"ndən ölüm hallarının baş verməsi təsdiqlənib. xəbər verir ki, bu barədə yerli mətbuata Rusiya Elmlər Akademiyasının akademiki Gennadi Onişenko məlumat verib. "Ölüm hallarının olmadığını demək mümkün deyil, təəssüf ki, bu, baş verir. Adətən, belə hallar xroniki ağciyər

17:20 109
.

Azərbaycan Türkiyədən metal idxalına çəkdiyi xərci 5 %-ə yaxın azaldıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 124,06 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,9 % azdır. Təkcə noyabr ayında Türkiyə Azərbaycana 9,695 milyo

10:10 123
.

Merts: "Almaniya nəyə qadir olduğunu göstərməlidir"

Almaniya kansleri Fridrix Merts ideologiya dövrünün bitdiyini bəyan edib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. "Yəqin ki, biz yalnız uzun illərdən sonra dünyada yaşadıqlarımızın miqyasını anlayacağıq. Bu, dünyanın siyasi və iqtisadi güc mərkəzlərində əsl tektonik dəyişiklikdir. İdeologiy

17:10 96
.

Naim Qasem: "Hizbullah" İsrailin şərtlərini qəbul etməyəcək və ABŞ-yə təslim olmayacaq

İsrail ilə Livan arasında atəşkəs razılaşması qüvvəyə minəndən sonra başqa yanaşma tələb olunan yeni mərhələ başlayıb. "Report" xəbər verir ki, bunu "Hizbullah"ın baş katibi Naim Qasem "Al-Manar TV"nin canlı yayımında bildirib. Onun sözlərinə görə,Livan hökuməti ölkəni

14:40 126
.

TOP MP3