Mikayıl Cabbarov direktorlara xəbərdarlıq etdi

Mikayıl Cabbarov direktorlara xəbərdarlıq etdi"Könüllü yox, məcburi olaraq tətbiq edilməlidir".

Təhsil naziri Mikayıl Cabbarov Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransında direktorlara xəbərdarlıq edib.

Nazir çıxışında işdən çıxarılan şəxslərin cəzalandırıldığını da bildirib:

"Qanun pozuntusuna yol verənlər işdən azad olunmaqla bitməyəcək, Həmin şəxslər qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb ediləcək. Məsələn, məktəb həyətlərinin direktorlar tərəfindən mənimsənilməsi hallarına rast gəlinir. Burdan bütün direktorlara tapşırıram ki, bu işi yerinə yetirsin.

15 sentyabr bilik günündə vətənpərvərlik üzrə dərslər keçirilməlidir. Bundan başqa əvvəllər bizə məktəbdənkənar ədəbiyyat verilirdi. Qısa tətillərdə və yay tətilində bizə ədəbiyyat siyahısı verilirdi. Dərs ili başlayandan sonra həmin siyahıdakı oxuduğumuz və ya oxumalı olduğumuz bədii ədəbiyyat üzrə inşa yazırdıq.

Mən indi burdan məktəb direktorlarına tapşırıram ki, bu təcrübəni könüllü yox, məcburi formada tətbiq etsinlər. Bir daha təkrar edirəm, könüllü yox, məcburi olaraq tətbiq edilməlidir. Nazirliyin işçilərinə də tapşırıram ki, bunun üçün hər sinfə görə ədəbiyyat siyahısı hazırlansın. Ehtiyac varsa, yeni əsərlər tərcümə olunsun, klassik əsərlər təkrar çap olunsun. Lazım olan kömək müvafiq dövlət strukturlarından istənilsin".

Daha sonra M. Cabbarov qeyd edib ki, məktəblərdə yay tətilinin müddətini azaltmağı da düşünürlər.

qafqazinfo


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2238   Tarix: 11 sentyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281