Həyatınızı dəyişəcək 10 məsləhət

Həyatınızı dəyişəcək 10 məsləhətBir çox tibbi məsləhətlər hamıya məlumdur. Misalçün, gündənqorunma kremlərinin istifadəsi, meyvə-tərəvəin mümkün qədər şox qəbul edilməsinin faydaları...

Səhhətinizi və deməli, həm də həyatınızı yaxşıya doğru dəyişəcək daha bir neçə məsləhəti sizlərə təqdim edirik:

1. Yeməyə olan tələbatımız qidaya olan ehtiyacımızdan daha çoxdur! Orqanizmimiz qidasız bir neçə həftə fəaliyyət göstərə bilər. Ancaq cəmi bir neçə gün yuxusuz qalmaq mümkün deyil. Buna qarşı durmaq isə imkansızdır. Qeyri-ixtiyari mühazirə və iclaslarda, hətta iş stolunun arxasında yatanlar bunu təsdiqləyə bilər. Sükan arxasında yatmaq isə faciələrə səbəb ola bilər. Odur ki, nəzərə alın: kifayət qədər və müntəzəm yuxu – həyati vacib məsələdir. Hətta qidalanmadan da vacib. Lazımi qədər yatmayan insanların immuniteti zəif olur, tez qocalır və tez-tez xəstələnirlər.

2. Təbii olan ziyansız demək deyil! İfrata varmayın: ot və güllərin hamısı eyni dərəcədə faydalı deyillər. Bəzi təbii inqredientlər qidalanma və kosmetikada səhhətinizdə çox mənfi dəyişikliklər edə bilər, ən azı allergiya yaradar. Otların əksəriyyətinin tərkibində zəhərlər və toksinlər var. Odur ki, heç vaxt tanımadığınız təbii komponentlərdən istifadə etməyin, tərkibini, təsirlərini öyrənin, mütəxəssislərlə məsləhətləşin.

3. Daima nəbzinizi yoxlayın. Təəccüblüdür? Həqiqətən də nəbz – səhhətinizin hansı vəziyyətdə olduğunu göstərən əla meyardır. Bir qayda olaraq, nəbzdəki istənilən dəyişiklik hər hansı bir xəstəliyin sübutudur. Beləliklə, nəbzinizi tez-tez, heç olmasa, gündə bir neçə dəfə yoxlamağa çalışın. Bunu intensiv məşqlərdən və ya məşğələlərdən sonra mütləq, eləcə də sadəcə boş vaxtlarınızda, tıxacda qalanda, işdə oturarkən etmək lazımdır.

4. Mobil telefonu özünüzlə ayaqyoluna aparmayın. Təəccüblənsəniz də, sorğular göstərir ki, çoxlarımız SMS göndərmək, tanışlarla söhbətləşmək və ya sadəcə, sevimli musiqini dinləmək, yaxud da şəkillərə baxmaq üçün mobil telefonu özü ilə ayaqyoluna aparır. Sanki qorxulu heç nə yoxdur, lakin..! Mikrobları unutmusunuz?

5. Dostlarla, imkan daxilində, çox ünsiyyətdə olun. Tədqiqatlar göstərir ki, dostlarla sıx əlaqədə olan insanlar digərlərinə nisbətən 25% daha xoşbəxtdirlər. Hətta bu əlaqənin real, ya virtual olmasının heç fərqi yoxdur. Sadəcə, elektron poçt vasitəsilə yazışın, telefonla danışın. Əlbəttə, xoşbəxt insanlar özlərini bədbəxt hiss edənlərdən daha sağlam və gümrah olurlar.

6. Yalnız özünüzə məxsus guşəniz olsun. Unutmayın, ünsiyyət, iş və ailə ilə yanaşı bir az özünüzə də vaxt ayırın. Mütəxəssislər deyirlər ki, kim özünü dinləməyi bacarırsa, emosional cəhətdən daha yaxşı əhvalda olur, özünü daha cavan hiss edir. Özü haqqında yüksək fikirdə olması isə insanın zəkasının və məntiqi düşüncə qabiliyyətinin inkişafına kömək edir.

7. Sakitliyinizi qoruyun. Gülməyin, sakitlik – ağılsızlığın qarşısını almaq üçün əla vasitədir. Əgər əsəblərinizin gəriləcəyi durum yetişibsə, sakitləşmək üçün ən sadə üsullardan istifadə edin. Oturub gölərinizi yuma biləcəyiniz sakit yer tapın. Mənzərələri, sevdiyiniz yerləri təsəvvür edin, ən yaxşısı su, bulaq və dənizdir. Heç olmasa, bir neçə dəqiqəliyə belə vəziyyətdə qala bilsəniz, tamam sakitləşib gücünüzü bərpa edə bilərsiniz. Əgər belə manipulyasiyadan əvvəl və sonra təzyiqinizi ölçsəniz, meditasiyanın təsirini hiss edərsiniz.

8. Əhvalınızdakı istənilən dəyişikliyə mütləq diqqət yetirin. Məsələ bundadır ki, qadınlar çox vaxt ağrıya dözümlü olurlar və bununla da çox vacib simptomları nəzərdən qaçırırlar. Diş ağrısı, mədədə pozğunluq, yorğunluq və s. Bütün bunlar çox vaxt "sükutla müşayiət olunan ürək tutmalarının" əlamətləri olur. Odur ki, səhhətinizə qarşı laqeyd olmayın. Çalışın, evinizdə ən azından tanometr, xolesterin və şəkər ölçən aparat olsun.

9. Orqanizminizi müntəzəm şəkildə təmizləyin. Detoksikasiya ideyası – çox gözəldir. Bağırsaq problemlərinizi boş buraxmayın. Bu, xərçəngə səbəb ola bilər. Son tədqiqatlar göstərir ki, sellülözdən çox istifadə edən insanlar bağırsaq xərçənginə tutulmurlar.

10. Yaddaşınızı izləyin. Doğrudan da yaxşı yaddaşınızın olmasının nəyi pisdir ki... Yaxşı yaddaşın olması beynin və ümumilikdə səhhətin yaxşı durumda olmasını göstərir. Odur ki, yaddaşınızı məşq elətdirin. Qətiyyən fikirləşməyin ki, yaş artdıqca o, zəifləyə bilər.

axar


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2577   Tarix: 10 sentyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051