Üç ailəyə ev verildi - VİDEO

Üç ailəyə ev verildi - VİDEO

Xırdalan şəhərində baş verən partlayış nəticəsində evsiz qalmış üç ailə mənzillə təmin olunub.
Hadisə yerindən Vəfa Təyyarqızının verdiyi məlumata görə, Xırdalan şəhər 26-cı məhəllədə partlayan binada ümümilikdə 201 nəfər, yəni 56 ailə yaşayırmış. Bu ailələrdən üçünün vəziyyəti acınacaqlı olduğu üçün onlar Mehdiabadda mənzillə təmin olunublar.

Fövqəladə Hallar Nazirliyinin və Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən binaya baxış keçirilib. Ancaq bundan sonra binanın yaşayış üçün yararlı olub - olmaması haqqında rəy veriləcək.

Ümumilikdə partlayış nəticəsində 9 nəfər xəsarət alıb. Üç nəfər isə dünyasını dəyişib. Hazırda binanın qalıqlardan təmizlənməsi prosesi davam edir.

anspress


Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Video Oxunub: 936 Tarix: 04.09.2014



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol