Ebola virusunun Azərbaycana gəlmə ehtimalı

Ebola virusunun Azərbaycana gəlmə ehtimalıÖlümcül Ebola virusu artıq Qərbi Afrikada tamamilə nəzarətdən çıxıb. "Sərhədsiz həkimlər" beynəlxalq təşkilatı bəyan edir ki, Liberiyanın səhiyyə sistemi darmadağın olub və "Ebola" virusu epidemiyasının qarşısında acizdir.

"Sərhədsiz həkimlər"in Liberiyadakı koordinatoru Lindis Xurum bildirib ki, bu ölkə hakimiyyəti epidemiyanın miqyası barədə məlumatları azaldır. Onun sözlərinə görə, təşkilatın həkimləri hazırda öz imkanlarının hüdudları xaricində işləməyə məcburdurlar. Lindis Xurum bildirib ki, Liberiyanın paytaxtı Monroviyada beş iri hospital bir həftədir işləmir. Çünki bütün tibb personalı virusun qorxusundan xəstəxanalardan qaçıb.

Ölkənin digər regionlarına da tibb personalının xəstəxanaları kütləvi şəkildə tərk etməsi üzündən "Ebola" virusuna yoluxanlara yardım edən tapılmır. "Biz birmənalı şəkildə müşahidə edirik ki, Liberiyanın səhiyyə sistemi necə darmadağın olur" deyə Xurum bildirib. açıqlamasında Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov isə Movqe.az-a açıqlamasında bildirib ki, bu virusun Azərbaycanda yayılma təhlükəsi yoxdur. Ona görə indilikdə hansısa xüsusi tədbir görməyə də ehtiyac duyulmur.

Şair Qurbanov deyib ki, "Ebola" virusunun Azərbaycana keçməsi, ölkə ərazisində yayılması, demək olar ki, mümkün deyil: "Xarici ökələrdən Azərbaycana gələnlər sərhəd-buraxılış məntəqələrindəki sanitar-karantin müfəttişləri tərəfindən yoxlanılır. Məsələn, Pakistan, Hindistandan gələnlərdə vəba əlamətləri yoxlanılır. Lazım gələrsə, onlar xəstəliklərin inkubasiya dövrünə uyğun müddətə nəzarətə alınır, Azərbaycanda qalacaqları ünvan dəqiq öyrənilir. "Ebola" virusu 21-25 gün özünü büruzə verməyə bilər. Odur ki, zərurət yaranarsa, vurus daşıyıcısı ehtimal olunan ölkələrdən Azərbaycana gələn şəxslər bu müddət ərzində nəzarətdə saxlanıla bilər".

movqe.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4400   Tarix: 13 avqust 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278