Gözlər xəstəliklərdən xəbər verir?
Bəzən hesab olunur ki, gözün altının qaralması, şişməsi, el dili ilə desək, tuluqlanması da insanın orqanizmindəki xəstəliklərdən xəbər verir. Məsələn, biz həkim olmasaq da, gözünün altı şişmiş adam görən kimi onun barəsində ilkin təəssüratımız belə olur: böyrəkləri xəstədir...
Lakin alimlərin araşdırması nəticəsində məlum olub ki, gözün altının göyərməsi orqanizmdə dəmir çatışmazlığının, qaraciyər xəstəliklərinin də əlaməti imiş. Bundan əlavə, insan yorğun olanda, yuxusuz qalanda da eyni hal müşahidə edilir.
Tibb elminə görə göz çevrəsindəki dəri vücudumuzun ən incə dərisi hesab olunur. Bu baxımdan qan dəri səthinə yaxın genişlənmiş damarlardan keçən zaman mavi bir rəng əmələ gəlir.
Göz çevrəsində sürtünmə və qaşıntıya səbəb olan amillər də gözün altındakı dərinin tündləşməsinə gətirib çıxarır. Üz və burunun allergiyası, astma, hansısa qida məhsuluna qarşı olan allergiya da göz altında ləkə və tündləşmə yaradır.
Yuxusuzluq və gərgin işin başqa fəsadları da var...
Gözün altının qaralması və onun verə biləcəyi fəsadlar barədə araşdırmalar Türkiyədə də aparılmaqdadır. Qardaş ölkənin Acıbadem Kocaeli Xəstəxanasının dermatoloqu dr. Arda Eminza deyir ki, sistemli qidalanmamaq, qanazlığı, toxumaların yetərli qədər oksigen ala bilməməsi də gözaltı dərinin bulanıqlığına səbəb olur. Onun sözlərinə görə, hamiləlik dövründə dəmir çatışmazlığı ilə əlaqədar gözaltı damarlar şişir və daha da nəzərə çarpır: "İnsan yuxusuz olanda, dalbadal gərgin işləyəndə də üz dərisi solur və gözaltı damarlar şişir".
Məşhurlar gözün altının qaralmasını eynəklə gizlədirlər...
Qeyd edək ki, elmi işlərdə çalışan insanların çoxunda da gözaltının qaralması baş verir. Mütəxəssisin dediyinə görə, onlarda bunun səbəbi damarların genişlənməsidir.
Gözün altının qaralmasından təkcə sadə insanlar yox, məşhurlar da əziyyət çəkirlər. Onlar bu qaralmanı eynəklər vasitəsilə ört-basdır etməyə çalışırlar. Bəs əslində bu qaralmadan birdəfəlik qurtulmaq mümkündürmü? Bununla bağlı sualı cavablandıran həkim deyib: "Keyfiyyətli və düzgün qidalanmaq, rejim əsasında yatmaq, siqaret çəkməmək və ya tərgitmək, günəş şüalarından qorunmaq gözün altının göyərməsini və qaralmasını götürür. Əgər qanazlığı və dəmir çatışmazlığı varsa, mütləq təcili müalicəyə başlamaq lazımdır. Onu da deyim ki, dəri, burun və ağciyərdə allergiya varsa, müalicə olunmalıdır".
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 2041 Tarix: 08 avqust 2014
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xərçəng riskini artıran gündəlik 3 vərdiş
Alman mütəxəssisləri insanların gündəlik vərdişlərini təhlil edərək hansı davranış modellərinin xərçəng riskini artıra biləcəyini müəyyənləşdiriblər. BİG.AZ xəbər verir ki, həkimlər üç əsas vərdişi xüsusilə təhlükəli adlandırırlar. Məlumdur ki, bədxassəli şişlər çox vaxt zərərli vərdişlər fonunda yaranır
28.11.2025 641 Yaşı 5-dən az olan uşaqlara diqqət - Təhlükə var
Son illər dünyada uşaq ölümlərinin sayı artıb. Bu qorxunc tendensiya erkən doğum nəticəsində dünyaya gələn uşaqlar arasında özünü daha qabarıq şəkildə göstərir. BİG.AZ xəbər verir ki, 37 həftədən tez baş tutan doğum erkən doğum sayılır. Həmin uşaqların ağciyəri və ürəyi tam formalaşsa da, bağırsaq sistem
08.12.2025 576 İtalyan uzunömürlülüyünün sirri: Qədim genlər...
Alimlər italyan uzunömürlülərinin uzunömürlülüyünün sirrinin təkcə həyat tərzi və Aralıq dənizi pəhrizi ilə deyil, həm də ovçu-yığıcıların qədim genetik irsi ilə əlaqəli ola biləcəyini aşkar etdilər. Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "GeroScience" jurnalında dərc olunub. Beynəlxal
17.12.2025 251 Yaddaşı gücləndirən iki təbii qoxu - Mütəxəssislər tövsiyə edir
Yeni araşdırmalar göstərir ki, bəzi təbii qoxuların inhalyasiyası zehni fəaliyyəti artırır, enerjini yüksəldir və diqqəti kəskinləşdirir. Xüsusilə çox kofein qəbulunun qan təzyiqini yüksəltməsi, hamilələr üçün risk yaratması kimi yan təsirləri nəzərə alındıqda, qoxu terapiyası daha təhlükəsiz alternati
10.12.2025 509 Yeməkdən dərhal sonra çay içmək olmaz - Yan təsiri var
Çay dünyanın ən populyar içkilərindən biridir və onun müxtəlif növlərinin faydaları haqqında çoxsaylı araşdırmalar mövcuddur. Lakin çayın istifadəsi bəzən çox xoşagəlməz yan təsirə səbəb ola bilər. Qaynarinfo -a istinadən xəbər verir ki, çaydakı birləşmələr dəmirin mənimsənilməsinə mənfi təsir göstəri
01.12.2025 557 Gərginsinizsə bu vitamininiz çatışmır
Vitamin D, B12, B6, maqnezium, sink və omeqa-3 yağ turşuları çatışmazlığını erkən mərhələdə müəyyən etmək çətindir. xəbər verir ki, bunu rusiyalı endokrinoloq, tibb elmləri namizədi Nataliya Tananakina deyib. "Bu qida maddələrinin azlığı adətən gözə çarpan simptomlarla özünü göstərmir". Eksperti
07.12.2025 381 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir
Banan dünyada ən çox istehlak edilən meyvələrdən biridir. Ucuzdur, dadlıdır, qabığı ilə birlikdə rahat daşınır, tez enerji verir və kalium, B6 vitamini, lif, C vitamini kimi faydalı maddələrlə zəngindir. xəbər verir ki, bir çox idmançı, uşaqlar və sağlam qidalanan insanlar gündəlik rationuna bananı mütlə
03.12.2025 660 Həkimlər panikada: "COVID"ə bənzər yeni virus
Avropa İttifaqı ölkələrində yeni, ölümcül qrip virusuna yoluxma halları qeydə alınıb. Avropa səhiyyə rəsmiləri artıq bir neçə Avropa İttifaqı ölkəsində aşkar edilmiş H3N2 qrip virusunun yeni variantı olan subklad k qrip virusunun sürətlə yayıldığını bildirirlər. Mütəxəssislərin fikrincə, qrip mövsüm
30.11.2025 530 Hicama haqqında nələri bilirik?
Son zamanlar çox eşitdiyimiz, "hicama", "hacamat" kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. Apimed təbii üsullar mərkəzində yüksək ixtisaslı (Türkiyədə kurs keçmiş) xanım personal tərəfindən xanımlara və bəylərə Hicama (hacamat) proseduru tətbiq edilir. Prosedu
30.11.2025 9174