Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ olduBiG.AZ,Xəzər Xəbər-ə istinadən xəbər verir ki,Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) bu gecə Xəzər dənizində Dərbənd-Mahaçqala istiqamətində qeydə alınan 4,6 bal gücündə zəlzələnin Azərbaycanın şimal rayonlarında hiss olunması məsələsinə münasibət bildirib.

RSXM-in baş direktoru Qurban Yetirmişli açıqlamasında bildirib ki, baş verən zəlzələ şimal rayonlarında bəzi insanlar tərəfindən hiss edilə bilər. Onun sözlərinə görə, RSXM-in saytına ancaq maqnitudası 3-dən yuxarı olan zəlzələlər barədə məlumat yerləşdirilir.

Q.Yetirmişli qeyd edib ki, bu, sadəcə, fon səviyyəli zəif təkanlar gedən proseslərin nəticəsidir: "Həmin ərazilərdə fon səviyyəli zəlzələlər baş verir. İlin əvvəlində həmin zonada güclü təkan olmuşdu. Mahaçqala-Türkmənbaşı istiqamətində aktiv dərinlik qırılması var. Dərinlik qırılması Mahaçqala-Türkmənbaşı istiqamətindən Xəzərin, hətta Abşeronun şərq hissəsindən şimali-şərq, cənub-şərqə doğru keçir. Nəticədə "Günəşli", "Azəri-çıraq" yataqları ətrafında tez-tez zəlzələlər olur.

Bu proseslər həmin qırılmalarla bağlıdır və hər zaman orada geodinamik proseslər gedir. Hərəkətlər nəticəsində bu cür fon səviyyəli, hiss olunan, hiss olunmayan zəlzələlər baş verir".

RSXM-in baş direktoru zəlzələ ilə bağlı insanları təlaşa salmağın düzgün olmadığını deyib: "Bu məsələdə xalqı maarifləndirmək lazımdır. Xalqın düşüncəsini, psixikasını yavaş-yavaş bu proseslərə alışdıraraq müasir dünyada köhnə vərdişlərdən əl çəkməliyik. Köhnə sovet dövründən qalma yanaşmadır ki, hardasa zəlzələ hiss olunub. Xarici ölkələrdə zəlzələnin hiss olunması barədə məlumat verilmir. Yalnız zəlzələnin gücü yüksək olduqda, dağıntı baş verəndə bu barədə məlumat yayılır. Yavaş-yavaş gərək bizdə bunu öyrənək".

Qeyd edək ki, avqustun 1-i saat 01:29-daXəzər dənizində 4,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Dərbənd şəhərindən 66 km şimal-şərqdə, Mahaçqaladan 120 km çənub-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 60 km dərinlikdə yerləşib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1394   Tarix: 01 avqust 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb. Qanunvericiliyə uyğun olaraq Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb

02.05.2024 810
.

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını AÇIQLADI

Bu gün Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ağı

02.05.2024 287
.

Tarkan yoldaşı ilə evlilik ildönümünü belə qeyd etdi- FOTOLAR

Türkiyəli müğənni Tarkan yoldaşı ilə evliliyinin 8-ci ildönümünü qeyd edib. xəbər verir ki, bu barədə müğənni sosial şəbəkədə paylaşım edib. "Evlilik ildönümümüzün olduğu bu günlərə romantik bir tbt yaraşır. 2016-cı ildə evlənəndən bir neçə həftə sonrakı günlərdən şirin kadrlar" ,- deyə o bildiri

02.05.2024 533
.

"Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdı"

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirildi. Bu görüş olduqca əhəmiyyətli xarakter daşıyır. Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri regionda baş verən maraqlı proseslər fonunda xüsusilə diqqət çəkdi. Hər şeydə

02.05.2024 130
.

"Həyatımda heç kim yoxdur" - Hadise

"Həyatımda heç kim yoxdur". xəbər verir ki, bu sözləri türkiyəli müğənni Hadise deyib. "Yenə deyirəm, həyatımda eşq yoxdur. Özümlə çox xoşbəxt olduğum dönəmdəyəm" ,- deyə o bildirib

02.05.2024 153
.

İsrail əsgərləri 1 nəfəri yaralayıb, 15 nəfəri əsir götürüb

İsrail əsgərləri İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı 1 nəfəri yaralayıb, 15 nəfəri saxlayıb. xəbər verir ki, bu barədə Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatının (FAT) Əsir və Azad Edilən Nümayəndəliyinin birgə bəyanat verib. İsrail qüvvələri Ramallah şəhərinin şimalındak

02.05.2024 157
.

"Siyahını mənə atırlar, mən deyirəm bu olar, bu olmaz"

Müğənni Roza Zərgərli baş prodüseri olduğu "Kanal S" televiziyasıyla bağlı açıqlamalar edib. olay-a istinadən bildirir ki, ifaçı "Xəzər axşamı" verilişində aparıcı Mətanət Əliverdiyevanın "Küsülü olduğun bir müğənniylə çəkiliş edilməsinə icazə verirsənmi" sualını cavablandırıb

02.05.2024 984
.

"Azərbaycandan Cenevrə və Vilnusa birbaşa uçuşların açılması zəruridir" - Turizm eksperti

İstirahət fəsli yay yaxınlaşır. Maddi imkanı olan insanlar yay fəslini ölkə xaricində keçirirlər. Lakin Azərbaycan bir çox Avropa ölkələrinə birbaşa uçuşlar hələ də mövcud deyil. Turizm eksperti Rəhman Quliyev -a bildirib ki, bu gün 2 ölkəyə birbaşa uçuşların olması vacibdir: İsveçrənin Cenevrə şəhər

02.05.2024 228
.

"Azərbaycan insanların hüquq və azadlıqlarının,media azadlığının yüksək səviyyədə təmin olunduğu, tolerant, humansit dövlətdir"

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniyaya səfəri iki ölkə arasındakı mövcud əlaqələrin daha da dərinləşməsinə və münasibətlərin gələcək inkişafına təkan verəcək. Ölkə Başçımızın Almaniyada yüksək səviyyədə qarşılanması və. Berlində keçirilən "15-ci Petersberq İqli

02.05.2024 125