Avropada 5G-yə keçir

Avropada 5G-yə keçirBöyük Britaniya istifadəçiləri altı ildən sonra mobil şəbəkələrdə filmləri bir neçə saniyəyə yükləyə biləcək. Londonda yüksəksürətli şəbəkənin qurulması ilə bağlı planları şəhər meri Boris Conson açıqlayıb.

London Avropanın texnoloji mərkəzi kimi tanınır və məhz bu səbəbdən biz şəhər sakinlərini ən yaxşı rəqəmli bağlantıya çıxışla təmin etməliyik. Kommunikasiya imkanlarının yaxşılaşdırılması London infrastrukturunun inkişafı ilə bağlı planın əsas hissəsini təşkil edir, - mer qeyd edib.

O vurğulayıb ki, 2020-ci ilədək Londonda beşinci nəsil şəbəkəsi (5G) qurulacaq. Hazırda isə Surrey Universitetinin (University of Surrey) alimləri ali təhsil ocağı nəzdində fəaliyyətə başlayan 5G Innovation Centre laboratoriyasında yeni rabitə standartı – 5G mobil rabitə standartı üzərində iş aparırlar.

BiG.AZ ICTnews-a istinadən bildirir ki, tədqiqat qrupunun rəhbəri Rəhim Tazolli bildirib ki, Böyük Britaniya alimləri GSM (2G) standartının ərsəyə gəlməsi üçün çox şey etsələr də, 3G və 4G protokollarının yaradılmasında yetərincə fəallıq göstərməyiblər. Məhz buna görə 5G Innovation Centre laboratoriyasının yaradılmasına qərar verilib və bu təşəbbüsə Böyük Britaniya hökuməti 11,6 milyon funt sterlinq (təxminən 18,6 milyon dollar), habelə layihədə iştirak edən özəl şirkətlər, o cümlədən Huawei, Samsung, Telefonica, Rohde & Schwarz, Fujitsu və s. şirkətlər 24 milyon funt sterlinq (təxminən 38,5 milyon dollar) məbləğində maliyyə dəstəyi göstərəcəklər.

Layihə iştirakçıları birgə səylər nəticəsində Surrey Universitetinin alimlərinin üzərində artıq uzun illərdir çalışdıqları 5G texnologiyasının mümkün variantlarını işləyib hazırlayaraq standartlaşdıracaqlar.

Standartın ilkin versiyasının hər baza stansiyasını 10Gbit/saniyə sürətində qoşulma ilə təmin etməsi, hər müştəri qurğusuna 200 Mbit/saniyə enliyində kanal verməsi nəzərdə tutulur. Layihə iştirakçılarının maliyyə qoyuluşları və şəxsi imkanları hazırlanmaqda olan işlənməyə nəzəriyyədən kənara çıxmağa imkan verəcək.

Mühəndislər standartın sonuncu versiyasını 2020-ci ilədək istifadəyə verəcəklərinə ümid edirlər. Bu şəbəkənin buraxılış qabiliyyəti 3G ilə müqayisədə min dəfə çox olmaqla enerji sərfiyyatını 10 dəfə azaldacaq.

2014-cü ilin iyulun əvvəlində Ericsson telekommunikasiya avadanlığı istehsalçısı beşinci nəsil şəbəkəsini sınaqdan keçirərək məlumatların 5 Qbit/saniyə sürətində ötürülməsinə nail olub. Bu, LTE-Advanced şəbəkəsi ilə müqayisədə 16 dəfə daha sürətlidir.

İyunda Avropa Komissiyası və Cənubi Koreya Elm Nazirliyi 5G üzərində birgə iş haqqında saziş imzalayıb. Bundan başqa, Avropa İttifaqı növbəti yeddi il ərzində yeni rabitə standartının inkişafına 700 milyon avro investisiya yatırmağa razılıq verib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1151   Tarix: 01 avqust 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Mərkəzi Bank sərt pul siyasəti həyata keçirir

Hesablamalar onu göstərir ki, bizim neytral uçot faiz dərəcəmiz 6-7 faiz aralığındadır. Həmin məntiqlə getsək görərik ki, biz hələ sərt pul siyasəti həyata keçiririk çünki, ölkədə uçot faiz dərəcəsi 7.25% dir. BİG.AZ apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

01.05.2024 231
.

"Biz Ermənistan və Azərbaycan arasında sülhün mümkün olduğuna inanmaqda davam edirik" - ABŞ

ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patelin sözlərinə görə, ABŞ dövlət katibi Antoni Blinken Bakı ilə İrəvan arasında gərginliyin həlli istiqamətində səylərlə şəxsən məşğuldur. xəbər verir ki bu barədə xarici mətbuat bildirib. "Bu, dövlət katibinin şəxsən dərindən məşğul olduğu regiondur

01.05.2024 147
.

Səkinə təcili əməliyyat edilməlidir

2005 təvəllüdlü İsgəndərova Səkinə Sakit qızının sizin köməyinizə ehtiyacı var. O, anadan gəlmə ağır dərəcəli skolioz, onurğanın deformasiyası, kifoz əyilmə nəticəsində ağciyəri deformasiya olub.Hal-hazırda ciddi müalicə üçün qısa zamanda yardıma ehtiyacı var. Həkimlər onun təcili əməliyyat edilməl

01.05.2024 1343
.

Yaxın günlərdə bu məhsullar kəskin ucuzlaşacaq – SİYAHI

"Bəzi məhsullar istixanalarda yetişdirilir. İstixanada isə zəruri temperatur yaradılır. Məsələn, istixanada xiyar yetişdirmək üçün 23-24, pomidor üçün 25-26, çiyələk üçünsə təxminən 24-25 dərəcə istilik tələb olunur. Nəzərə alaq ki, son günlər havanın temperaturu müsbət 30 dərəcəyə yaxınlaşıb. On

01.05.2024 864
.

"Scooby-Doo" serial olacaq

Məşhur "Scooby-Doo" cizgi filmi serial olacaq. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ekran işi "Netflix"də yayımlanacaq. Hər bölümü 1 saat planlaşdırılan layihə orijinal cizgi serialına yaxın olacaq. Uyğunlaşdırma işini isə "Warner Bros" şirkəti görəcək. Qey

01.05.2024 226
.

"Rəsmi Tələviv İrana qarşı beynəlxalq koalisiya yaratmağa çalışır" - RƏY

Yerusəlimdə hökumət başçısının ofisində İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ dövlət katibi Antoni Blinken arasında qapalı görüş keçirilib. Politoloq Turan Rzayev -a bildirib ki, görüş İsrail-İran gərginliyi ilə bağlıdır. Rəsmi Tələviv İrana qarşı beynəlxalq koalisiya yaratmağa çalışır:. "İsrai

01.05.2024 194
.

Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib

Bu ilin üç ayı ərzində Azərbaycanda 8 min 712 nəfər heyvan dişləməsinə məruz qalıb. BİG.AZ xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib. Qeyd olunub ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 24

01.05.2024 226
.

AFFA nümayəndəsi ilk dəfə Avropa çempionatına təyinat alıb

AFFA-nın vitse-prezidenti və AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva bu il Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə UEFA tərəfindən təyinat alıb. BİG.AZ AFFA-nın rəsmi saytında istinadən xəbər verir ki, ilk dəfə Azərbaycandan olan nümayəndə belə mötəbər turnir

01.05.2024 167
.

İsrailin Rafah şəhərində evlərə hücumu nəticəsində 2 uşaq öldü

İsrailin Qəzzanın cənubundakı Rafah şəhərində evlərə hücum olub. BİG.AZ xəbər verir ki, səhiyyə mənbələrindən alınan məlumata əsasən, hücum nəticəsində 2 uşaq ölüb, xeyli insan yaralanıb. Mənbələrin verdiyi məlumata görə, xəsarət alanlar şəhərdəki "Kuwait Research Hospital"a çatdırılıb. Digə

01.05.2024 129