Bill Gatesdən 9 liderlik sirri

Bill Gatesdən 9 liderlik sirriSatışda uğur qazanan insanların liderlik sirlərini izah edən bir çox kitab var: " Atillanın Liderlik Sirləri", " Çingiz Xanın Liderlik Sirləri" və s. Dövrümüzün ən əhəmiyyətli insanlarından biri və hələ də dünyanın ən zəngin insanı olan Bill Gatesin liderlik sirrləri isə çox bilinmir.BiG.AZ Wordaplc.blogspot.com saytına istinadən verdiyi bu yazıda onun sıfırdan başlayıb dünyanın ən zəngin insanı olmasının sirlərini izah etməyə çalışacağıq. (Bill Gates)

Sirr 1: Bir vizion sahibi olmaq...

Bill Gates kiçik yaşlarından bəri kompüterin əhəmiyyətini və insan həyatında tutacağı yeri çox yaxşı qavramış bir insandır. Yaxın dostu və Microsoftun qurucu ortağı Paul Allen ilə tez-tez kompüterin inkişafı haqqında müzakirələr, müxtəlif düşüncələr aparmışlar. Bu müzakirələrin nəticəsində irəlidə hər kəsin evində və işində özünə aid bir kompüter sahibi olacağını təxmin edirmişlər.

Sirr 2: Çox işləmək...

Bill Gates çox ağıllı bir insandır. Amma ağıllı olmağın tək başına yetməyəcəyini, çox çalışılması gərək olduğunu düşünür və çox çalışır. Evlənmədən əvvəl birlikdə olduğu sevgilisindən ayrılmasının səbəbi iş xaricində keçirdiyi ümumi zamanın yalnız 7 saat olmasıdır ( yuxu daxil). Yanında çalışan insanlardan da eynisini gözləyir.

Sirr 3: Ağıllı işçilərlə çalışmaq.

Proqram təminatı texnologiya baxımından ən uc sektorlardan biridir. Belə bir sektorda sıravi insanlarla çalışılamayacağını, ağıllı insanlarla çalışılması lazım olduğunu düşünür və şirkətinə həmişə ən ağıllı insanları işə götürməyə çalışır. Ağıllı işçi kimdir, ağıllı olduğunu necə bilmək olar kimi suallara belə cavab verir: Ağıllı insan, hər şeyin bir-bir deyilməsi lazım olmadığı bir adamdır. Microsoft işlədəcəyi ağıllı işçiləri tapmaq üçün çox araşdırma edir. Sırf işçi lazımdı deyə kimisə qəbul etmirlər. İstədikləri adamı tapmaq üçün bir vəzifəni uzun müddət boş saxladıqları da olur.

Sirr 4: İşçilərə səhm vermək...

Bill Gates özü də daxil olmaq üzrə işçilərinə yüksək, astronomik ödənişlər vermir. Microsoftun heç bir işçisi dünyanın ən yüksək ödənişli işçiləri siyahısına girə bilmir. Bunun yerinə ağıllı işçiləri cəlb edə bilmək üçün onlara səhm verir. Məsələn, Bill Gates Microsoftun indiki başçısı olan Steve Ballmeri işə razı sala bilmək üçün çox böyük səhm vermişdi. Ballmer bu hissələr sayəsində indi böyük bir sərvətə sahibdir ( 10 milyard dollardan çox ). İşçilərə səhm vermək Amerikada məşhur bir tətbiq üsuludu, amma heç bir şirkətdə bu ölçüdə səhm paylanmasına rast gəlinmir.

Sirr 5: İşçilərə dəyər vermək...

Microsoft ən ağıllı insanlarla işləmək istəyir və onları itirmək istəmir. Bill Gates bir yazısında işdən ayrılan hər işçinin arxasından " nə üçün ayrıldı, nə üçün onu təmin edə bilmədik, harada səhv etdik " suallarını soruşduğunu söyləyirdi. Işçilər Microsoftun ən qiymətli varlıqlarıdı. Işlərinin hər anında bunu hiss edirlər. Bunun nəticəsində də Microsoftda işçi dövranı ABŞ ortalamasına görə iki qat aşağıdı.

Sirr 6: Bazarın inkişafını izləmək...
Tez inkişaf edən sektorda geridə qalmaq yox olmaq deməkdir. Bill Gates heç bir sahədə bazar inkişafından geridə qalmaq istəmir.Geridə qaldığı zaman öz səhvini tez başa düşüb lazımi tədbirləri görür.

Sirr 7: Bazarın inkişafını izləməklə qalmayıb, bazarı formalaşdırmaq.

Bill Gatesin və Microsoftun şüarı We set the standards ( standartları biz qoyuruq ). Microsoftun tarixi bu şüara uyğun gələn müxtəlif nümunələrlə doludu. Məsələn, fərdi kompüterlərdə istifadə edilən proqramlaşdırma dili mövzusunda Microsoftun məhsulu Basic bir standartdı. DOS əməliyyat sistemi və daha sonralar çıxardığı Windows əməliyyat sistemi bazardakı ən məşhur məhsullar oldu.

Sirr 8: Bir məsələyə fokuslanmaq.

Microsoft, proqram təminatı sahəsində çalışan bir şirkətdir. Gəlirinin 90 faizdən çoxu proqram təminatından gəlir. Proqramın təminatı ilə yanaşı mouse, oyun cihazları, səs kartı kimi aksesuarlar da istehsal olunur amma bunlar əsasən Microsoftun proqram təminatı texnologiyalarını dəstəkləmək üçündür.
Sirr 9: Təvazökar bir həyat sürmək.
Rəqiblərinin demək olar hamısının xüsusi təyyarəsi, xüsusi yaxtası və s. olduğu halda Bill Gates çox sadə həyat tərzi sürür. Bill Gatesə niyə təyyarəsi, yaxtası və s .olmadığını sual verdikdə belə cavab verir: Elə yaşasam başqa cür düşünməyə başlıyaram və indikindən çox fərqli bir şəxsiyyətə sahib olaram və lazımınca çalışa bilmərəm.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5007   Tarix: 30 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554