1 saniyə ərzində gerçəkləşdirə biləcəyiniz anlar

1 saniyə ərzində gerçəkləşdirə biləcəyiniz anlarBiG.AZ xarici mətbuata istinadən sizə 1 saniyə ərzində gerçəkləşdirə biləcəyiniz anları xatırlatmaq istəyir:

Bir saniyə. Həyatınızı yaxşılaşdırıb, xoşbəxt olmağınız üçün sizə məhz bu qədər vaxt lazımdır. İnanmırsınız? O zaman aşağıda sadalanan addımlardan heç olmasa, birini tətbiq edin, özünüz bunun şahidi olacaqsınız.

Gülümsəyin...

Bu, xoşbəxt olmağın ən sadə yoludur. Bizim ölkəmizdə insanlar nədənsə bu haqda bilmirlər və ya bilmək istəmirlər. Çünki əksəriyyət qəmgin və fikirli simada gəzir. Özünüzə bu qəmgin obrazdan çıxmağa kömək edin. Bir dəfə gülmsəməklə hal-hazırda belə özünüzü yaxşı hiss edə bilərsiniz. Həm də unutmayın ki, gülümsəmək yoluxucudur.

Dərindən nəfəs alın...

Dərindən nəfəs almaq stresdən azad olmağın və normal həyata qayıtmanızın ən yaxşı metodudur. Bunun üçün sizə sadəcə bir dəqiqə lazımdır. Hər gün qısa fasilə edərək çalışın diqqətinizi nəfəsinizdə cəmləşdirin. Siz hiss edəcəksiniz ki, həyatınız gərginlikdən azad olur.

Telefonu söndürün...

Biz tamamilə telefondan, kompüterdən, planşetdən, televizordan və başqa texnikalardan asılı olan insanların arasındayıq. Burada iki hal ola bilər; siz texnikadan hansısa məqsəd üçün istifadə edirsiniz, ya da texnika sizin həyatınızı idarə etməyə başlayır. Bütün texnikanı söndürün və təklikdə özünüzlə qalın. Nəticə sizi təəccübləndirəcək.

Ətrafınıza nəzər salın...

Həyat o qədər qısadır ki, bəzən bizim həyatımızı daha da yaxşı səmtə çevirən gözəl anlara ehtiyac duyuruq. Sadəcə bir neçə saniyə sərf edərək pəncərəyə yaxınlaşın və ətrafa nəzər salın, payızın gözəlliyini, rənglərini duyun. Əgər küçədəsinizsə, başınızı qaldırıb səmaya baxın. Günəşin doğub-batmasını izləyin. Ətrafınıza baxın və hər şeyə nəzər salın — sizi həyatda əhatə edən hər bir elementə. Bu, sizi xoşbəxt edəcək.

1 qurtum su için...

Hər kəsə məlumdur ki, su bizim orqanizmimiz üçün çox xeyirlidir. Harda olmanızdan aslı olmayaraq, çalışın su hər zaman yanınızda olsun. Bu sizin su balansınızı normada saxlamağa, normal çəkidə qalmağa, eləcə də böyrəklərinizin təmizlənməsinə və dərinizin cavan qalmasına yardımçı ola bilər.

Minnətdarlığınızı bildirin...

Xoşbəxt insanların bir ortaq cəhəti var: onlar həyatlarında olan hər yaxşı şeyə görə şükür edirlər. Bu da o deməkdir ki, həyatınızı yaxşılaşdırmaq üçün çalışın daha çox "Çox sağ ol" ifadəsini işlədəsiniz. Bu sizin 1 saniyənizi alacaq. Eyni zamanda sizi də, ətrafınızdakıları da xoşbəxt edəcək.

Müdriklərin fikrinə görə, 1000 metrlik yol belə 1 addımdan başlayır. Düzdür, bu saniyə metodları sizin bütün problemlərinizi həll etmir, amma unutmayaq ki, bir gün 86400 saniyədir və onun necə idarə olunması sizdən asılıdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2674   Tarix: 30 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571