Altı yüz qulluqçu ilə 27 mərtəbəlik binada qalan milyarder

Onun 24.2 milyard dolları var. Bir ildə sərvəti 899.7 milyon dollar artıb. Düzdür, bir zamanlar bu rəqəm 63 milyard dollar təşkil edirdi. Lakin onun pulunu yenə də balta kəsmir. Hətta bəzi proqnozlara görə, cari ildə o, dünyanın ən zəngin adamı olacaq. Varidatı nə az, nə çox – 62 milyard dollara qədər yüksələcək. Söhbət Mukeş Ambanidən gedir.

BiG.AZ "Milyonçu" layihəsi çərçivəsində "Reliance Industries Ltd"nin səhmdarı Mukeş Ambaninin hekayəsini təqdim edir.

350 dollarla başlayan sərmayədən 66 milyardlıq sərvətədək

Mukeş Ambani 1957-ci ildə Yəmənin Aden şəhərində anadan olub. Atası Dxirubxay Ambani "Reliance Industries" şirkətinin qurucusudur. 2002-ci ildə 60 milyard dollar sərvəti ilə dünya ən varlı adamlarının siyahısında ikinci sırada yer alan bu şəxs – D. Ambani biznesinə cəmi 350 dollarla başlayıb. Belə ki, ilk əvvəl səyyar satıcı olub. Bir qədər gəlir əldə etdikdən sonra əlindəki vəsaiti tekstil sənayesinə yatırır və Əhmədabad zonasında fabrik açır. 1966-cı ildə məşhur "Reliance Industries" şirkətini yaradır və Hindistanın varlı adamlarından birinə çevrilir. İki övlad atası olan D.Ambani oğullarına – Anil və Mukeşə yüksək təhsil verir.

Konkret olaraq, iş adamının haqqında bəhs edəcəyimiz böyük oğlu Mukeş, Bombeyə Universitetdə tətbiqi kimya ixtisası üzrə bakalavr dərəcəsi alır. Daha sonra təhsilini davam etdirmək üçün ABŞ-a gedir. "Stanford Business School"da master dərəcəsinə yiyələnir. Amma atasının xəstəliyi səbəbindən (iş adamı insult keçirmişdi) Mukeş təhsilini yarımçıq buraxib Mumbayiyə qayıdır və "Reliance Industries Ltd"də işə başlayır. Qeyd edək ki, həmin dövrdə şirkət tekstil və lif istehsal edirdi. Lakin Mukeş neft emalı ilə məşğul olmağı daha gəlirli hesab etdiyindən, şirkətin profilini dəyişmək qərarına gəlir. Şirkətdə 50 yeni istehsal müəssisəsi yaradır. Bu da ümumi istehsalı 12 dəfə artırmağa imkan verir. Beləcə "Reliance Industries Ltd" güclü struktura çevrilir. Artıq 2007-ci ildə şirkətin daxilolmaları 26.07 milyard, gəliri 2.79 milyard, bazar kapitalizasiyası 89.29 milyard dollar təşkil edir. Müqayisə üçün bildirək ki, göstərilən hesabat dövründə Hindistanın dövlət şirkəti "Oil and Natural Gas Corporation" nun daxilolmaları 18,9 milyard dollar, kapitalizasiyası 54,11 milyard dollar olub.

Biznesi

Hazırda Hindistan iqtisadiyyatında önəmli rol oynayan "Reliance Industries Ltd" ölkənin ən bahalı şirkətidir. Belə ki, bazar dəyəri 23 milyard dollar olmaqla bərabər, ölkə iqtisadiyyatının 3,5 faizini təmin edir. Mukeş neft, neft-kimya, təbii qaz və polad sektorunda fəaliyyət göstərən 500 şirkətə sahibdir. Dünyanın ən böyük neftemalı zavodu da ona məxsusdur. Bu zavodda gündəlik 660.000 barrel neft emal edilir.

Bu arada "Reliance Industries Ltd" M.Ambanini biznes aysberqinin bir parçasıdır. Onun biznesinə "Reliance Entertainment" (uşaq kinoteatrı, radiostansiya, kinostudiya, səsyazma studiyası), "Reliance Power" (13 meqavat ümumi gücü olan elektrik stansiyaları), "Reliance Energy" (enerji istehsalı, paylanması) daxildir.

Mukeşin sərvətinə gəlincə, bir zamanlar bu rəqəm 63.2 milyon dollar olub. O, dünyanın ən varlı adamı Bill Qeytsi belə qabaqlayırdı. Lakin 2008-ci ildəki maliyyə böhranı Mukeşin də qazancına təsir etdi. 2009-cu ildə sərvəti 32 milyard, 2010-cu ildə 29 milyard, 2011-ci ildə isə 27 milyard dollara qədər azaldı. 2014-ci ildə isə "Forbes" iş adamının varidatını 24 milyard dollar dəyərində qiymətləndirib.

Yeri gəlmişkən, bir müddət əvvəl Mukeş "BP" ilə partnyor olub. Hindistanın 23 neft blokundakı səhmlərin 30 faizini 7.2 milyard dollara satmaqla birgə müəssisə yaradıblar. Bu müqavilə Hindistan üçün ən böyük xarici investisiya sayılır. İş adamı həmçinin 2010-cu ildə üç Amerika şirkətinin səhmlərini almaq üçün 3.3 milyard dollar xərcləyib.

Ailə daxilində dünya müharibəsi

Atalarının sərvətini bölüşdürmək Mukeş və Anili qardaşları üçün asan olmur. Düzdür, D.Ambani vəfat etdikdən sonra onlar bir müddət ailə sərvətini birgə idarə edirlər. Hətta uğurları Amerikanın "Time" jurnalında "Asiyanın sahibi ailələr" başlığı ilə manşetə də çıxır. Amma bu mehribanlıq uzun çəkmir. Qardaşlar arasında narazılıq yaranır. Anil iş həyatında Mukeşin kölgəsində qalmaqdan bezir. Ailədə 7 ay davam edən müharibəyə bütün ölkə tamaşa edir. Nəticədə qardaşların anası Kokilaben Ambani ailə sərvətini onlar arasında bölüşdürməyi qərara alır. Mukeş özümdə neftkimya, tekstil, enerji sənayelərini, eləcə də "Reliance Industries"un adını özündə saxlayır. Anilə isə "Reliance Capital" (sığorta şirkəti, bank), "Reliance Communications" (Hindistanın ikinci mobil operatoru) verilir. O, biznes yoluna "Reliance Anil Dhirubhai Ambani Group" adı altında davam edir.

Anlaşmaya görə, qardaşlar 10 il boyunca bir-birinə rəqib olacaq heç bir sahəyə investisiya qoymamaq öhdəliyini götürürlər. Yazılanlara inansaq, Mukeş və Anil hazırda küsülüdürlər. Çünki aralarındakı "kim daha varlıdır" davası məhkəməyə qədər gedib çıxıb. Belə ki, Anili qardaşını razılaşmaları pozmaqda, birjalardakı hissələrini dəyərsizləşdirməkdə günahlandıraraq məhkəməyə verib.

27 mərtəbəli evdə yaşayır

Mukeş Ambani Nita Ambani ilə evlidir. Onların 3 uşaqları var: İşa, Anant və Akaş. Nita Ambani xeyriyyəçiliklə məşğul olur. M.Ambani pulunun çoxluğundan özünə malikanə deyil, göydələn tikdirib orada yaşayır. İş adamının evi nə az, nə çox 27 mərtəbəlidir.

"Antilla" adlanan bu ev Bombeydə yerləşir. Yaranış tarixinin ən bahalı evin sayılan binanın dəyəri təxminən 2 milyard dollardır. Poladdan və şüşədən ibarət olan binada gimnastika salonu, rəqs studiyası, üzmə hovuzu, 50 kresloluq kino və bir bal zalları var. Ümumi böyüklüyü 37 min kvadratmetrə çatan 173 metr yüksəkliyindəki binada 9 lift, 160 avtomobil tutumlu avtopark və 3 vertolyot meydanı yerləşir. Evin pəncərələrindən Ərəb dənizinə geniş mənzərə açılır. Bu arada qeyd edək ki, evdə 600 qulluqçu işləyir. Bölüşdürsək, belə çıxır ki, hər ailə üzvünə 120 nəfər qulluq edir.

Onu da bildirək ki, Mukeş bu qeyri-adi evində həftənin cəmi 5 günü qalır. Onu da bildirək ki, evi ABŞ-ın memarlıq şirkəti "Perkins Will and Hirsch Bedner Associates" layihələşdirib. Şirkət yalnız dizayn üçün milyarderdən 80 milyon dollar alıb. Binada hər incə detal düşünülüb. Belə ki, burada tozu öz-özünə aradan qaldıran sistemlər quraşdırılıb. Təhlükəsizlik sistemi isə Ağ Evdəki sistemlə eynidir.

Avtomobil kolleksiyası

Mukeşin avtomobil zövqü də diqqət çəkir. Onun qarajında "Maybaç" 62 claas, "Mercedes S" və "Mercedes " SL500 avtomobillərinə rast gəlmək olar. Qiymətləndirmələrə görə, o, dünyada bahalı maşın sahibi olan ikinci milyarderdir.

Yeri gəlmişkən, M.Ambani arvadına da ucuz nəqliyyat vasitəsi almayıb. Onun dünyaya səs salan addımlarından biri xanımı Nita Ambaniyə etdiyi doğum günü hədiyyəsidir. O, həyat yoldaşına dünya milyonçularının bir çoxunda olan "Airbus 319" təyyarəsi alıb. Hər sahədə qardaşından geri qalmaq istəməyən Anil isə bunun ardınca keçmiş Bollivud ulduzu olan arvadına rəfiqələri ilə gəzmək üçün 49 milyon dolarlıq yaxta sifariş verib.
Altı yüz qulluqçu ilə 27 mərtəbəlik binada qalan milyarderAltı yüz qulluqçu ilə 27 mərtəbəlik binada qalan milyarderAltı yüz qulluqçu ilə 27 mərtəbəlik binada qalan milyarderAltı yüz qulluqçu ilə 27 mərtəbəlik binada qalan milyarderAltı yüz qulluqçu ilə 27 mərtəbəlik binada qalan milyarderAltı yüz qulluqçu ilə 27 mərtəbəlik binada qalan milyarder


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3860   Tarix: 27 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495