"Qara qutu" səmadakı faciəyə aydınlıq gətirəcək

"Qara qutu" səmadakı faciəyə aydınlıq gətirəcəkSöhbət yüzlərlə insanın həyatından gedir...

Bəziləri yeni, digərləri uzun müddət torpaqda qalma izləri, bəziləri isə deformasiyaya uğramış və yanmış şəkildə laboratoriya stollarında durur.

Yalnız üstündə olan kağız birkalar televiziya və radio xəbərlərində, qəzet və internetdə haqqında çox danışılan faciəni xatırladır.

Söhbət faciə baş verən kimi hamının axtardığı bort qeydiyyatçılarından və ya "qara qutu"lardan gedir.

Bu gün bütün dünya nəfəsini tutaraq Donetsk üzərində qəzaya uğrayan təyyarənin "qara qutu"sunun açılmasını gözləyir.

Xatırladaq ki, iyul ayının 17-də Ukraynanın şərqində Amsterdamdan Kuala-Lumpura uçan Malayziya aviaşirkətinə məxsus "Boeing 777" qəzaya uğrayıb. Laynerdə 298 nəfər olub, onlardan 85-i uşaq və 15 nəfəri ekipaj üzvü olub. Qəzada heç kim sağ qalmayıb.

Oxu.Az xəbər verir ki, Ukraynada qəzaya uğrayan "Boeing 777" təyyarəsinin "qara qutu"sunun Böyük Britaniyada açılması planlaşdırılır. Bunu Ukrayna Nazirlər Kabinetinin mətbuat xidməti bildirib.

Doğrudur, aviatorlar onları başqa cür adlandırır – müdafiə edilmiş "bort qeydiyyatçısı" (MBQ) və ya "bort qeydiyyat qurğusu" (BQQ).

Qutuların isə qara deyil, narıncı olduğunu bu gün hətta uşaqlar belə bilir.

Maraqlı olan başqa məqamdır – çox dözümlü qurğular son illərdə ciddi konstruktiv dəyişikliklərə məruz qalaraq xarici görünüşünü radikal şəkildə dəyişib daha da etibarlı olublar.

Oxu.Az onların yaradılma tarixinə nəzər salaraq, baş verən aviaqəzaların araşdırmasını daha da asanlaşdırmaq və yüngülləşdirmək üçün müasir "qara qutu"larda nəyin çatışmadığı sualına cavab tapmağı təklif edir.

Bort qeydiyyatçıları iki cür məlumatı – parametr məlumatını (sürət, hündürlük, yüklənmə, sükanın sıradan çıxması, mühərriklərin iş parametri və s.) və pilot kabinəsindən danışıqları yazırlar.

Hələ 1930-cu illərdə təyyarə kabinələrində səsyazma qurğularının quraşdırılmasına patent verilib.

Fransız Usseno və Boduen 1939-cu ildə fotoplyonka əsasında uçuş informasiyasının qeydiyyatçısını yaratdılar. Onun üzərində güzgüdən düşən işıq şüası qrafik çəkirdi. Versiyalardan birinə görə "qara qutu" adı məhz fotoplyonka ilə eksperimentlər dövrünə aiddir, axı işığahəssas materiallar qaranlığı sevir.

1950-ci ildə Avstraliya mühəndisi Devid Uorren uçuşun parametrlərini və kabinədəki səsləri yaza bilən qurğu hazırladı.

1960-cı ildə BQQ-ni kommersiya reysləri həyata keçirən laynerlərdə quraşdırmağa başladılar.

Nəticədə nitq və parametrik qeydiyyatçı konstruktiv şəkildə ayrı-ayrı qurğulara bölündü: BQQ-ni uçuş informasiyası üçün təyyarənin quyruq hissəsinə, səsyazma üçün isə kabinəyə quraşdırırdılar. Amma qəza zamanı kabinə daha çox zərər gördüyü üçün, artıq səsyazma qurğusunu da təyyarənin quyruq hissəsinə yerləşdirməyə başladılar.

XX əsrin bütün ikinci yarısı yazı daşıyıcıları kimi xüsusi örtüklü fotoplyonka və kağız ilə yanaşı, maqnit daşıyıcıları da istifadə edilirdi.

İnqilab yalnız fleş-yaddaşı olan bort səsyazma qurğuları yarananda baş verdi. Yeni nəsil BQQ-nin müsbət cəhəti onun tərpənən hissələrinin olmamasıdır, deməli, bütün sistem də etibarlıdır.

Bugünkü daşıyıcılar informasiya itirmək qorxusu olmadan 6000 m dərinlikdə bir ay müddətində qalma və 2 ton statistik yükə 5 dəqiqə dözmə qabiliyyətinə malikdirlər.

Bu gün üçün bir çox ölkələrdə maqnit lent əsaslı qeydiyyatçılar istehsalatdan yığışdırılıb. Amma köhnə tipli qeydiyyatçıların quraşdırıldığı təyyarələrdə yetərincədir. Və qəzaları araşdıran ekspertlər müxtəlif nəsil aparatura ilə işləməyə məcbur qalır.

BQQ-dən informasiyanın tamamən və ya müəyyən hissəsinin itdiyi halda ekspertlər məlumatın bərpa edilməsi üçün müxtəlif metodikalardan istifadə edirlər.

Tekniki inkişaf nəticəsində "qara qutu"lar daha yığcam, yüngül və etibarlı qurğulara çevrilsələr də mükəmməllik dərəcəsində deyillər.

Müasir BQQ-lərdə nə çatışmır? Cavabın biri özlüyündən meydana çıxır – video!

Videoçəkiliş edən qurğular çoxdan yaradılıb. Onları BQQ-lərdə tətbiq etmək üçün aviatorlar bort cihazlarını çəkməyi təklif edirlər, bu zaman ikiqat nəzarət olacaq: uçuşun parametrlərinin yazılması və bu parametrlərin cihazlarda əks edilməsi.

Təbii ki, kabinədə baş verənlər də çəkiləcək. Bəzi pilotlar bunu şəxsi əraziyə giriş kimi qiymətləndirsələr də onların etirazı çətin ki, qəbul edilə.

Son yarım əsr ərzində onlarla qəzanı saymaq olar ki, bu qəzalar baş verdikdən sonra "qara qutu"ları tapmaq mümkün olmayıb. Demək olar ki, bu hadisələrin hamısı təyyarələrin böyük dərinlikli dəniz hövzələri üzərində baş verən qəzalardır.

Belə bir sual meydana gəlir, bort qeydiyyatçılarını üzmə qabiliyyətli etmək olarmı? Mümkün imiş və çoxdandır ki, edirlər də. Məsələn, hələ Sovet dövründə Rusiyada göyərtə aviasiyası üçün üzə bilən BQQ istehsal edirlərmiş.

Onlarla bu qəbildən olan qurğular Qərbdə (eləcə də hərbi sferada), istehsal və tətbiq edilir, məsələn, DRS Technologies Amerika şirkətinin istehsal etdiyi (açılan qəza qeydiyyat kompleksi) DFİRS.

Bəs niyə bu qurğular mülki laynerdə tətbiq edilmir?

Cavab deyəsən iqtisadiyyat sahəsində gizlənir. İş ondadır ki, BQQ-ni üzmə qabiliyyətli etmək asan deyil, qəza zamanı təyyarənin qalıqlarının ağırlığı altında o təbii ki, suyun dibinə gedəcək.

Deməli, su ilə toqquşma anında qeydiyyatçı pilot katapultası kimi qəza yerindən atılmalıdır.

Mülki aviasiyanın belə mürəkkəb sistemlə təchiz edilməsi əlavə xərclərə gətirib çıxaracaq.

Amma söhbət yüzlərlə sərnişinin həyatından gedir, nə qədər baha başa gəlsə də istənilən əlavə nəzarət tədbiri faydalıdır, çünki insan həyatı qiymətsizdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2320   Tarix: 23 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571