Süni süd istehsal olunacaq

Süni süd istehsal olunacaq

Hindistan mənşəli üç İrlandiya biomühəndisi- Rian Pandiya, Perumal Qandi və İşa Datar süni süd hazırlamaq üzərində işləyirlər və növbəti ildə yeni məhsulun ilk nümunələrini almağı planlaşdırırlar, 3 il keçdikdən, yəni lazımi testlər başa çatdıqdan sonra isə inəklərin iştirakı olmadan istehsal olunan süd satışa çıxarıla bilər.

Müəlliflərin sözlərinə görə, bu südün tərkibində laktoza və xolestrin olmayacaq. Bu isə onu laktozaya qarşı dözülməzliyi olan və həmçinin arıqlamaq istəyən insanlar üçün zərərsiz edəcək. Qalan maddələr- vitaminlər, minerallar, yağ və zülallar isə olduğu kimi qalacaq.

Alternativ süd maya bitkiləri vasitəsilə istehsal olunacaq, buna görə də onun maya dəyəri inək südünə nisbətən çox aşağı olacaq. Bundan başqa, süni süd insanın ətraf mühitə zərərli təsirini azaltmaqda kömək edəcək.

İlk növbədə, yeni məhsul əhalisinin böyük hissəsi laktozaya qarşı əziyyət çəkən Asiya əhalisi üçün faydalı olacaq.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1056 Tarix: 24.07.2014



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
_K_O_N_K_R_E_T_
_K_O_N_K_R_E_T_ 25.07.2014
Süni heç vaxt təbiini əvəz edə bilməyib.
Sənli dünyada sənsizəm



Nə yazsa sevgidən yazır
Dostlarım üçün çox darıxıram

 
Ay_ten
Ay_ten 24.07.2014
onsuzda men hec vaxt sud icmirem.


 
ell
ell 24.07.2014
xebere gore twk