Şəhadət

ŞəhadətMənbə: http://zikr.az

      Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: "İslam beş əsas üzərində qurulmuşdur: Allahdan başqa haqq tanrının olmadığına və Məhəmmədin Allahın elçisi olmasına şəhadət gətirmək, namaz qılmaq, zəkat vermək, Allahın Evini həcc etmək və Ramazan ayını oruc tutmaq". Bu hədisdə Peyğəmbər İslamın əsaslarını möhkəm təməl üzərində qurulan binaya bənzətmişdir. Bina təməl və sütunlar üzərində qurulduğu kimi İslam dini də bu beş təməl üzərində qurulmuşdur. Hədisdə qeyd edilən dörd əsas "LƏ İLƏHƏ İLLALLAH VƏ MUHƏMMƏDƏN RASULULLAH" - Allahdan başqa haqq tanrı yoxdur və Muhəmməd onun elçisidir" şəhadət kəlməsi üzərində qurulmuşdur. Çünki, şəhadət olmadan digər heç bir əməl qəbul olunmaz. LƏ İLƏHƏ İLLALAH - "Allahdan başqa haqq tanrı yoxdur" şəhadəti imanın bütün mənalarını özündə cəm edir. Bu kəlmənin mənası "Allahdan başqa ibadət olunmağa layiq heç bir tanrı yoxdur" deməkdir. Bəzi adamlar bunu "Allahdan başqa Allah yoxdur" kimi tərcümə edirlər, lakin bu doğru deyildir. Əgər belə olsaydı, Məkkə müşrikləri bu kəlməni qəbul edər və ona qarşı mübarizə aparmazdılar. Çünki, onlar Allahı göyləri və yeri Yaradan Rəbb olmasına iman gətirirdilər. Onlar dua, nəzir, qurban, həcc kimi ibadətləri yerinə yetirir, lakin bu ibadətləri Allahla yanaşı bütlərə də yönəldir və bütləri Allahla öz aralarında bir vasitəçi kimi qəbul edirdilər. Ona görə də sadəcə Allahın varlığını qəbul etmək iman gətirmək üçün kifayət deyildir. İndiki dövrdə insanların əksəriyyəti elə bilir ki, sadəcə Allahın varlığını qəbul etmək mömin olmaq üçün kifayətdir. Əgər belə olsaydı, yuxarıda qeyd etdiyimiz kimi Məkkə müşrikləri əsl mömin sayılardılar. Halbuki, Allah onların ibadətlərini inkar etmiş və Ona şərik qoşduqlarına görə onlara Cəhənnəm əzabını vəd etmişdir.
"LƏ İLƏHƏ İLLALLAH" kəlməsi iki əsasa soykənir: Birinci: Allahdan başqasının haqq tanrı olmasını inkar edən "Lə iləhə" – kəlməsi. İkinci: Təkcə Allahın həqiqi tanrı olmasını təsdiq edən "İlləllah" – kəlməsi. Bu şəhadət kəlməsi inkardan və təsdiqdən ibarətdir. İnsan "lə iləhə" deməklə bütün tanrıların batil olduğunu, ibadətə layiq olmadığını bəyan edir, "illəllah" deməklə də yalnız Allahın həqiqi tanrı olduğunu və yalnız Onun ibadətə layiq olduğunu təsdiq edir. Bu kəlmə Allahdan başqasının ilahi keyfiyyətlərə sahib olmasını inkar edir və yalnız Allahın yeganə ilahi varlıq olduğunu təsdiq edir. Uca Allah buyurur: "Bil ki, Allahdan başqa ibadətə layiq olan heç bir tanrı yoxdur" (Muhəmməd, 19).
Peyğəmbər demişdir: "Kim səmimi qəlbdən "LƏ İLƏHƏ İLLALLAH" deyərsə, Cənnətə girər." Səmimi qəlbdən bu kəlməni deyən onun mənasını başa düşməli, ona uyğun əməl etməli və insanları ilk növbədə ona çağırmalıdır. Çünki, Allah insanları yalnız Ona ibadət etmək üçün yaratmışdır. Allahın elçisi 13 il Məkkə şəhərində müşrik ərəbləri bu kəlməni qəbul etməyə çağırmışdır. lakin Allah Qurani Kərimdə onların belə cavab verdiyini xəbər verir:
"Öz aralarından onlara xəbərdarlıq edən bir peyğəmbər gəldiyinə təəccüb edərək kafirlər dedilər: "Bu, yalançı bir sehrbazdır! O, bütün tanrıları bir tanrımı etdi? Həqiqətən, bu, əcaib bir şeydir". Onların adlı-sanlı adamları çıxıb gedərək dedilər: "Gedin öz tanrılarınıza səbirlə davranın. Doğrusu, bu sizdən istənilən bir şeydir. Biz bunu axırıncı dində də eşitməmişik. Bu, uydurmadan başqa bir şey deyil" (Sad, 4-7).
Ərəblər bu kəlmənin mənasını başa düşdülər və bildilər ki, bunu deyən kəs Allah ilə yanaşı heç kəsə yalvararaq dua etməməlidir. Ona görə də onlar bu kəlməni deməkdən imtina etdilər. Uca Allah buyurur:
"Çünki onlara: "Allahdan başqa ibadətə layiq olan tanrı yoxdur!"– deyildikdə təkəbbür göstərir və deyirdilər: "Məgər bir məcnun şairə görə tanrılarımızı tərk edəcəyik?" Xeyr! O, haqqı gətirdi və əvvəlki peyğəmbərləri təsdiqlədi" (əs-Saffat, 35-37).
Bu şəhadətin mənası Allahdan başqasına ibadət etməmək, namaz, oruc, həcc, qurban, dua, nəzir və s. kimi ibadətlərin bütün növlərini yalnız Allaha həsr edərək Onun razılığını qazanmaq üçün yerinə yetirməkdir. İlah sözünün mənası ibadət edilən tanrı deməkdir. İlah - insanların itaət etdiyi, qorxaraq və təzim edərək ona qarşı çıxmadıqlarıdır. Onu sevir və ondan qorxurlar, ona ümid edir və ona bel bağlayırlar, ondan istəyir və ona dua edirlər. Bu ibadətlərə haqqı olan yalnız Qüdrətli Allahdır. Əgər kimsə bu ibadətlərin bircə növünü belə hər hansı bir məxluqa həsr edərsə, onu özünə ilah, tanrı etmiş sayılır və o kimsə "LƏ İLƏHƏ İLLALLAH" kəlməsini söyləmiş olsa da öz etiqadını korlamışdır. MUHƏMMƏDƏN RASULULLAH – "Muhəmməd Allahın elçisidir" şəhadətinin mənası isə Muhəmmədin Allahın peyğəmbəri, onun bütün insanlara göndərdiyi elçi olmasını qətiyyətlə təsdiq etmək, həmçinin onun Allahdan verdiyi xəbərləri qəbul etmək və onun buyurduğu kimi Allaha ibadət etməkdir. Uca Allah buyurur: "Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin." (əl-Həşr surəsi, 7).
"De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir" (Ali İmran, 31).


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 2887   Tarix: 21 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Həccə gedə bilməyənlərin pulları qaytarılır

Həcc ziyarətinə getmək üçün sənəd verənlərin səfər üçün ödədidyi məbləğ geri qaytarılır. Qafqaz Müsəlmanları İdarəsindən -a verilən məlumata görə, hazırda pulunu geri almayan çox az adam qalıb. Qeyd edək ki, bu il koronavirus pandemiyası səbəbindən Həcc ziyarəti xaricdən getmək istəyənlər üçün mümkü

06.08.2020 2390
.

Fitrə zəkatı necə çıxarılmalıdır? - VİDEO

Fitrə zəkatı daxili və mənəvi dünyanın təmizliyinə dəlalət edir. Fitrə özəlliklə Ramazan ayının son günü, bayram namazına qədər çıxarılmalıdır. İlahiyyatçı Ağa Hacıbəyli deyir ki, fitrə verərkən həmin insana "bu firtədir" demək də məqsədəuyğun sayılmır. "81 qram qızıldan artıq imkanı ola

23.05.2020 3532
.

Ramazan ayının 26-cı gününün imsak, iftar və namaz vaxtları

Sabah Ramazan ayının 26-cı günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 9-də imsak vaxtı saat 03:47-də, iftar vaxtı isə 19:59-dadır. Mayın 9-u üçün namaz vaxtları:. Sübh azanı 03:57. Zöhr azanı 12:37. Əsr azanı 17:37. Məğrib azanı 19:59. İşa azanı 21:11. 26-cı günü

08.05.2021 2065
.

Qədr gecəsində necə dua etmək lazımdır?

Qədr gecəsi elə fəzilətli gecədir ki, bəndənin istəkləri yerinə yetər və hacətləri həyata keçər. Bəs necə dua edək ki, bu dualarımız qəbul olsun?. Unikal.org xəbər verir ki, Həmmad ibni Osman nəql edir: "Ramazan ayının 21-ci gecəsində İmam Sadiqin (ə) xidmətinə getmişdim və mənə buyurdu: "E

01.05.2021 4146
.

İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs həbs olundu

Türkiyədə sosial şəbəkələrdə İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs saxlanılıb. BİG.AZ-ın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, İstanbul Baş Prokurorluğunda Məhəmməd peyğəmbərin, təhqiramiz olduğu təsbit olunan karikaturası ilə əlaqədar istintaq başladılıb. "Peyğəmbərimiz

16.07.2020 3594
.

Aya Sofya 86 ildən sonra ibadətə açıldı

Türkiyənin İstanbul şəhərində yerləşən Aya Sofya məbədi bu gündən ibadətə açılıb. Aya Sofyada 86 ildən sonra cümə namazı qılınacaq. İbadət zamanı məbəddəki rəsmlərin üzəri örtüləcək. Yerli və əcnəbi turistlərin ziyarəti zamanı isə məbəddəki rəsmlərin üzəri açılacaq. Xatırladaq ki, Türkiyə məhkəməsi İstanbuldak

24.07.2020 3182
.

Məscidlər açılır? - Hacı Şahin DANIŞDI

Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra məscid və ziyarətgahların fəaliyyəti ilə bağlı qadağa hələ də qüvvədədir. Oktyabr ayının əvvəlindən məscidlərin fəaliyyətinə müəyyən şərtlərlə icazə verilməsi gözlənilir. Operativ Qərargah qonşu ölkələrdəki praktikadan istifadə edərək məscid v

18.09.2020 3732
.

Niyə insanın qulağında acı su var?

İmam Kazım (ə) buyurur: "Həqiqətən, Allah Təala bir-biri ilə bağlı olan iki aləm xəlq etmişdir. Onlardan biri Ulyadır, o birisi isə Suflidir. Hər iki aləmin yaradılışını insanda icad etmişdir. Necə ki, bu aləmi kürəvi şəklində xəlq etmişdir, insanın başını da kürəvi şəklində xəlq etmişdir. İnsanı

02.05.2021 3283
.

Uşaq doğulanda adına qurban kəsməyin və ətindən istifadə etməyin qaydası necədir?

Ailədə uşaq doğularkən kəsilən qurbana şəriətdə "əqiqə" deyirlər. Yaxşı olar ki, oğlan uşağından ötrü erkək, qız uşağından ötrü dişi heyvan kəsilsin. Əqiqə qurbanlığını uşağın yeddi günlüyündə kəsmək müstəhəbdir. Əqiqə heyvanı kəsdikdən sonra sümüklərini sındırmaq məsləhət deyil, yaxşı ola

29.11.2020 4235