Milyarderlərin ən bahalı malikanələri - FOTO
Bu yaxınlarda "Jana Partners" şirkətinin təsisçisi Barri Rozenşteyn 147 milyon dollara malikanə almaqla Amerika əmlak bazarında yeni rekorda imza atıb. Lakin Barri Rozenşteynin evinin dəyərini "Forbes"in milyarderlərin malikanələrinin qiymətləri ilə müqayisə etsək, bu məbləğ o qədər də böyük təsir bağışlamır.
Bir neçə həftə əvvəl elit daşınmaz əmlak bazarını daha bir xəbər sarsıdıb. Londonun nüfuzlu Uan-Qayd-Park rayonunda 237 milyon dollara ev satılıb. "Reuters"in məlumatına görə, bu evin sahibi Şərqi Avropa ölkələrinin birində yaşayır. Evin qiymətini nəzərə alsaq, həmin şəxsin "Forbes"in milyarderlərindən biri olduğu şübhəsizdir. Qeyd edək ki, bundan əvvəlki 221 milyon dollarlıq rekord elə həmin rayonda ukraynalı zəngin iş adamı Rinat Axmetova məxsus idi.
Böhran illərində iri kapital sahibləri vəsait qoyuluşu üçün "sakit limanlar" axtarışı ilə fəal məşğul olublar. Təbii ki, daşınmaz əmlak bu limanların sırasına daxil olub. "Deutsche Asset & Wealth Management"-in analitikləri deyirlər ki, uzun illərdən sonra daşınmaz əmlak bazarının sürətlə böyüməsinin səbəbi də oliqraxların sərmayələrini bu istiqamətə yönəltməsidir. Təəccüblü deyil ki, zəngin alıcıların marağı da penhausların, mülklərin, dünyadakı elit obyektləri qiymətlərinin bahalaşmasına səbəb olub.
"Forbes" milyarderlərin ən bahalı evlərinin reytinqini tərtib edib. "Forbes"-in 2014-cü il reytinqi üzrə Tabloid.az milyarderlərin ən bahalı malikanələrini təqdim edir.
Tabloid.az Rusiya mətbuatına istinadən həmin malikənələr haqqında maraqlı məlumatları və fotoları təqdim edir:
1.Antilia göydələni
Sahibi: Mukeş Ambani, kapitalı 23,9 milyard dollar
Yerləşdiyi ölkə: Mumbay, Hindistan
Dəyəri: 1 milyard dollardan çox
56 yaşlı Mukeş Ambaninin evinin tayı-bərabəri yoxdur. Göydələn 27 mərtəbəlidir, sahəsi 37 000 kv metrdir. Atlantikadakı əfsanəvi adanın şərəfinə Antilia adlandırılıb. Bina altı mərtəbəli yeraltı qarajla, üç vertolyot meydançası ilə təchiz edilib. Bu məkanda 600 nəfər çalışır. Müxtəlif qiymətləndirmələrə görə, Antilianın dəyəri 1-2 milyard dollar arasındadır.
Müqayisə üçün qeyd edək ki, Nyu-Yorkda Ümumdünya ticarət mərkəzinin 52 mərtəbəli, 160 000 kv. Metr sahəni əhatə edən memorial göydələninin inşaası milyard dollara başa gələcək.
2. Leopolda villası
Sahibi: Lili Safra, kapitalı 1,3 milyard dollar
Yerləşdiyi ölkə: Mavi sahil, Fransa
Dəyəri: 750 milyon dollar (500 milyon avro)
Əfsanəyə görə, bankir Edmond Safranın dul həyat yoldaşı Liliyə məxsus olan villa 81 000 kv. Metr sahədə XIX əsrdə Belçika kralı II Leopaldın saxladığı çoxsaylı xanımlardan biri üçün inça edilib. Qeyri-rəsmi məlumatlara görə, 2008-ci ildə, bu villanı "Oneksim" şirkətlər qrupunun sahibi Mixail Proxorov əldə etmək istəyib. Şaiyələrə inansaq, o villaya yarım milyard avroya verməyə hazır imiş. Lakin son anda o bu fikrindən imtina edib və beh kimi ödədiyi 50 milyon depoziti də itirib.
3. Fair Field mülkü
Sahibi: Ayra Rene, kapitalı 6 milyard dollar
Yerləşdiyi ölkə: Saqaponak, Nyu-York, ABŞ
Dəyəri: Təxminən 248,5 milyon dollar
Uoll-stritin akulası Ayra Renenin obyekti ABŞ-da ən bahalı daşınmaz əmlak hesab edilsə də, milyarder milyarder onu ailəsi üçün inşa etdirib, heç vaxt bu dəbdəbəli malikanəyə alıcı axtarmayıb. Ekspertlər bu mülkünü dəyəri haqqında fikirlərini ilbəil dəyişirlər. 2014-ci ildə malikanə 248,5 milyon dollar dəyərləndirilib.
Hazırda Amerika daşınmaz əmlak bazarı üçün Renenin 147 milyon dollara başqa bir evi alması şok sayılır. Çünki, o bunu üçün küllü məbləğdə illik vergi ödəyir. Bu evdə yataq otaqlarının sayı 29, hamam otaqlarının sayı isə 39 –dur.
Maraqlıdır ki, bazarda əks paradokslar da baş verir. Məsələn, mütəxəssisləri Orakl Larri Ellisonun Kaliforniyadakı mülkünu 73,2 milyon dollar qiymətləndirirlər. Halbuki onun inşaasına 200 milyon dollar xərclənib.
4. One Hyde Parkdakı apartamentlər
Sahibi: Məlum deyil
Yerləşdiyi ölkə: Uan Qayd Park rayonu, London, Böyük Britaniya
Dəyəri: 237 milyon dollar
Sirli şərqi avropalı Londondakı ən bahalı apartamenti Ukrayna böhranı və Rusiya ilə qərb arasındakı "soyuq müharibənin" qızğın çağında əldə edib. Hər kvadratmetr üçün o, 140 funt sterlinq ödəyib ki, bununla da yeni dünuya rekordu vurub. Yeri gəlmişkən, səxavətli alıçı ilə qonşuluqda 2011-ci ildən zəngin ukraynalı Rinat Axmedov yaşayır ki, onun da mükünün dəyəri 221 milyon dollar dəyərləndirilir.
5. Kensington Palace Gardens malikanəsi
Sahibi: Lakşmi Mittal, kapitalı 16,6 milyard dollar
Yerləşdiyi ölkə: Kensinqton rayonu, London
Dəyəri: 222 milyon dollar (117 milyon avro)
Qeyri-rəsmi məlumata görə, Hindistanın metallurgiya maqnatı, Britaniya paytaxtının ən çox mühafizə edilən "milyarderlər döngəsində" - küçələrindən birində üç mülk alıb. Mittalın həmçinin İsrail səfirliyinin yaxınlığında dəbdəbəlu malikanəsi var. Bu mülkü milyarderin oğlu maliyyəçi Noam Qottensmandan alıb. Şaiyələrə görə, hazırda Mittal ailəsi bu obyekti satmağa hazırdır.
6. One Hyde Parkdakı apartamentlər
Sahibi: Rinat Axmetov, kapitalı 11,8 milyard milyard
Yerləşdiyi ölkə: London
Dəyəri: 221 milyon dollar
Zəngin ukraynalı üç il ərzində dünyada ən bahalı mənzil sahibi statusunu saxlayıb. Lakin bu il statusu ondan adı hələlik açıqlanmayan şərqi avropalı milyarder alıb. Onların hər ikisinin mənzili Londonun nüfüzle Uan Qayd Park rayonunda yerləşir. Rinat Axmetovun 2300 kv.m olan mənzilinin pəncərələri gülləkeçirməz şüşədəndir və burada beş ulduzlu otellerdə olduğu kimi xidmət təşkil edilib.
7. Ellison Estate malikanəsi
Sahibi: Larri Ellison, kapitalı 51,4 milyard dollar
Yerləşdiyi ölkə: Vudsayd, Kaliforniya ştatı, ABŞ
Dəyəri: 200 milyon dollar
"Oracle" şirkətinin banisi dünyada ən ehtiraslı daşınmaz əmlak kolleksioneridir. Hətta onun zəngin kolleksiyasında yapon üslubunda inşa edilmiş malikanə vardır.
2004-ci ildə 10 ha ərazidə 10 yaşayış binası, süni göl, karp balıqlarının üzdüyü nohur inşa edilib. 2013-ci ildə vergi müfəttişləri mülkü 73,2 mln. Dollar qiymətləndirsə də, reallıqda onun dəyəri bundan iki dəfə çoxdur.
8. Kensington Palace Gardens malikanəsi
Sahibi: Roman Abramoviç, kapitalı 9,4 milyard dollar
Yerləşdiyi ölkə: Kensinqton rayonu, London
Dəyəri: Təxminən 140 milyon dollar (90 milyon funt sterlinq)
"Chelsea" futbol klubunun sahibi Londona köçəndən sonra Britaniyanın paytaxtında bir sıra elit evlər alıb. Abramoviçin kolleksiyasının incisi Kensinqtonda "milyarderlər döngəsində"ki mülkü hesab edilir. Şəhər icra hakimiyyəti evin qismən yenidən qurulmasına icazə veriblər. Abramoviç malikanənin ərazisində tennis kortu, avtomobil texnikası muzeyi və sağlamlıq mərkəzinin inşasına icazə ala bilib.
Milyarderin digər mülklərinin siyahısında Fransadakı Riveryedakı və Sen-Bart adasındakı 30 hektarlıq mülkləri var. Abramoviç sonuncunu 2009-ci ildə 90 milyon dollara alıb.
9. Blossom Estate mülkü
Sahibi: Ken Qriffin, kapitalı 5,2 milyard dollar
Yerləşdiyi ölkə: Palm-Biç, Florida
Dəyəri: Təxminən 130 milyon dollar
Ken Qriffin dörd qonşu sahəni birləşdirərək ümumi sahəsi təxminən 3 hektar olan okean sahilini alıb. Sahənin üçdə birində artıq evlər artıq tikilmişdi. Dördüncünü isə Qriffini öz zövqünə uyğun inşa etdirib. Hazırda o, bu mülküləri birləşdirərək unikal bir malikanəyə sahib olub.
10. Xanadu 2.0 kompleksi
Sahibi: Bill Qeyts, kapitalı 77,5 milyard dollar
Yerləşdiyi ölkə: Mədinə, Vaşinqton ştatı, ABŞ
Qiyməti: 120,5 milyon dollar
"Microsoft"-un banisi Bill Qeytsin evi yüksək texonoloji qurğularla təchiz edilib. Məsələn, hovuz musiqi sistmei ilə təchiz edilib, hər otağın idarəetmə pultu mövcuddur ki, onun köməyi ilə havanın temperaturunu, musiqini, işıqlandırmanı nəzarətdə saxlamaq olar. Kitabxanadakı qiraət salonunda innovative günbəz var. Fitnes zalı 232 kv metr ərazidə yerləşir. Malikanənin adı Carlz Foster Keynin "Vətəndaş Keyn" filminin şərəfinə bu cür adlandırılıb.
11.Beech Farm Copper malikanəsi
Sahibi: məlum deyil
Yerlışdiyi ölkə: Qrinviç, Konnektikut ştatı, ABŞ
Qiyməti: 120 milyon dollar
2013-cü ilin mayında 190 milyon dollara satışa çıxarılmış mülk bir il sonar 50 milyon dollar ucuzlaşdı. Bundan sonar müştəri tapıldı. 1255 kv. m ərazidə yerləşən malikanə 12 yataq otağı, 9 vanna otağı və kitabxana var. Adı naməlum olan yeni sahib həmçinin solyaridən, üç mərtəbəli şərab anbarından istifadə edə bilər.
Malikanənin əvvəlki sahibi Con Rudi ağac tədarükü biznesi ilə məşğul idi.
12. Mountain Road Home malikanəsi
Sahibi: Masayoşi San, kapitalı 17,3 milyard dollar
Yerləşdiyi ölkə: Vudsayd, Kaliforniya ştatı, ABŞ
Qiyməti: 117,5 milyon dollar
Rəsmi məlumatlara görə, "Softbank"ın təsisçisi Masayoşi "Forbes" reytinqindəki həmkarları arasında ən bahalə evi alıb. 836 kv metr ərazidə yerləşən daşınmaz əmlak neoklassik üslubda inşa edilib, içərisində istirahət üçün besedka, sütünlu hovuzu, tennis kortu və bağı və kitabxanası var.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş