Cənnət sularını necə tanımalı və hansılarını içmək lazımdır?

Cənnət sularını necə tanımalı və hansılarını içmək lazımdır?Belə bir deyim var: "Meyvə şirələri Allahın insana lütf etdiyi cənnət sularıdır". Çünki, Yerdə elə bir xəstəlik yoxdur ki, həmin xəstəlikdən əziyyət çəkən posientlərə qidalanmalarında hansısa meyvə şirəsindən istifadə etmək məsləhət görülməsin. Bu səbəbdən də meyvə şirələrinin əsas funksiyaları, hansı şəfaverici xüsusiyyətlərə malik olması, nə kimi vitaminləri özündə cəmləşdirməsi haqda araşdırmasını təqdim edir.

Cənnət sularını necə tanımalı və hansılarını içmək lazımdır?Şirin şirə barədə acı gerçəklər:
Əksər insanlar şirə içmək istəyərkən şirənin dadından öncə onun təbiiliyi haqqında düşünür. İstənilən meyvə şirəsi reklamını izləyib məhsul haqında məlumat alarkən həmin meyvə şirəsini istehsal edən şirkətin əməkdaşları məhsulun tamamilə konservantsız və təbii olduğunu dönə-dönə qeyd edirlər. Aylarla qablaşdırmada qalan və buna baxmayaraq tərkibində heç bir reaksiya getməyən meyvə şirəsi qatqısız olaraq uzun müddət saxlanıla bilərmi.Meyvə şirələri haqqında araşdırma aparmaq məqsədilə təbii yolla alma, nar və portağal şirələri çəkib ayrı-ayrılıqda ev şəraitində qablaşdırdım. Hər gün həmin meyvə şirələrinin dadına baxıb, onların heç bir konservantsız öz təbiilikərini nə qədər qoruya biləcəklərini müşahidə etməyə başladım. İlk gün hər üç şirə çox təravətli və dadlı idi. Şirələrin dadına baxarkən meyvənin ətri çox gözəl hiss olunurdu. Növbəti gün isə nə alma şirəsi, nə nar şirəsi, nə də portağal şirəsinin dadına baxarkən meyvənin ətri gəlmirdi.
Üçüncü gün isə artıq şirələrin dadı da dəyişmişdi. Şirələrin nektarı qablaşdırmanın dibinə çokmüş vəziyyətdə idi və içərkən insanda dadı pis olan su içirmiş kimi təsürat yaradırdı. Dördüncü gün isə ümümiyyətlə, həmin şirələrin dadına baxmağa cürət etmədim. Çünki, artıq şirələr tullantıya çevrilmişdi. Bu araşdırmanı apardıqdan sonra satışda olan meyvə şirələrinin nə dərəcədə təbii olması və həmin meyvə şirələrini istehsal edən şirkətin əməkdaşlarının meyvə şirələrinin təbiiliyi haqqında ağızdolusu danışıqlarının nə dərəcədə həqiqət olmasını aydınlaşdırmış oldum.Satışda olan meyvə şirələrinin təbii olmadığını bildikdən sonra hər bir insanı növbəti bir sual düşündürür: "Əgər satışda olan şirələr təbii meyvə şirəsi deyilsə, onda onların tərkibi nədən ibarətdir?"

İçdiyimiz şirədə nələr var?
Mağazadan aldığınız meyvə şirəsinin təbiiliyi ən yaxşı halda 25-30% faiz təşkil edir. Qalan 70% isə su, şəkər, sirop və limon turşusundan ibarətdir. Meyvə şirələrini istehsal edən şirkətlər meyvəyə qənaət etmək məqsədilə əldə etdikləri şirəyə su əlavə edərək miqdarını çoxaldırlar. Meyvə şirəsinin dadının insanlar tərəfindən bəyənilməsi və daha çox içilməsi məqsədilə şirəyə şəkər tozu qatırlar. Nar, albalı və ya hansısa turş meyvənin özünü yeyə bilmədiyiniz halda, şirəsini çox bəyənərək içirsiniz. Bunun əsasə səbəbi isə meyvə şirələrinə qatılan şəkər tozudur.
Meyvə şirəsi stəkana süzülərkən su kimi axar şəkildə deyil, nisbətən qatı tərkibə malik olduğundan ağır süzüldüyünün şahidi olunur və bunun köməkliyi ilə meyvə şirəsinin təbii olduğuna insanları inandırmaq daha da asanlaşır. Amma meyvə şirəsinin nisbətən qatı tərkibə malik olması şirəyə sirop əlavə edilmiş olmasından irəli gəlir. Siropun koməkliyi ilə meyvə şirəsi daha dadlı olur, nisbətən qatılaşır və buna görə də meyvə şirəsi istehsal edən şirkətlər məhsulun təbiiliyinə zəmanət verib insanları aldatmaqdan çəkinmirlər.
Meyvə şirələrinin uzun müddət saxlanılmasının əsas səbəbi isə istehsal edilərkən tərkibinə limon turşusunun əlavə olunmasıdır.

Limon turşusundan istifadə edilməsi nəticəsində təbii halda əldə etdiyimiz şirə hətta 3 gün tərkibini dəyişmədən saxlanıla bilmədiyi halda, zavodda istehsal edilən şirə aylarla tərkibini dəyişmədən qalır.Əgər təbii şirə içmək istəyirsinizsə, mağazada meyvə şirəsi satılan bölməyə deyil, meyvənin özü satılan bölməyə üz tutun və meyvə alıb şirəsini özünüz hazırlayın. Sözün əsl mənasında təbii və sağlamlığınıza fayda verəcək meyvə şirəsi içə bilmək üçün bu ən ideal yoldur. Çünki, hər bir meyvə növünün şirəsi ayrı-ayrılıqda insan orqanizminə və müəyyən xəstəliklərin müalicəsinə çox xeyirlidir.

Alma şirəsi:
Alma şirəsi dəmirlə zəngindir və insan orqanizmini dəmirlə təmin edir. Tərkibində dəmirlə yanaşı, kalsium da var. Yaddaşı gücləndirir və sümüklərin inkişafına, boy artmasına şərait yaradır. Uşaqlara inkişaf dövründə alma şirəsi içirtmək məsləhətlidir. Çünki, inkişaf dövründə olan uşaqların həm güclü yaddaşa sahib ola bilmələri, həm də boylarının inkişaf etməsi vacibdir.

Ərik şirəsi:
Ərik şirəsi çox dadlı və insana müsbət əhval-ruhiyyə bəxş edən şirədir. Bəzən ərik şirəsinin qadınlar üçün yaradıldığını da deyirlər. Çünki, ərik şirəsi dərini gözəlləşdirir və qırışların yaranmasının qarşısını alır. Statistik araşdırmalar göstərir ki, mütəmadi olaraq ərik şirəsindən istifadə edən qadınlar qocalarkən üzlərində qırışlar çox az hətta bilinməyən dərəcədə olur. Hətta avropa və qərb ölkələrində əksər orta yaşlı qadınlar daha gənc və gözəl görünmək məqsədilə qidalanmalarında gündəlik olaraq ərik şirəsindən istifadə edirlər.
Ərik şirəsi gözəllik bəxş etməklə yanaşı həm də, ciyərlərə çox xeyirlidir. Ciyər ağrılarına effektiv təsir edir. Vərəmdən əziyyət çəkən xəstələrə də məsləhət görülür. Çünki ərik şirəsi ciyərləri bəlğəmdən təmizləmək xüsusiyyətinə də malikdir.

Ananas şirəsi:
Ananas şirəsi isə arıqlamaq istəyənlərin ən çox içdiyi və ən sevimli şirəsidir. Çünki, ananas şirəsinin tərkibində olan bəzi maddələr insan orqanizmini arıqlada bilmək xüsusiyyətinə malikdir. Bu səbəbdən də anans şirəsini acqarna içmək qətiyyən məsləhət görülmür. Çünki, mütəmadi olaraq acqarına içilən ananas şirəsi mədə-bağırsaq xəstəliklərinə səbəb ola bilər.
Ananas şirəsini həm də "sevgi şirəsi" adlandırırlar. Çünki, orqanizmdəki bəzi hormonları oyada bilmə xüsusiyyətlərinə malikdir. Bu səbəbdən də anansın bu xüsusiyyətini bilən insanlar ananas şirəsini adətən şam yeməyindən sonra içirlər.

Portağal şirəsi:
Portağal şirəsinin tərkibində insan orqanizminə xeyirli olan bir çox maddələr cəmləşmişdir. C vitamini ilə zəngindir. Orqanizmlə yanaşı psixologiyaya da çox böyük təsiri var. Stresi aradan qaldırır, nevroz xəstəliyinin və psixoloji zəifliyin qarşısını alır. Zəhərlənmə və soyuqdəymə zamanı portağal şirəsinin xeyri əvəzolunmazdır. Tərkibində C vitamini ilə yanaşı B, B1, B5, B12 vitaminləri vadır.

Yemişan şirəsi:
Orqanizmə xüsusi faydası olan şirələrdən biridir. Tərkibində ürək damar sistemində və mərkəzi beyində qan dövranının yaxşılaşdırılmasına təkan verən xüsusi turşular var. Qan təzyiqinin artmasının və əsəb sisteminin pozulmasının qarşısını alır. Ürəyin sürətlə döyünməsinin, ürək döyünməsi pozğunluğunun, başgicəllənməsinin və beyində şumun baş verməsini əngəlləyir.
Xollestrindən və qan laxtalanması probleminindən əziyyət çəkənlərə məsləhət görülür. Yuxusuzluq, ürək damar çatışmamazlığı, pnevmaniya və qrip kimi xəstəliklərin müalicəsində çox xeyirlidir. Yemişan şirəsini ac qarnına içmək qadağandır. Çünki, mədə ağrılarına və ağız səpmələrinə səbəb ola bilər.

Üzüm şirəsi:
Üzüm şirəsi imunniteti gücləndirir. Qan azlığı, vərəm kimi xəstəliklərdən orqanizmi qoruyur. Xüsusən uşaqlara içirdilməsi məsləhət görülür.

Albalı şirəsi:
Albalı şirəsinin tərkibində insan orqanizmini rahatlaşdıran xüsusi maddələr var. Yorğun olduğunuz zaman içməyiniz daha məsləhətlidir.

Nar şirəsi:
Nar şirəsi meyvə şirələri arasında ən bahalı və ən xeyirli şirə sayılır. Çünki. Şirənin hazırlanması nə qədər çətindirsə, orqanizmdə həll olunması bir o qədər asandır. Nar şirəsini el arasında "qan şirəsi" də adlandırırlar. Çünki, qanı artırmaq və durulaşdırmaq xüsusiyyətinə malikdir. İmmunitetin güclənməsi və ürək-damar sisteminə çox xeyirlidir. Damarların tıxanmasının qarşısını alır. Soyuqdəymə və bronxial asma xəstəliklərindən əziyyət çəkənlər üçün çox faydalıdır. Mədə şirəsinin artmasından və mədə qıcqırmasından orqanizmi qoruyur.
Nar şirəsinin tərkibi vitaminlərlə, mineral duzlarla, sellüloz , fitonsid və şəkər ilə zəngindir. Kalorinin tərkibində az olması səbəbindən də piylənmə yaratmır xollestrolun artmasının qarşısını alır.
Beş xörək qaşığı nar şirəsinin tərkibindəki vitaminlər bir butöv alma və portağalın tərkibindəki vitaminlərin miqdarına bərabərdir.Nar şirəsi böyrəyi yuyur və hətta gündəlik olaraq içilərsə, böyrək daşının düşməsinə səbəb olur. Bununla yanaşı həm də saçlara və üz dərisinə çox xeyirlidir. Saç tökülməsinin və saçların vaxtından tez ağarmasının qarşısını alır. Üzdə qırışların yarana bilməsinə mane olur.

Qreypfurt şirəsi:
Qreypfurt şirəsi tərkibi C vitamini ilə zəngin olması ilə yanaşı həm də qan təzyiqini normallaşdırmaq xüsusiyyətinə malikdir. Eyni zamanda piylənmənin də qarşısını alır.

Armud şirəsi:
Armud şirəsi stresli gün keçirmiş insanların əsəblərini sakitləşdirmək üçün əvəzedilməzdir. Çünki, armud şirəsi insanın əhval ruriyyəsini qaldırır. Kökəlmənin qarşısını alır.

Yerkökü şirəsi:
Yerkökü şirəsi A vitamini ilə zəngindir. Zehni gücləndirmə funksiyasına malikdir. Üz dərisinin yağlılığını azaldır və dərini hamar edir. Nəfəs yolları, mədə bağırsaq sisteminin fəaliyyətini tənzimləyir və hər hansısa sağlamlıqla bağlı problemin yaranmasının qarşısını alır.

Şaftalı şirəsi:
Şaftalı şirəsi kordioloji xəstəliklərdən əzityyət cəkən insanların ən sevimli şirəsiir. Çünki, şaftalı şirəsinin tərkibi kalsiumla zənginir və ürək damar sistemini lazımlı maddələrlə qidalandırır.

Feyxoa şirəsi:
Feyxoa şirəsi zob xəstəliyindən əziyyət çəkən insanlar üçün çox məsləhətlidir. Çünki, şirənin yərkibindəki yod zob xəstəliyinin inkşafının qarşısını alır və sağalmasına təkan verir. Eyni zamanda mədə xorası xəstəlityinin müalicəsində də çox xeyirlidir.

Qarağat şirəsi:
Qarağat şirəsi orqanizmin infeksion xəstəliklərə qarşı immunitetini artırır və piylənmənin qarşısını alır.Əgər sağlam olub xoşbəxt ömür sürmək istəyirsinizsə, qidalanmanızda orqanizminizə xeyirli və bol vitaminli məhsullardan istifadə edin. Gündəlik vitamin kompleksini qəbul etmək üçün meyvə şirələri ən ideal vasitədir. Gündə ən azı bir stəkan təbii meyvə şirəsi içərək ömrünüz boyu sağlam yaşayıb, xoşbəxt ömür sürün.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6307   Tarix: 29 aprel 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877