Amerika məktəblərində həyat necədir?

Amerika məktəblərində həyat necədir?Amerika filmləri tamaşaçılarına özlərinin ən yaxşı məktəblərinə sahib olduqları fikir təlqin edir. Filmlərdə gördüyümüz qədərilə onlar məktəb forması geymir, təhsil alacağı dərslikləri özləri seçir, ev tapşırıqları isə olduqca az və yaxud demək olar ki yoxdur. Bəs hər şey həqiqətən də bu cürdür?

Amerikalı şagirdlər 1 sentyabrdan əvvəl məktəbə gedərək semestr boyunca təhsil alacaqları fənləri. Direktor şagirdə fənn siyahısını təqdim edir və onlar öz istədiklərini seçir. Lakin fənlər konkret sinifdəki şagirdlərin sayından asılı olaraq dəyişə bilir. Məsələn, Alabama, Trussville –də "Hewitt-Trussville High School" adlı bir məktəb fəaliyyət göstərir və burada 4 məcburi fənn var. Bunlar, ingilis dili, riyaziyyat, elm (biologiya, zoologiya, kimya, fizika, okeanologiya və s.), tarix. Bundan əlavə isə 50 fənnin içərisindən (teatr, vokal, ədəbiyyat, hüquq və s.) 3-nü seçmək olar.

Bizim məktəblərdə isə şagirdin dərs ili müddətində hansı fənnləri seçmək hüququ yoxdur və məktəb hansı fənni tədris edirsə onu seçmək məcburiyyətindədir.

Bundan əlavə, amerikan məktəblərində seçilən fənlər səviyyələrə bölünür. Məsələn, 9-cu sinifdə riyaziyyatın 1-ci səviyyəsini, 10-cu sinifdə isə 2-ci, 11-ci sinifdə 3, 12-ci sinifdə isə ali riyaziyyat və triqonometriyanı öyrənirlər. Bu o deməkdir ki, səviyyə artdıqca fənnin çətinliyi də artır. Təhsil müddətində sadəcə fənn ilə tanışlıq üçün fizikanın 1-ci səviyyəsini seçmək olar. Lakin məktəbi bitirmək üçün şagird bütün 4 vacib fənnin 4 səviyyəsini də öyrənməlidir.

Məktəb geyiminə gəldikdə isə, amerikan şagirdləri demək olar ki, məktəb forması geyinmirlər. Şagirdlər məktəbə istədikləri geyimdə gələ bilərlər. Əlbəttə ki, bu ştatdan və məktəbdən asılıdır. Düzdür məktəblərdə bəzi məhdudiyyətlər olsa da, bizim məktəblərdə olduğu qədər deyil və bəzi amerikan məktəblərində də məktəbli geyimi mütləq hesab edilir.

Amerika məktəblərində müəllim-şagird münasibətləri də nisbətən fərqlidir. Şagird müəlliminə yaxınlaşaraq onunla istənilən mövzuda söhbət edə bilər. Burada müəllim və şagird dostdur. Bundan əlavə, amerikalı şagird dərs zamanı aclıq hiss edərsə, çantasından yeməyini çıxararaq yeyə bilər. ABŞ məktəblərində təhsildən tutmuş ünsiyyətə qədər hər şey fərqlidir və şagirdin dərsi bəyənmədiyi təqdirdə sakitcə qalxaraq sinfi tərk etməsi normal qarşılanır. Burada şagird maksimum müstəqilliyə sahibdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2058   Tarix: 17 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Alimlər Yer tarixinin ən iri ilanının qalıqlarını aşkar ediblər

Hindistanda tarixin ən böyük ilanının qalıqları tapılıb. Orada iki paleontoloq erkən Eosen dövrünə aid qədim heyvanın yaxşı qorunub saxlanmış 27 fəqərəsini aşkar ediblər. Bu barədə tədqiqatçılar "Scientific Reports" elmi jurnalında dərc olunan məqalədə yazırlar. Tədqiqatçılar hesab edirlə

20.04.2024 393
.

İnsanlar ilk dəfə marallar arasında yayılan "zombi" xəstəliyinin qurbanı oldular

Amerikalı həkimlər ilk dəfə maralları "zombi"yə çevirən xroniki prion xəstəliyinin (CWD) qurbanı olduğu güman edilən iki nəfəri müəyyən ediblər. Onlar öz fərziyyələrini "Neurology" elmi jurnalında açıqlayıblar. Hər iki hal 2022-ci ildə qeydə alınıb. Qurbanlardan biri dəfələrlə CWD-ni

20.04.2024 305
.

Boşanmalar artır: Əsas səbəblər nələrdir? - VİDEO

Azərbaycanda bu ilin ilk ayında 1700-dən çox nikah pozulub. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq ayı ilə müqayisədə qurulan ailələrin sayı azalıb, boşanmaların sayı isə çoxalıb. Bəs bu tendensiyanın əsas səbəbəri nələrdir?. Vəkil-mediator Qasım Şaliyevin sözlərinə görə, işlər

14.04.2024 307
.

Həsən Əblucun xanımına yazdığı məktub xəstəxanada hamını ağlatdı: "Əgər alınmırsa..."

Çoxları onu gözəl bədii qiraət ustası kimi tanıyır. Filmlərin dublyajını da onun səsi olmadan təsəvvür eləmək çətindir. Amma Həsən Əbluc həm də onlarla tamaşaya quruluş verən rejissor, teatrlarda səhnəyə çıxan, filmlərdə və teletamaşalarda uğurla çəkilən aktyor olub. Həsən Əbluc deyəndə, daha çox gö

20.04.2024 380
.

Alimlərdən həyəcan təbili: Çinin böyük şəhərlərinin təxminən yarısı suyun altında qala bilər

Çinin böyük şəhərlərinin təxminən yarısı orta və ya kəskin çökmədən əziyyət çəkir və xüsusən də dünya okeanının səviyyəsi yüksəldikcə bu, milyonlarla insanı daşqın təhlükəsi ilə üz-üzə qoyur. Bu barədə Cənubi Çin Pedaqoji Universitetindən Ao Zuruinin rəhbərlik etdiyi alimlər qrupu "Science"

20.04.2024 340
.

ABŞ "TikTok"u qadağan etməyə hazırlaşır

ABŞ Konqresinin Nümayəndələr Palatası ABŞ-də "TikTok" sosial şəbəkəsinin tamamilə qadağan edilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib. Konqresmenlər tərəfindən təsdiqlənən sənəd artıq Senata göndərilib. Növbəti həftə Senatın "TikTok"un qadağası ilə bağlı hazırlanan qanun layihəsin

21.04.2024 242
.

500 milyon insanı öldürən XƏSTƏLİK geri qayıdır

Təkcə 20-ci əsrdə təqribən 500 milyon insanın ölümünə səbəb olan çiçək xəstəliyi aradan qaldırılan yeganə insan xəstəliyidir. Bununla belə, Milli Elmlər, Mühəndislik və Tibb Akademiyaları (NASEM) tərəfindən hazırlanan "Çiçək xəstəliyinə qarşı tibbi mübarizə tədbirlərinin gələcək vəziyyəti"

14.04.2024 994
.

"Vaxtımız azdır, qlobal istiləşmənin qarşısını almaqdan ötrü..." - Maskdan HƏYƏCAN TƏBİLİ

"Bəşəriyyətin dayanıqlı enerjiyə keçməsi üçün çox da vaxtı qalmayıb". Bunu ABŞ-li milyarder və sahibkar İlon Mask "X" sosial şəbəkəsində bildirib. O, bəşəriyyətin qlobal istiləşmənin ciddi nəticələrinin qarşısını almaqdan ötrü tədbirlər görmək üçün cəmi bir neçə ilinin qaldığını söyləyib

14.04.2024 261
.

14 yaşlı qızını 100 minə satan ailə canlı yayımda SAXLANILDI - FOTO

Türkiyənin ATV- kanalında yayımlanan "Esra Erol" verilişində azyaşlı gəlin qalmaqalı üzə çıxıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, proqrama 14 yaşlı qızlarını axtarmağa çıxan ailə qızın əmisi oğlu Cuma tərəfindən qaçırıldığını iddia ediblər. Lakin itkin düşdüyü üçün axtarışda ola

16:30 0